Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-819/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 fevral 2024-cü il tarixli 157/24-RC saylı konteynerlərin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən 54937,26 AZN manat əsas borcun, 254 manat dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 55491,26 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında 19 fevral 2024-cü il tarixdə 157/24-RC saylı Konteynerlərin İcarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən müqavilə bağlandığı tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehin 59657,26 manat borc öhdəliyi yaranmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh həmin borc məbləğindən 18% ƏDV daxil 4720 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq təhvil-təslim aktları və elektron qaimə faktura ilə öz təsdiqini tapır. Cavabdeh hal-hazırki vaxtadək qeyd olunan borc məbləğini ödəməmişdir. Həmin Müqavilənin 3.1.2-ci maddəsinə əsasən İcarə haqqının vaxtında ödənilməsini tələb etmək icarəyə verənin hüququdur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.4, 441, 445, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış 19 fevral 2024-cü il tarixli 157/24-RC saylı konteynerlərin icarəyə verilməsi haqqında müqaviləsindən görünür ki, icarəyə verən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə Füzuli rayonunda yerləşən va ona məxsus olan mövcud müvəqqəti kampda icərəçinin işçilərinin saxlanması üçün lazımi şəraitin təşkil edilməsini və qida ilə təmin edilməsini, İcarəçi isə bunun qarşılığında qeyd olunan xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən icarə obyekti Füzuli rayonunda yerləşir. İcarə obyekti tərəflərin səlahiyyətli nümayəndələri arasında qarşılıqlı imzalanan təhvil-təslim aktı əsasında icarəçiyə təhvil veriləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə və qidalanma haqqının ödənilməsi icarəçiyə təhvil verildiyi gündən sonra ayda bir dəfə hər 30 təqdim günündən bir bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Aktlara müvafiq olaraq bank köçürməsi yolu ilə, Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının məbləği müvafiq vergilər daxil olmaqla 1 gecə 1 konteyner üçün vergilər daxil 113.28 AZN təşkil edir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə obyekti icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim aktı və icarə obyekti ilə bağlı icarəçinin tələb etdiyi bütün digər zəruri sənədlərlə birlikdə təhvil verilir. xx.xx.2024-cü il tarixli, 01 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 6762 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 07 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 6420 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 02 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 10338 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 03 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 7426 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 06 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 6131 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 05 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 6880 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 06 nömrəli akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qeyd olunan konteynerlər icarəyə verilməklə ümumilikdə 6600 manat məbləğ ödəmək şərtilə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 700/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixi daxil olmaqla cavabdehin İddiaçı QSC-yə 18 % ƏDV daxil olmaqla ümumilikdə 54937,26 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı QSC-nin ƏDV sub-hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində xx.xx.2024 il, EBEB 279272 saylı qaiməyə əsasən 720 manat ödəniş edilmişdir. İddiaçı QSC-nin "xxxx" ASC-də olan hesab üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində xx.xx.2024 il, EBEB 279272 saylı qaiməyə əsasən 4000 manat icarə haqqı ödənişi edilmişdir. “PulPal” ödəniş sisteminin çıxarışından görünür ki, İddiaçı QSC 320 manat “Femida” vəkil bürosuna ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC 254 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ona məxsus konteynerləri cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları, hesabdan çıxarışlar) öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni icarə haqqından 54937,26 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 54937,26 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat vəkil xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 254 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 19 fevral 2024-cü il tarixli, 157/24-RC saylı “Konteynerlərin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 54937 (əlli dörd min doqquz yüz otuz yeddi) manat 26 (iyirmi altı) qəpik əsas borc, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manatın və ödənilmiş dövlət rüsumunun 254 (iki yüz əlli dörd) manatın əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-819/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-819/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver