Məhkəmə qərarları › İş №e-2-2(113)-8076/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8076/2025

10.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8076/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:podrat müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 41073.62 (qırx bir min yetmiş üç nöqtə altımış iki) manatı, ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2023-cü il tarixli, № 180923 saylı xidmət müqavilə imzalanmışdır. 18 sentyabr 2023-cü il tarixli, № 180923 saylı xidmət müqaviləsi üzrə Füzuli şəhərində 8.90 ha torpaq sahəsində tikilən çox mənzilli yaşayış binalarında fasad və daxili təmir işlərini yerinə yetirilmişdir. 18 sentyabr 2023-cü il tarixli, № 180923 saylı xidmət müqaviləsi üzrə 491856.87 (dörd yüz doxsan bir min səkkiz yüz əllialtı nöqtə səksən yeddi) manat iş görülüb, 460283.2 (dör yüz altımış min iki yüz səksən üç nöqtə iki) manat ödəniş edilib, 31573.62 (otuz bir min beş yüz yetmiş üç nöqtə altımış iki) manat borc məbləğimüəyyən edilmişdir. Bundan əlavə olaraq müqavilənin 3.2.1-ci bəndinə uyğun olaraq gecikdirilən günlərə görə, 9500 (doqquz min beş yüz) manat cərimə ödənməlidir. Ümumilikdə 41073.62 (qırx bir min yetmiş üç nöqtə altımış iki) manat borc geri ödənilməmişdir. xx.xx.2025-ci il tarixdə pretenziya qaydasında Cavabdeh MMC vergielektron hesabı poçtasına xəbərdarlıq göndərilib. Edilən xəbərdarlıq və təkliflərə baxayaraq Cavabdeh MMC alqı-satqımüqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. Borcunu ödəməyib. Müvafiq xidmətlərin göstərilməsi barədə sənədlər iddia ərizəsinə əlavə edilir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə yazaraq , iddia tələbinin təmin olunmasına dair qətnamə və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış 18 sentyabr 2023-cü il tarixli 180923 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı Füzuli şəhərində 8.90 ha torpaq sahəsində tikilən çox mənzilli yaşayış binalarında fasad və daxili təmir işlərini yerinə yetirməyi, Sifarişçi isə görülmüş işin müqabilində müqavilə dəyərini Podratçının bank hesabına ödəməyi öhdəsinə götürür. - 2.1.6-cı bəndinə əsasən İşlərin icrası bitdikdən və rəsmiləşdirildikdən sonra müvafiq qaydada razılaşdırılmış müqavilə dəyərini Podratçının hesabına ödəməlidir. - 3.1-ci bəndinə əsasən işlərin dəyəri barədə mühüm şərtlər müqavilənin ayrılmaz tərkib hissəsi olan Protokolda qeyd olunur. - 3.2-ci bəndinə əsasən hazırkı müqavilənin predmeti olan işlərin dəyəri Sifarişçi və Podratçının nümayəndəsi ilə birgə yerində aparılan ölçmə işlərinə əsasən görülən işlərin qəbul aktlarına (Forma 2) müvafiq olaraq həmin Forma 2 qarşılıqlı olaraq imzalandığı və təsdiqləndiyi gündən etibarən 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə ödəniləcəkdir. - 3.2.1-ci bəndinə əsasən Görülmüş işlərin dəyərinin vaxtında ödənilməməsi üçün Sifarişçi gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 0.1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tam maddi və hüquqi məsuliyyət daşıyırlar. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı tərəfindən cavabdehə EBDY 524601 saylı xx.xx.2024-cü il tarixli 16389.39 manat, EBDY 024352 saylı xx.xx.2024-cü il tarixli 149507.55 manat, EBDR 188614 saylı xx.xx.2023-cü il tarixli 72560.88 manat, EBDT 451752 saylı xx.xx.2023-cü il tarixli 146353.75 manat, EBDT 641050 saylı xx.xx.2023-cü il tarixli 6951.56 manat, EBDV 819292 saylı xx.xx.2023-cü il tarixli 185927.99 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 25 000 manat ödənilmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 38780.41 manat ödənilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 30 000 manat ödənilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 50 000 manat ödənilmişdir.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 40 000 manat ödənilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 50 000 manat ödənilmişdir.

16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 25 000 manat ödənilmişdir.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 42485.89 manat ödənilmişdir.

18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 30 000 manat ödənilmişdir.

19. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 20 000 manat ödənilmişdir.

20. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 15 000 manat ödənilmişdir.

21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

22. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 30 00 manat ödənilmişdir.

23. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 10 000 manat ödənilmişdir.

24. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2542.37 manat ödənilmişdir.

25. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 50 000 manat ödənilmişdir.

26. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 15 000 manat ödənilmişdir.

27. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:

28. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.

29. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

32. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

33. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

34. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

35. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 sentyabr 2023-cü il tarixli 180923 saylı podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı (podratçı)müqaviləyə əsasən sifariş edilmiş işləri görməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh (sifarişçi)iddiaçı tərəfindən göstərilmiş işlər üçün nəzərdə tutulan muzd (işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İddiaçı tərəfindən təqdim olunan sübutlardan, cavabdehə göndərilən e-qaimələr və onların əsasında olan ödəmələrdən (ödəniş tapşırıqları) görünür ki, tərəflər arasında münasibtlər bu qaydada frmalaşmışdır və iddiaçı tərəfindən göndərilən e-qaimələrin bəziləri üzrə ödəniş olmamış, beləliklə 18 sentyabr 2023-cü il tarixli, № 180923 saylı xidmət müqaviləsi üzrə 491856.87 (dörd yüz doxsan bir min səkkiz yüz əllialtı nöqtə səksən yeddi) manat iş görülmüş, 460283.2 (dör yüz altımış min iki yüz səksən üç nöqtə iki) manat ödəniş edilmiş, 31573.62 (otuz bir min beş yüz yetmiş üç nöqtə altımış iki) manat borc məbləği qalmışdır.Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında imzalanan müqavilə, təhvil-təslim aktları və elektron qaimə ilə təsdiqini tapır. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 31573.62 manat təşkil edir.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 31573.62 manat tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir.

37. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 9500 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

38. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

39. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir.

40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 214 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

41. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən 189 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31573.62 manat məbləğin də əsas borc,1500 manat dəbbə pulu və 189 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar