Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8113/2025 16.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 355648-CNS-43314/1 saylı əlavə razılaşmaya əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 449.87 manat məbləğində əsas borc, 3.45 manat məbləğində faiz borcu cəmi 453.32 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs V(ÖEN **********) Cavabdeh (bundan sonra mətndə Cavabdeh və ya cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 355648-CNS-43314 saylı kredit müqaviləsinə əsasən A.N.Novruzovayadövriyyə vəsaitlərinin artırılması üçün illik 23 faiz hesablanması şərti ilə 24 aymüddətinə 2997 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 355648-CNS-43314/1 saylı “xx.xx.2023-cü il tarixli, 355648-CNS-43314 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşma”ya əsasən kredit müddəti xx.xx.2025-ci il tarixədək, faiz dərəcəsi 22, məbləği isə 710.22 manat müəyyən edilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 453.32 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.
İİ. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 355648-CNS-43314 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 % olmaqla, 24 ay müddətinə 2997 manat məbləğində kredit verilmişdir. Kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir.
5. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, 2997 manat məbləğində kredit xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmişdir.
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 355648-CNS- 43314/1 saylı “xx.xx.2023-cü il tarixli, 355648-CNS-43314 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşma”ya əsasən kredit müddəti xx.xx.2025-ci il tarixədək, faiz dərəcəsi 22, məbləği isə 710.22 manat müəyyən edilmişdir.
7. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 355648-CNS-43314/1 saylı kredit müqaviləsi üzrə razılaşmaya əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan 449.87 manat məbləğində əsas borc, 3.45 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə borcu isə 453.32 manat təşkil edir. Cavabdeh öz öhdəliyini xx.xx.2025ci il tarixdən icra etmir.
8. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 355648-CNS-43314/1 saylı kredit müqaviləsi üzrə razılaşmaya əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan 351,45 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə borcu isə 351,45 manat təşkil edir.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş olunmuşdur.
10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 355648- CNS-43314 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. İddiaçı iddia ərizəsində 449,87 manat əsas borc, 3,45 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etsə də cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 351,45 manat, faiz borcu 0 manat təşkil edir.
15. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 351,45 manat, 0 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 351,45 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 351,45 manat əsas borc, 30 manat dövlət rüsumu, ümumilikdə 381,45 (üç yüz səksən bir manat qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova