Məhkəmə qərarları › İş №e-2-2(113)-806/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-806/2020

03.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-806/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının dövlət nəfinə müsadirə edilməsi tələbi barədəbarədə kommersiya mübahisəsinə dair işə,məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi şərab evində siyahıya alınmış məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi alış dəyəri 426,70 manat olan 153 sayda tütün məmulatlarının dövlət nəfinə müsadirə edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixli **********2729 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən “WİNE HOUSE” şərab evində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış ümumi alış dəyəri 426,70 manat olan 153 sayda tütün məmulatları götürələrək digər vergi ödəyicisinə məsul saxlanma üçün verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********2729 nömrəli qərarın surətindən görünür ki, aksiz markası ilə markalanmalı olan malların aşkar edilməsi məsələsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək cavabdehdə operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. “Aksiz markası ilə markalanmalı olan malların aşkar edilməsi barədə” xx.xx.2019-cu il tarixli VN-2 seriyalı 003808 nömrəli aktın surətindən görünür ki, cavabdehdə xx.xx.2019cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə ümumi alış dəyəri 426,70 manat olan 153 sayda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilmişdir. “Aksiz markası ilə markalanmalı olan markalanmamış məmulatların vergi ödəyicisindən götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli VN-4 seriyalı 001811 nömrəli protokolun surətindən görünür ki, aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil edilməsi, həmçinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.13-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir: 89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********2729 nömrəli qərarla aksiz markası ilə markalanmalı olan malların satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi məsələsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il iddiaçıda operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehdə xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə alış dəyəri 426,70 manat olan 153 sayda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilərək “Aksiz markası ilə markalanmalı olan malların satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” xx.xx.2019-cu il tarixli VN-2 seriyalı 003808 nömrəli akt tərtib olunmuşdur. İddiaçı tərəfindən aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüş və bu barədə “Aksiz markası ilə markalanmalı olan markalanmamış malların vergi ödəyicisindən götürülməsi haqqında xx.xx.2019-cu il tarixli VN-4 seriyalı 001811 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi şərab evində siyahıya alınmış aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi alış dəyəri 426,70 manat olan 153 sayda tütün məmulatları dövlət nəfinə müsadirə edilsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar