Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-81/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X3 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, cavabdehin iştirakı olmadan, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” barədə kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2,298.36 manat faiz borcu, 286,19 manat cərimə borcu olmaqla, cəmi 19,828.29 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X16nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8652 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X10 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X16 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17,857 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 264 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2,298.36 manat faiz borcu, 286.19 manat cərimə borcu olmaqla, cəmi 19,828.29 manat təşkil edir. X12 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X16nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X12 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 3,381.36 manat faiz borcu, 726.26 manat cərimə borcu olmaqla, cəmi 21,351.36 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 3,577.32 manat faiz borcu, 558.68 manat cərimə borcu olmaqla, cəmi 21,379.74 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. X6 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X16nun xx.xx.2021-ci il tarixli 1.0.3.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/8652 saylı razılaşmaya əsasən X6 razılaşmanı imzalamaqla, Bank xidmtlərinin göstərilməsinə dair X16nun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 №-li veriyasının şərtlərini diqqətlə oxudğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir.
10. xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17857 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2024-cü il tarixinə kimi avadanlıqların alanması məqsədilə kredit götürmüşdür.
11. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, PB-OUT-06995-2022/1 saylı xəbərdarlıq məktubundan və ona qoşma cədvəldən göründüyü kimi X2 xx.xx.3021-ci il tarixli, OnGTC/SE/8652 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X16 çərçivəsində xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2022-ci il tarixinə 275 gün gecikmə yarandığı qeyd olunmuşdur və cəmi öhdəliyin məbləği 19969,25 manat göstərilmişdir. Qeyd olunan xəbərdarlıq məktubu poçt xəbərnaməsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixində çatdırılmışdır.
12. İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsi iə cavabdehə göndərilən xx.xx.2023cü il tarixli, PB-OUT-06995-2022/1 saylı xəbərdarlıq məktubundan və ona qoşma cədvəldən göründüyü kimi X2 xx.xx.3021-ci il tarixli, OnGTC/SE/8652 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X16 çərçivəsində xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2022-ci il tarixinə 275 gün gecikmə yarandığı qeyd olunmuşdur və cəmi öhdəliyin məbləği 19969,25 manat göstərilmişdir.
13. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00239-2023/2 saylı maliyyə arayışına əsasən X2 xx.xx.2023-cÜ il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00318062-06 maliyyələşdirmə üçün ərizəyə əsasən 17243,74 manat əsas borc, 3381,36 manat faiz borcu, 726,26 manat cərimə borcu olmaqla, cəmi 21.351,36 manat və gecikdirilmiş günlərin sayı 398 gün qeyd olunmuşdur.
14. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-01476-2023/1 saylı maliyyə arayışına əsasən X2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00318062-06 maliyyələşdirmə üçün ərizəyə əsasən 17243,74 manat əsas borc, 3572,32 manat faiz borcu, 558,68 manat cərimə borcu olmaqla, cəmi 21.379,74 manat və gecikdirilmiş günlərin sayı 628 gün qeyd olunmuşdur.
15. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/9923 saylı rəyində cavabdehin xəbərdarlıq məktubunun çatdırıldığı tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 2518,06 manat, xəbərdarlıq məktubunun elektron qaydada göndərildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 3357,41 manat, maliyyə arayışının verildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə (məhkəmə iclasına dəvət edilmiş ekspert rəyin nəticə hissəsində xx.xx.2023-cü il tarixi göstərməkdə texniki yalnışlığla yol verdiyini, əslində əsas və faiz borcunu son olaraq xx.xx.2023-cü il tarixinə, yəni qərardadın son sualında qoyuna xx.xx.2023-cü il tarixə hesabladığını bildirdi) əsas borcu 17256,84 manat, faiz borcu 2041,89 manat müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışında göstərilən tarixə yaranmış borc tutularkən xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizələr nəzərə alınmaqla X2 ekspert rəyində göstərilən əsas borc iddia tələbində olan məbləğdən daha çox olduğu üçün iddia tələbində qeyd olunan məbləğdə, faiz məbləği isə tələbdən daha az olduğu üçün – rəydə göstərilən məbləğdə müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olmadığından, xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 558,68 məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin maliyyələşdirmə üçün ərizəyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2041,89 manat faiz borcu, 558,68 manat dəbbə pulu olmaqla, cəmi 19844,31 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat cavabdehə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2041,89 manat faiz borcu, 558,68 manat dəbbə pulu olmaqla, cəmi 19844,31 manat məbləğində borc və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova