Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8140/2024 05.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 308 000 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 308000 borc hesablanmışdır. 2017-ci ildə cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı ilə qaz tənzimləyicinin yerləri dəyişdirilərək tənzimləyici qeyri-qanuni və texniki istismar qaydalarına zidd olaraq sayğacdan sonraya keçirilmişdir. Bu hal qaz sayğacının real sərf edilən qaz həcmindən qat-qat artıq hesabat aparmasına səbəb olmuşdur. Qaz tənzimləyicinin yerinin dəyişərək sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək onu qaz sayğacına ötürməkdən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac qüsurla işləyərək artıq hesabat aparmağa başlayır. Bundan başqa, istixananın ölçüləri dəyişmədiyi təqdirdə, aylıq sərfiyyatın bu qədər artıq olması aydın deyil. Bununla bağlı cazvabdehə müraciət edilmiş, lakin məsələ öz həllini tapmamışdır. Həmçinin bu cür hallarla bağlı cavabdehə qarşı dəfələrlə iddialar irəli sürülmüş və artıq məhkəmə praktikası formalaşmışdır. Belə ki, analoji mübahisələrlə bağlı çoxsaylı məhkəmə ekspertizaları təyin edilmiş və bütün hallarda ekspertlər tərəfindən verilmiş rəy vahid olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 17 nömrəliəmri ilə təsdiq edilmiş və xx.xx.2009- cu ildən qüvvəyə minmiş “Qaztəchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14-cü bəndinin tələblərinə görə: “QTM-də (X2) və QTQ-də (Qaz tənzimləyici qurğularda) aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qoruyucubağlayıcı klapanların (QVK), Qoruyucu-atqı klapanların (QAK), qaz təzyiq tənzimləyicilərinin, bağlayıcı armaturların, nəzarət ölçü cihazların (NÖC), lazım gəldikdə qazsərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə (baypas) qaz kəmərlərinin ...”. Göründüyü kimi, “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14-cü bəndinin tələblərinə əsasən QTM-də və QTQ-də (həmçinin QTS-də) müəyyən ardıcılıqla süzgəclərin, qoruyucu-bağlayıcı klapanların (QVK), Qoruyucu-atqı klapanların (QAK), qaz təzyiq tənzimləyicilərinin, bağlayıcı armaturların, nəzarət ölçü cihazların (NÖC), lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə (baypas) qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulur. Yəni həmin ardıcılığa görə qaz təzyiq tənzimləyicisi qaz sərfini ölçmək üçün qoyula bilən cihazların (qaz sayğaclarının) əvvəlində quraşdırılmalıdır. Qaztənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Hazırkı mübahisə cavabdeh tərəfindən hesablanmış 308 000 məbləğində borc əsassız hesablamışdır və həmin borc məbləği qaz hesabından silinməlidir. Sərf edilən real qazın dəyəri (mövcud qətnamələrlə birlikdə) tam olaraq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahlar verdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə qərarları təqdim etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Cavabdehin iş materiallarına əlavə edilən məhkəmə qərarlarından görünür ki: – İddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə nəticəsində yaranmış 146 325,80 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh hesablaşma hesabına ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-417/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı təbii qazdan istifadə nəticəsində yaranmış 146 325,80 (yüz qırx altı min üç yüz iyirmi beş manat səksən qəpik) manat borc və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh Şəmkir RQİİ-nin “Beynəlxalq Bank”da olan hesablaşma hesabına ödənilməsi qət edilmişdir. – İddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə ümumilikdə 144 908,40 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən Cavabdeh ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(115)-443/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı təbii qazdan istifadə nəticəsində yaranmış 144908,40 (bir yüz qırx dörd min doqquz yüz səkkiz manat qırx qəpik) manat borc və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin ABB 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir; – İddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 146494 manat 80 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-821/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 45106 manat 80 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. – Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-417/2019 nömrəli qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-821/2021 nömrəli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hər iki icra vərəqəsi üzrə müvafiq olaraq 1249/2020-35-13 nömrəli və 266488/2021-35-21 nömrəli icra işləri icraatdadır. Həmçinin məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-443/2020 nömrəli qətnaməsi üzrə də 144 908,4 manat məbləğində pulun tutulması ilə bağlı xx.xx.2020-ci il tarixli 209544/2020-35-13 nömrəli icra işi də icraatdadır. Göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin və Gəncə Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri əsasında iddiaçının təbii qazın istehlakı üzrə cavabdehə olan borcu 336 341 manat müəyyən edilmişdir. Həmçinin iddiaçıya məxsus **********00000 nömrəli saldodan xx.xx.2024-cü il tarixə borc məbləğinin 308 955,46 manat təşkil etdiyi, həmin borcun sonuncu hissəsinin 2021-ci ilin may ayında hesablandığı görünür. Yəni qeyd olunan tarixdən sonra qazdan istifadəyə görə borcun hesablanmadığı görünür. İddianın faktiki əsasını abonentin saldosu və adıçəkilən məhkəmə qətnamələri ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, hazırda mübahisələndirilən borc məbləği tam olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarları əsasında tutulan 336 341 manat borcun tərkibinə daxildir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən borc məbləği ilə bağlı eyni tərəflər arasında məhkəmə mübahisələri olmuş, məhkəmələr tərəfindən borcun əsaslı olubolmadığına qiymət verilməklə mübahisə həll edilmişdir. Məhkəmə bildirir ki, borcun tutulması tələbinə dair iddiaya qiymət verən məhkəmə tutulması tələb olunan borc məbləğinin əsaslılığına qiymət verməklə təmin və ya rədd olunması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında borcun əsaslı olduğunu və ya əsassız olduğunu müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Hazırkı iş üzrə cavabdeh borcun tutulması tələbinə dair icraatda borcun əsassızlığına dair istinad etdiyi hallarla bağlı etiraz bildirmək hüququna malik olmuş, lakin borcun əsaslılığına etiraz etməmiş, borcu mübahisələndirməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, borcun tutulmasına dair iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq borcun silinməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 598 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 598 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 598 (beş yüz doxsan səkkiz) manat pul İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8140/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8140/2024
05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver