Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-817/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və X9, cavabdehin nümayəndələri X6 və X7 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Nəqliyyat Agentliyi “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınmasına dair müsabiqə nəticələrinin qanunsuz ləğv edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq, 7000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “X2 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixdə elan edilmiş X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətləri üçün kotirovka üsulu ilə satın alınmasında iştirak edərək, 7000 manat dəyərində xidmət təklifi vermiş və qanunvericiliyin tələblərinə uyğun olaraq tələb edilən bütün sənədləri təqdim etmişdir. “xxxx” MMC İddiaçı MMC-yə “Kotirovka təklifinin aksept edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli, 01/06-382 saylı bildiriş göndərmiş və həmin bildirişdə İddiaçı MMC-dən xx xxxxxxxx 2020-ci il tarixinə qədər satınalma müqaviləsinin imzalanıb qaytarılması tələb edilmişdir. İddiaçı MMC edilən bildirişi xx xxxxxxxx 2020-ci il tarixdə əldə etmişdir. Lakin bildirişə hər hansı müqavilə əlavə edilməmişdir. Bunun əvəzində, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral 34 nömrəli qərarı ilə təsdiqlənmiş müqavilə nümunəsi audit xidmətinin xüsusiyyətlərinə uyğun hazırlanmadan və imzalanmadan İddiaçı MMC-nin elektron poçt ünvanına göndərilmişdir. İddiaçı MMC xx xxxxxxxx 2020-ci il tarixədək AR Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və audit xidmətlərinin xüsusiyyətlərinə uyğun olaraq hazırlamış olduğu müqaviləni imzalayaraq poçt vasitəsilə “xxxx” MMC-yə göndərmişdir. Bundan sonra tərəflər arasında “xxxx” MMC-nin hüquqşünası O.Qasımovla müqavilə şərtləri ilə bağlı telefon vasitəsilə və elektron poçt vasitəsilə müzakirələr aparılmışdır. “xxxx” MMC rəhbərliyin müqavilənin bəzi şərtləri ilə razılaşmadığını və dəyişikliklərin edilməsini bildirmiş, buna müvafiq olaraq da, İddiaçı MMC hansı şərtlərlə razılaşmadıqlarının bildirilməsini və müvafiq dəyişikliyin edilməsinin mümkünlüyünü elektron poçt vasitəsilə “xxxx” MMC əməkdaşlarının diqqətinə çatdırmışdır. Daha sonra dəfələrlə “xxxx” MMC-nin əməkdaşları O.Abıyev və O.Qasımovla müqavilənin nəticəsi barədə telefon vasitəsilə məlumat almaq istədikdə rəhbərliyin cavabını gözlədiklərini bildirmişlər. Hətta bəzi zamanlarda isə ümumiyyətlə telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır. Lakin müqavilənin göndərilməsindən 18 gün keçdikdən sonra “xxxx” MMC-nin Orxan Abıyev adlı əməkdaşı tərəfindən İddiaçı MMC-nin elektron poçt ünvanına “Məlumat” adlı məktub yazılaraq göstərilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral 34 nömrəli qərarı ilə təsdiqlənmiş müqavilə nümunəsinə uyğun olan müqavilə forması göstərilən müddət ərzində imzalanmadığından, Antiinhisar və X14 Dövlət Xidməti tərəfindən “X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınması məqsədilə keçirilən müsabiqənin nəticəsi ləğv edilmişdir”. “xxxx” MMC-nin sözügedən müsabiqənin nəticəsinin ləğv edilməsinə dair qeyd etdiyi məlumat qanunvericiliyin tələbinə və həqiqətə uyğun olmadığı üçün İddiaçı MMC-nin əməkdaşı tərəfindən xx xxxxxxx 2020ci il tarixdə həmin məktuba elektron qaydada cavab verilərək göstərilmişdir ki, Antiinhisar və X14 Dövlət Xidmətinə qanunvericilik əsasında sözügedən müqaviləni ləğv etmək səlahiyyəti verilməmişdir və "xxxx" MMC tərəfindən sözügedən müqavilənin Antiinhisar və X14 Dövlət Xidməti tərəfindən ləğvi məsələsi araşdırılmış və Antiinhisar və X14 Dövlət Xidməti tərəfindən müqavilənin ləğv edilməsi öz təsdiqini tapmamışdır. "xxxx" MMC-yə BNA tərəfindən göndərilmiş rəsmi bildirişdə müqavilənin xx xxxxxxxx 2020-ci il tarixədək imzalanması bildirilmişdir ki, "xxxx" MMC tərəfindən də xx xxxxxxxx 2020-ci il tarixədək müqavilə imzalanaraq göndərilmişdir. "xxxx" MMC-yə müqavilənin ləğvinə dair rəsmi bildiriş təqdim edilməmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu bildiriş portalda yerləşdirilməmişdir. “xxxx” MMC-yə qeyd edilən cavab məktubu yazılmaqla yanaşı, qeyd edilən məsələnin araşdırılması üçün rəhbərliklə müvafiq görüşün keçirilməsi xahiş edilmişdir və növbəti gün “xxxx” MMC-nin ofisində müvafiq görüş keçirilmişdir. Görüş zamanı qanunvericiliyin tələbləri bir daha MMC-nin diqqətinə çatdırılmışdır. “xxxx” MMCnin əməkdaşları görüş zamanı müsabiqənin nəticələrinin ləğvinə dair bildirişin portala yerləşdirildiyini bildirmişlər və “xxxx” MMC tərəfindən müqavilə üzrə təminatın ödənilmədiyinə də istinad etmişlər. Bundan sonra “xxxx” MMC tərəfindən portala baxış keçirilmiş və aşkar edilmişdir ki, “xxxx” MMC-nin əməkdaşı tərəfindən elektron poçt vasitəsilə “xxxx” MMC-nin əməkdaşına yazılmış cavab məktubunda müqavilənin ləğvinə dair rəsmi bildirişin qanunvericiliyin tələblərinə uyğun olaraq portalda yerləşdirilmədiyi bildirildikdən sonra, “xxxx” MMC tərəfindən dərhal müsabiqənin nəticələrinin ləğvinə dair bildiriş xx xxxxxxx 2020-ci il tarixdə portala yerləşdirilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə isə “xxxx” MMC-nin əməkdaşı Orxan Abıyev tərəfindən “xxxx” MMC-nin xx xxxxxxx 2020ci il tarixli məktubuna cavab yazaraq göstərmişdir ki, “xxxx” MMC tərəfindən təsdiq edilmiş müqavilə şərtləri ilə “xxxx” MMC razılaşmadığından müqavilə imzalamamış və müsabiqənin nəticələrini ləğvi barədə bildirişi də portala yerləşdirmiş, lakin “xxxx” MMC-nin imzalanmış müqavilələri geri qaytarılmayıb. “xxxx” MMC tərəfindən Antiinhisar və X14 Dövlət Xidmətinə və surəti “xxxx” MMC-yə göndərilmiş şikayət məktubundan sonra “xxxx” MMC-nin imzalanmış müqavilələri “xxxx” MMC tərəfindən imzalanmayaraq, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-yə geri qaytarılıb. “xxxx” MMC audit xidmətinin xüsusiyyətlərinə uyğunlaşdırılmamış və imzalanmamış şəkildə İddiaçı MMC-nin elektron ünvanına göndərilmiş müqavilə nümunəsinin İddiaçı MMC tərəfindən imzalanmadığına istinad edərək, müsabiqənin nəticəsini qanunsuz olaraq ləğv edərkən unudub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral 34 nömrəli qərarı ilə təsdiqlənmiş müqavilə sadəcə nümunədir. Tərəflər həmin nümunəyə uyğun şərtlərini müqaviləyə daxil etməlidirlər. Buna görə də “xxxx” MMC tərəfindən “X3 X12 auditin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınmasına dair müsabiqənin nəticələrinin qanunsuz olaraq ləğv edilməsi nəticəsində “xxxx” MMC-yə vurulmuş zərər və əldən çıxmış fayda ödənilməlidir. Belə ki, uzun müddət və əmək sərf edərək, “xxxx” MMC tərəfindən “X3 X12 auditin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınmasında iştirak edən, müvafiq sənədləri toplayan və “xxxx” MMC ilə uzun müddət müqavilənin imzalanması ilə bağlı danışıqlar və yazışmalar aparılması nəticəsində “xxxx” MMC paralel olaraq keçirilən bir çox tenderdə iştirak etmək üçün imkana malik olmayıb. Lakin nəticədə, “xxxx” MMC tərəfindən müsabiqə nəticəsinin qanunsuz olaraq ləğv edilməsi nəticəsində əldə edəcəyi gəlirdən məhrum olub ki, bu da “xxxx” MMC-yə zərərin vurulması ilə nəticələnmişdir. İddiaçının nümayəndələri Nümayəndə və X13 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri X11 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “X8” Azərbaycan Respublikasının Qanunun 20 və 49-cu maddələrinə və X5 təşkili və keçirilməsinə dair təlimata uyğun olaraq kotirovka sorğusu müsabiqəsi təşkil olunmuşdur. İlkin olaraq, “X8” qanunun 22-26-cı maddələrinə əsasən müsabiqə komissiyası formalaşdırılmış, müsabiqənin əsas şərtlər toplusu hazırlanmış, müsabiqənin keçirilməsi barədə elan xx xxxxxx 2020-ci il tarixdə Dövlət satınalmalarının vahid internet portalında və “Respublika” qəzetinin xx xxxxxx 2020-ci il tarixli buraxılışında dərc etdirilmişdir. “xxxx” MMC xx xxxxxx 2020-ci il tarixində e- mail vasitəsilə cavabdehin poçt ünvanına müraciət edərək müsabiqədə iştirak etmək üçün şərtlər toplusunun göndərilməsini xahiş etmiş və müvafiq olaraq elə həmin gün şərtlər toplusunu əldə edərək müsabiqəyə kotirovka təklifi vermişdir. Kotirovka sorğusu müsabiqəsi xx xxxxxx 2020-ci il tarixində zərflərinin açılışı zamanı “xxxx” MMC 7000 manatlıq kotirovka təklifi təqdim etmişdir. “xxxx” MMC-nin təklifi ən aşağı qiymət olduğundan qalib şirkət kimi müsabiqənin nəticələrinə dair tender komissiyasının yekun protokolunda qeyd olunmuş və həmin protokol Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X14 Dövlət Xidmətinə təqdim olunmuşdur. Qeyd edilənlərə uyğun olaraq xx xxxxxxxx 2020-ci il tarixində Antiinhisar və X14 Dövlət Xidməti tərəfindən göndərilmiş məktubda yekun protokolun qeydə alındığı bildirilmişdir. X5 təşkili və keçirilməsinə dair təlimatın 2.8 və 2.9cu maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 34 saylı qərarı ilə təsdiq edilmiş Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin tələblərinə uyğun olaraq müqavilə və təklifin aksept edilməsi barədə bildiriş hazırlanaraq İddiaçı MMC-yə rəsmi təqdim edilmişdir. Bildirişdə müqavilənin xx xxxxxxxx 2020-ci il tarixə qədər imzalanmalı olduğu qeyd olunmuşdur. Lakin 21-xx xxxxxxxx 2020-ci il tarixləri arasında həmin şirkət tərəfindən bildirişə və satınalma müqaviləsinə heç bir münasibət bildirilməmişdir. Qeyd edilən müddət ərzində, yəni 21-xx xxxxxxxx 2020-ci il tarixdə “X2 Mərkəzi” MMC-nin satınalma üzrə əlaqələndirici məsul şəxsi qarşı tərəfdən reaksiya verilmədiyi üçün telefonla sözügedən şirkətlə əlaqə saxlamış və müqavilə ilə bağlı kiminlə əlaqə saxlanılmalı olduğunu dəqiqləşdirməyə çalışmışdır. Qarşı tərəfdən bildirilmişdir ki, qeyd edilən məsələ ilə İddiaçı MMC- nin hüquqşünası məşğuldur və hal-hazırda həmin şəxs iş yerində yoxdur. Sonrakı zənglərdə isə hüquqşünasın yenə ofisdə olmadığı və ya məhkəmə prosessində olduğu bildirilmişdir. Bundan sonra yalnız 1 dəfə əlaqə saxlanılmış və onda da müqavilənin bildirişdə qeyd edilən müvafiq tarixə kimi imzalanaraq göndəriləcəyini bildirilmişdir. xx xxxxxxxx 2020-ci il tarixində “xxxx” MMC e-mail vasitəsilə "X2 Mərkəzi” MMC-nin elektron poçt ünvanına tamamilə başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş nümunənin tələblərinə uyğun olmayan müqavilə göndərmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X14 Dövlət Xidmətinin də həmin müqavilə formasını qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş müqavilədə “X8” Azərbaycan Respublikasının Qanununda avans ödənişinin yuxarı həddi 30% göstərildiyi halda sözügedən şirkət tərəfindən heç bir bank zəmanəti təqdim edilmədən 50% avans ödənişi tələb olunmuş, həmçinin müqavilənin 2.2.8-ci bəndində Audit Xidməti” MMC-nin işçilərinin 3 il müddətində işə qəbul ediləcəyi təqdirdə 36000 manat məbləğində cərimə tətbiq ediləcəyi və bu kimi bir neçə əsassız tələb qeyd olunmuş ümumilikdə isə mallar (işlər, xidmətlər) üzrə ümumi satınalma müqaviləsinin maddələri təhrif olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 34 saylı qərarı ilə təsdiq edilmiş Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin tələblərinə uyğun deyildir və həmin şirkətin rəhbərliyi ilə müqavilənin müzakirəsi aparılan zaman müqavilədə razılaşmadığımız hissələrin sadalananlarla yekunlaşmadığını, ümumi müqavilənin forması ilə də razılaşmadığımızı və buna oxşar bir neçə müvafiq məqamlar onların diqqətinə çatdırılmış və belə bir müqavilə ilə razılaşmadığımızı bildirimişik. Həmçinin, İddiaçı MMCyə təklifin aksept edilməsi barədə bildirişi göndərildikdən sonrakı 21-xx xxxxxxxx 2020-ci il tarixdə heç bir rəsmi münasibət bildirmədiyindən və müqavilə ilə bağlı heç bir müzakirə aparmadığından müqavilənin imzalanması üçün 1 bank günü qaldığı və daha operativ qərar vermələri qarşı tərəfdən xahiş olunmuşdur. İddiaçı MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müqavilə nümunəsinin tələblərinə uyğun hazırlanmış müqavilə ilə razılaşmamış və həmin müqaviləni aksept bildirişində göstərilən müddətin sonuna qədər, yəni xx xxxxxxxx 2020-ci il tarixinə kimi “X2 Mərkəzi” MMC- yə imzalayıb təqdim etməmişdir. “X8” Qanunun 40.3-cü maddəsinə əsasən tenderin qalibinin tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və tender təklifi təminatının geri qaytarılmaması ilə nəticələnir. Bu səbəbdən, bildirişdə göstərilən müvafiq müddət ərzində “xxxx” MMC tərəfindən müqavilənin imzalanmaması onun müsabiqə üzrə öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilmişdir. Antiinhisar və X14 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli AİBNDX - 15/01-5/971S nömrəli cavab məktubunda keçirilmiş kotirovka müsabiqəsinin nəticəsinin ləğv olunmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, kotirovka sorğusunda qalib elan edilmiş təşkilat müqaviləni imzalamadıqda keçirilmiş müsabiqədə 2-ci yeri tutmuş malgöndərənlə müqavilənin imzalanması "X8” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Sözügedən məktub qəbul edildikdən sonra həmin məktuba və X8 qanunun 40.3-cü maddəsinə əsaslanaraq müsabiqə nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmuş, xx xxxxxxx 2020-ci il tarixində “xxxx” MMC-nin elektron ünvanına məlumat göndərilmiş və xx xxxxxxx 2020-ci il tarixində isə Dövlət satınalmalarının vahid internet portalında bildiriş yerləşdirilmişdir. Bundan sonra "xxxx” MMC e-mail vasitəsilə xx xxxxxxx 2020-ci il tarixində yenidən müraciət edərək müqavilənin ləğv edilməsinin tərəflərindən araşdırıldığını, müqavilənin imzalanaraq “X2 Mərkəzi” MMC-nin tabe olduğu Bakı Nəqliyyat Agentliyinə göndərildiyini, müqavilənin ləğvi ilə bağlı bildiriş göndərilmədiyini, portalda yerləşdirilmədiyi və rəhbərliklə müvafiq görüşün təşkil edilməsinin xahiş olunduğu qeyd edilmişdir. İlkin olaraq “xxxx” MMC-yə göndərilən müqavilə formasında dəyişikliyə ehtiyac olduğu və ya hansısa hissələrin əlavə olunması düşünülürdüsə 21-xx xxxxxxxx 2020-ci il tarixləri aralığında buna münasibət bildirmək və ya əlavə olunacaq hissələri “X2 Mərkəzi” MMC- yə bildirmək yerinə göstərilən tarix aralığında müqaviləyə dair heç bir münasibət bildirilməmiş və yalnız 25 sentyabrda 2020ci il tarixində Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx xxxxxx 2003-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş müqavilə nümunəsinin tələblərinin bu günün tələblərinə cavab vermədiyini bildirilərək e-mail vasitəsilə başqa müqavilə forması “xxxx" MMC tərəfindən göndərilmişdir.Əlavə olaraq digər yanlış məlumat isə sözügedən şirkətin müqavilənin yerinə yetirilməsi üçün təminat tələb olunduğunu bildirməsidir. İlkin olaraq iddiaçı 50% qabaqcadan, 50% isə xidmətlər təhvil veriləndə ödəniş tələb etmişdir. Lakin yazışmalar zamanı sözügedən şirkətə “X8” Azərbaycan Respublikası Qanununun 40-1.1ci maddəsinin (40-1.1. satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. İddiaçının maddi zərər vurulması barədə iddia tələbinin heç bir hüquqi əsası və sübutu yoxdur. “xxxx” MMC ona zərər vurulmasını belə əsaslandırır, guya uzun müddət və əmək sərf edərək, “xxxx” MMC tərəfindən “X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınmasında iştirak edən, müvafiq sənədləri toplayan və “xxxx” MMC ilə uzun müddət müqavilənin imzalanması ilə bağlı danışıqlar və yazışmalar aparması nəticəsində adıçəkilən şirkət guya paralel olaraq keçirilən bir çox tenderdə iştirak etmək üçün imkana malik olmayıb və sonda da qeyd edir ki bu səbəbdən “xxxx” MMC-yə maddi zərər vurulub. "X8” qanunun müvafiq müddəalarına uyğun olaraq “X2 Mərkəzi” MMC tərəfindən "X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətləri”nin satın alınmasına dair təşkil edilmiş və müvafiq səbəbdən nəticələri ləğv edilmiş müsabiqədə iştirak etmiş malgöndərənlərin, həmçinin qalib elan edilmiş təşkilatın heç bir subyektiv və obyektiv hüquqları pozulmamış və onlara zərər vurulmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Bakı Nəqliyyat Agentliyi “X1 Mərkəzi” MMC-nin Nizamnaməsinə əsasən xx.xx.2011ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış və səhmlərinin 100 faizi dövlətə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli, 709 saylı Fərmanı ilə yaradılmış Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmamaqla onun tabeliyindədir. - Bakı Nəqliyyat Agentliyi “X1 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, 130 h/S saylı əmri ilə 2019-cu il üzrə X3 X12 auditinin həyata keçirilməsi və X15 xidmətlrinin satın alınması kotirovkalar sorğusu üsulu ilə həyata keçirilməsi əmr edilmişdir. - xx.xx.2020-ci il tarixli malgöndərənin kotirovka təklifinə əsasən “xxxx” MMC satın alınan mallara 2019-cu ilin amliyyə nəticələrinin audit yoxlaması işlərinin satınalınmasını 7000 manat qiymətdə təklif etmişdir. - xx.xx.2020-ci il tarixli X5 nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən kotirovka sorğusu proseduunda qali müəyyən olunmuş malgöndərən və satınalma müqaviləsi üzrə malgöndərən “xxxx” MMC seçilmişdir. - xx.xx.2020-ci il tarixli, 01/06-360 saylı məktubla “X2 Mərkəzi” MMC tərəfindən “X3 X12 X10 və X15 Xidmətləri”nin satın alınmasına dair X5 nəticələri haqqında Tender Komissiyasının yekun protokolunun surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X14 Dövlət Xidmətinə göndərilmişdir və xx.xx.2020-ci il tarixli, AİBNok-15/01-5/3357p saylı məktuba əsasən xx.xx.2020-ci il tarixdə 5p/5152 nömrə ilə qeydə alınmışdır. - xx.xx.2020-ci il tarixli, 01/06-382 saylı kotirovka təklifinin aksept edilməsi barədə bildiriş ilə 7000 manat qiymətində xx xxxxxx 2020-ci il tarixli qiymət kotirovkası “X2 Mərkəzi” MMC tərəfindən qəbul olunmuş və xx xxxxxxxx 2020-ci il tarixə qədər satınalma müqaviləsinin imzalanıb qaytarılması tələb olunmuşdur. - “xxxx” MMC tərəfindən “Audit xidməti göstərilməsi barədə” xx.xx.2020-ci il tarixli 184 saylı müqavilə tərtib edilmiş və həmin müqavilənin 3.2-ci maddəsində ödəniş kimi xidmət haqqının 50% auditə başlanılmazdan əvvəl qədim edilmiş hesab-fakturaya uyğun olaraq bank köçürülməsi vasitəsilə, xidmət haqqının qalan 50% isə yekun audit hesabatının onlara təqdim edilməsindən sonra müvafiq fakturaya uyğun olaraq bank köçürməsi vasitəsi ilə köçürülməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X14 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli AİBN100-1/01-5/9719 saylı məktubuna əsasən “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının Qanununda kotirovka sorğusunda 2-ci yerin nəzərdə tutulmadığına əsaslanaraq keçirilmiş müsabiqənin nəticəsinin ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. - “X2 Mərkəzi” MMC-nin Tender Komissiyasının yığıncağının xx.xx.2020-ci il tarixli 4 saylı «“X2 Mərkəzi” MMC-nin X3 X12 auditin həyata keçirilməsi və X15 xidmətləri ilə bağlı Kotirovka sorğusunun prosedurunun nəticələrinin ləğv edilməsinə dair»protokoluna əsasən tender qalibi tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi ilə bağlı maliyyə hesabatlarını X4 uyğun auditin həyata keçirilməsi və auditi rəyinin verilməsi xidmətlərinin satın alınması üzrə X5 nəticələrinin ləğv edilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli bildirişdə Kotirovka sorğusunun qalibinin müəyyən olunmuş müddət ərzində “X5 Təşkili və Keçirilməsinə dair Təlmat”ın 2.9-cu maddəsində göstərilən müqavilə formasını imzalamadığından Antiinhisar və X14 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən müsabiqə nəticələri ləğv edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin məzmunundan görünür ki, tələb olunan zərərin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan “əldən çıxmış fayda”, yəni, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olması təşkil edir. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq müvafiq dövrdə “etender.gov.az” saytında elan edilmiş kortirovka sorğularının siyahısı təqdim olunmuş və bildirilmişdir ki, məhz Bakı Nəqliyyat Agentliyi “X1 Mərkəzi” MMC-nin kortirovka sorğusunda iştirakla əlaqədar iddiaçı həmin kortirovka sorğularında iştirak edə bilməmişdir. Lakin məhkəmə hesab edir ki, təqdim olunan siyahı iddiaçıya zərər vurulmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının iddia tələbində qeyd etmiş olduğu «Bildirişə hər hansı müqavilə əlavə edilərək Bildirişlə birlikdə İddiaçı MMC-yə göndərilməyib. Bunun əvəzində, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral 34 nömrəli qərarı ilə təsdiqlənmiş müqavilə nümunəsi audit xidmətinin xüsusiyyətlərinə uyğun hazırlanmadan və imzalanmadan İddiaçı MMC-nin elektron poçt ünvanına göndərilib.» dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X8” Azərbaycan Respublikası Qanunun 40.11-ci maddəsinə əsasən mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. “X5 təşkili və keçirilməsinə dair” təlimatın 2.9-cu bəndinənə əsasən satınalma müqaviləsi Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunur. Göründüyü kimi cavabdeh tərəf qanunvericiliyin və təlimatın qeyd olunan ipmerativ tələbləri əsasında müqaviləni iddiaçı tərəfə göndərmişdir. Yəni, hazırkı müqavilə qanunla nəzərdə tutulmuş müqavilə forması olduğundan ondan kənara çıxılması qanunauyğun hesab edilmədiyindən cavabdeh tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Nəqliyyat Agentliyi “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-817/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-817/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver