Məhkəmə qərarları › İş №e-2-2(113)-808/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-808/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-808/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Azərbaycan-X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “bocun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Azərbaycan-X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Azərbaycan-X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “bocun silinməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Azərbaycan-X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Azərbaycan–X1 **********6 saylı abonent kodu altında olan 69213645 nömrəli elektrik sayğacı üzrə abonent kodunun bağlanması və süni qaydada müəssisənin abonent hesabına yaradılmış 15.331,01 borcun silinməsi və mediasiyaya ödənilən rüsum məbləğinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kaspi-Yıldız Azərbaycan–X3” 2021-ci ildən etibarən Lerik rayonunun Piran kəndi ərazisində sahibkarlıq (İstehsal və təsərrüfat) fəaliyyətini dayandırmışdır. Müəssisənin maliyyə çətinlikləri ilə əlaqədar heç bir fəaliyyəti və dövriyyəsi olmamış, artıq üç ildən çoxdur ki, "xxxx" ASC-nin ərazi idarəsinə aid olan Piran kəndi ərazisindəki 35/10 kV-luq yarımstansiyada quraşdırılmış elektrik sayğacından xidmət məqsədilə Müəssisə tərəfindən istifadə edilmir. Qeyd olunan ərazidə istehsal fəaliyyəti üç il əvvəl dayandırdığı üçün, **********6 saylı abonent kodu altında, həmin ərazidə yerləşən 35/10 kV-luq yarımstansiyada müəssisəyə xidmət məqsədilə quraşdırılmış 69213645 saylı sayğacdan çıxan elektrik enerjisindən istifadə etməməkləri barədə, "xxxx" ASC məlumatlandırılıb. Nəzərə alınmalıdır ki, müəssisə ilə "xxxx" ASC arasında son üç il ərzində xidmət, yaxud enerji alqı-satqısı müqaviləsi rəsmiləşdirilməmişdir. Müraciətlərinə xx.xx.2023cü il tarixdə “Enerji Satışı Departamenti” tərəfindən 13-13/2-1/17-4714/2023 saylı məktubla aşağıdakı məzmunda cavab verilmişdir: “Bununla əlaqədar olaraq bildirilir ki, Piran kəndində istismarda olan 35/10 kV-luq “Kaspi-Star” Y/st-sı "xxxx" AzərTürk Müştərək Müəssisəsinin balansındadır. 35/10 kV-luq “Kaspi- Star” Y/st-sı müəssisənin öz balansında olduğu üçün 2005-ci ildə göstərilən: hesabat sayğacı birbaşa Y/st-nın girişində quraşdırılmışdır. Həmin baş sayğacla 35/10 kV-luq Y/st-nın avadanlıqlarının istifadə etdiyi elektrik enerjisi və Y/st-dan çıxan daxili 10kV-luq h/x-nin enerji itkisinin hesabatı aparılır. 110/35/10 kv-luq Lənkəran 1 Y/st-dan çıxan 35 kv-luq Hamarat h/x-nin45 saylı dayağından qol ayrımı götürməklə "xxxx" Azər-Türk MM-nin balansında olan 35/10 kv-luq “Kaspi-Star” Y/st-sı və ondan qidalanan digər elektrik avadanlıqları abonentin balans mənsubiyyətinə daxil edilmiş və aktla təsdiqlənmişdir”. Məhkəmənin nəzərinə çatdırılır ki, əmlakın müəssisənin balansında olubolmaması Vergi orqanlarına verilən bəyannamələrdə (hesabatlarda) əks edilir. Kənar müəssisə və təşkilatın öz səlahiyyətlərindən istifadə edib, müəssisənin balansına (vəsait) əmlak daxil etmək hüquqları olmadığı üçün, istehlakçıların elektrik enerjisi alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması, habelə gərginliyi 1000 voltadək və 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarını və digər normativ aktları və "xxxx" AR qanunu rəhbər tutulmalıdır. Müəssisə Lerik rayonunun Piran kəndi ərazisində istehsal və digər bütün fəaliyyətlərini üç il əvvəl dayandırdığı üçün, 35/10 kV-luq yarımstansiyada **********6 saylı abonent kodu altında olan 69213645 nömrəli sayğacdan çıxan elektrik sayğacından digər abonentlər istifadə edirlər. "xxxx" Azər-Türk MMnə elektrik enerjisindən istifadə faktiki olaraq dayandırılıb. "xxxx" ASC ilə həmin ərazidə fəaliyyət göstərən digər hüquqi şəxslərlə bağlanmış xidmət, yaxud alqı-satqı müqavilələrinin tələblərinə əməl etmək "xxxx" ASC-nin öz səlahiyyətlərinə aiddir. Digər hüquqi şəxslərin qanuni mənafelərinə zidd hərəkətlər etmədən, qaydalara uyğun tədbir görməyi rica edirik. Müəssisənin bu ərazidə fəaliyyətini dayandırması barədə 2021-ci ildən etibarən dəfələrlə müraciətlər olmuşdur. Ancaq nədənsə Müəssisənin abonent hesabına borclar yazılır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, abonent hesabı bağlanmadığı üçün müəssisəyə süni borc yaradılmamalıdır. Müəssisənin öz fəaliyyətini dayandırdığı dövrdə ərazidə elektrik enerjisindən istifadə etmədiyi halda, Müəssisənin abonent hesabında süni qaydada yaradılmış 17000,02 manat borc abonent hesabından silinməlidir. Nəzərə alınmalıdır ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq, istifadə edilmiş elektrik enerji haqqı vaxtında ödənilmişdir. Başqa sözlə, cavabdeh təşkilat və onun tabeçiliyində fəaliyyət göstərən yerli qurumlar qarşısında heç bir borc öhdəliyi yaranmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Azərbaycan-X1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia iki yəni, hesablanmış 15.331,01 manat borcun silinməsi (1-ci hissə) və **********6 saylı abunə kodunun bağlanması (2-ci hissə) hissələrdən ibarətdir.

11. Məhkəmə ilk növbədə iddianın hesablanmış 15.331,01 manat borcun silinməsi hissəsinə qiymət verilməsini zəruri hesab edir.

12. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" Azərbaycan-X3 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixlərdə elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələri imzalanmışdır.

13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf məhkəməyə izahatlarında "xxxx" Azərbaycan-X1 2021-ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandırdığını, elektrik enerjisindən istifadə etməməkləri barədə "xxxx" ASC-ni məlumatlandırdıqlarını, müəssisə ilə cavabdeh arasında son üç il ərzində elektrik enerjisindən istifadə haqqında müqavilənin bağlanmadığını, baş sayğacın iddiaçının adına qeydiyyata alındığını, digər hüquqi şəxslərin də, sayğaclarının baş sayğacdan qidalandığını, iddiaçı fəaliyyətini dayandırdığı halda enerji itkisinin ona hesablandığını, həmin itkilərin digər müəssisələrə aid edilməli olduğunu bildirmiş və 2023-cü ilə hesablanmış 15.331,01 manat məbləğində borcun silinməsi və abonent kodunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə qeyd edir ki, iş materiallarında olan, müəssisənin müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə “Enerji Satışı Departamenti” tərəfindən müəssisəyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Piran kəndində istismarda olan 35/10 kV-luq “Kaspi-Star” Y/st-sı "xxxx" AzərTürk Müştərək Müəssisəsinin balansındadır. 35/10 kV-luq “Kaspi-Star” Y/st-sı müəssisənin öz balansında olduğu üçün 2005-ci ildə göstərilən: hesabat sayğacı birbaşa Y/st-nın girişində quraşdırılmışdır. Həmin baş sayğacla 35/10 kV-luq Y/st-nın avadanlıqlarının istifadə etdiyi elektrik enerjisi və Y/st-dan çıxan daxili 10kV-luq h/x-nin enerji itkisinin hesabatı aparılır. 110/35/10 kv-luq Lənkəran 1 Y/st-dan çıxan 35 kv-luq Hamarat h/xnin 45 saylı dayağından qol ayrımı götürməklə "xxxx" Azər-Türk MM-nin balansında olan 35/10 kv-luq “Kaspi-Star” Y/st-sı və ondan qidalanan digər elektrik avadanlıqları abonentin balans mənsubiyyətinə daxil edilmiş və aktla təsdiqlənmişdir”.

15. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş arayışlardan görünür ki, "xxxx" Azərbaycan-X3 bütövlükdə fəaliyyətini xx.xx.2021-xx.xx.2026cı il tarixədək, **********-63002 kodlu “beton istehsalı qovşağı” obyekti üzrə fəaliyyətini xx.xx.2021-xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-xx.xx.2028-ci il tarixədək, **********-63003 kodlu “kərpic istehsalı sexi” obyekti üzrə fəaliyyətini xx.xx.2021-xx.xx.2024-cü il tarixədək, **********-63001 kodlu “qum, çınqıl istehsalı drabilkası” obyekti üzrə fəaliyyətini xx.xx.2021xx.xx.2024-cü il tarixədək dayandırmışdır.

16. İş materiallarında olan vergi ödəyicisinin, filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin dayandırılması barədə məktublardan görünür ki, "xxxx" Azərbaycan-X1, onun **********-63001, **********-63002, **********-63003 kodlu təsərrüfat obyektlərinin fəaliyyətinin müəyyən tarixlərədək dayandırılması vergi orqanları (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi) tərəfindən nəzərə alınmışdır.

17. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, "xxxx" Azərbaycan-X2 hesablanmış qalıq borc 15.703,12 manat təşkil edir.

18. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə izahatında tərəflər arasında barışığın mümkün olduğunu bildirsə də, sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir.

19. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC ilə digər müstəqil hüquqi şəxslər olan "xxxx" Müştərək Müəssisəsi ilə, “Kaspi-Yıldız MMC” ilə, "xxxx" MMC ilə, “Relax Resort and Spa Hotel”lə müvafiq olaraq elektrik enerjisinin alqı-satqısı barədə müqavilələr bağlanmış və qeyd edilmiş olan hüquqi şəxslər də, baş sayğacdan qidalanmışlar.

20. Məhkəmə qeyd edir ki, iş materiallarından da, göründüyü kimi "xxxx" Azərbaycan-X3 fəaliyyətinin artıq xx.xx.2021-ci il tarixdən dayandırmışdır və hər hansı bir fəaliyyəti yoxdur. Cavabdeh tərəfindən hesablanmış borc məbləği də, məhz iddiaçının fəaliyyətini dayandırmış olduğu tarixdən sonra itirilmiş olan enerjiyə görə hesablanmışdır.

21. Bu xüsusda məhkəmə qeyd edir ki, baş sayğacdan bir neçə hüquqi şəxsə elektrik enerjisi verildiyindən və iddiaçının da, hər hansı bir fəaliyyəti olmadığından, eyni zamanda da, cavabdeh tərəfindən məhkəməyə hesablanmış borcun əsaslı olmasına dair hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış olan borc əsassızdır və ona görə də, silinməlidir.

22. Bundan başqa, məhkəmə hesab edir ki, iddia **********6 saylı abunə kodunun bağlanması hissəsində də təmin edilməlidir.

23. İddianın qeyd edilən hissəsi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" Azərbaycan-X3 tərəfindən **********6 saylı abunə kodunun bağlanması ilə bağlı "xxxx" ASCyə müraciət edilmişdir.

24. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" Azərbaycan-X2 qeyd edilmiş müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubu verilsə də, iddiaçının istəyi təmin edilməmişdir.

25. Məhkəmə hesab edir ki, "xxxx" Azərbaycan-X3 artıq fəaliyyətini 2026-cı ilədək dayandırmışdır və elektrik enerjisinə ehtiyac yoxdur, bu baxımdan da, yenidən müəssisəyə enerji itkisinə görə borc hesablanmasının qarşısının alınması üçün məhz "xxxx" Azərbaycan- X2 aid olan **********6 saylı abunə kodu bağlanmalıdır.

26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 2 saylı Mediasiya Təşkilatına ödənmişdir.

27. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Azərbaycan-X2 məxsus **********6 saylı abunə kodu üzrə hesablanmış 15.331 (on beş min üç yüz otuz bir) manat, 01 (bir) qəpik məbləğində borc silinsin. "xxxx" Azərbaycan-X2 aid **********6 saylı abunə kodu bağlansın. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Azərbaycan-X2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar