Məhkəmə qərarları › İş №e-2-2(113)-806/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-806/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-806/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunması, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunması, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunması, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar