Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-807/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdеh Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc kimi 507.000 manat məbləğinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin, vəkil xidməti üçün ödənimiş 221 manat məbləğindəki pulun əvəzinin, ümumilikdə isə 78.621 (yetmiş səkkiz min altı yüz iyirmi bir) manat məbləğindəki pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanılmış xx/xx/2021 №-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cəmiyyətə məxsus nəqliyyat vasitələri icarəyə verilmişdir. Həmçinin bildirilir ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş və hazırda cavabdeh cəmiyyətin onlara borcu yaranmışdır. Müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsədə, görülmüş işlərin dəyəri hələ də, ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx/xx/2021 №-li, xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokolu imzalanmışdır.
9. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi layihəsi üzrə lazım olan texnikaları 6 ay müddətində icarəyə götürmüşdür. Ay ərzində icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir.
10. Müqavilənin 2.5-ci bəndinə əsasən ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən təsdiq edilən aylıq xidmətlərin təhvili cədvəli əsasında növbəti ayın 30 günü ərzində köçürmə yolu ilə yerinə yetiriləcəkdir.
11. xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokolu ilə 17 ədəd özüboşaldan texnikanın icarə haqqı məbləği 1 ay üçün 4.700 manat, 3 ədəd ekskavatorun icarə haqqı məbləği 1 ay üçün 9.500 manat, 1 ədəd buldozerin bir ay üçün icarə haqqı məbləği 9.500 manat razılaşdırılmışdır.
12. Müqavilə və qiymətlərin razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlandırılsa da, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, nəqliyyat vasitələri ilə cavabdehin sifarişinə əsasən torpaq, qum, şebel daşınmasının həyata keçirildiyini, 21 ədəd nəqliyyat vasitələri barədə razılaşma olsada, 10 ədəd özüboşaldan verildiyini bildirmişdir.
17. Həmçinin də, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının direktoru X1 nəqliyyat vasitələrinin, yanvar ayı ərzində 7 gün, fevral ayı ərzində 15 gün, mart ayı ərzində 20 gün xidmət göstərildiyini bildirmişdir.
18. Məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını, 37.000 manat miqdarında borcun olduğu qəbul edilsə belə, iddiaçı tərəfindən qeyd olunan cavabdeh tərəfindən ödənilmiş 200.000 manatla həmin borcun tam əhatə olunduğunu qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
19. Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pulun ödənilib-ödənilməməsi məhkəmə iclasında iddiaçı tərəfdən soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş pulun texniki səhv olaraq iddianın dəyişdirilməsinə dair ərizəyə daxil edildiyini və qeyd edilmiş pulun başqa müqaviləyə əsasən Kalyon şirkəti tərəfindən ödənildiyini, cavabdehə göstərilmiş xidmətlərə görə isə, hər hansı bir pulun ödənilmədiyini bildirmişdir.
20. İş materiallarına əlavə olunmuş, EBBN seriyalı, 787465 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 23.262,83 manat olan elektron elektron qaimə Cavabdeh tərəfindən "xxxx" Firmasına, EBBV seriyalı, 016293 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 29.499,76 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə, EBBV seriyalı, 016421 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 17.699,86 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə, EBCB seriyalı, 166518 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 37.169,66 manat olan elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir.
21. Göründüyü kimi, yuxarıda sadalanan elektron qaimələrdən yalnız biri EBCB seriyalı, 166518 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş, cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
23. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 37.169,66 manat olan xidmətlər göstərilmişdir və ona görə də, cavabdehin göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
24. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəf Cavabdehnə 507.000 manat məbləğində xidmət göstərildiyini sübut edə bilməmişdir.
25. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 37.169,66 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənməlidir.
27. İşdə olan, xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul mediasiya xərcinin əvəzi olaraq Bakı 4 saylı Mediasiya Təşkilatına ödənmişdir.
28. Bundan başqa, məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 221manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçınə ödənməlidir.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37.169 (otuz yeddi min bir yüz altmış doqquz) manat, 66 (altmış altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 221 (iki yüz iyirmi bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov