Məhkəmə qərarları › İş №e-2-2(113)-82/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-82/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-82/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 13792,28 manat faiz borcu, 3651,35 manat cərimə borcu olmaqla, cəmi 122638,51 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, 14 manat dövlət rüsumunun birgə qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 10571,59 manat faiz borcu, 2151,97 manat cərimə borcu olmaqla, cəmi 117918,44 manat məbləğində borcun birgə qaydada iddiaçının xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2758/2022 saylı qərardadı ilə iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə əvəz edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlərdən İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 12452,75 manat faiz borcu, 3456,89 manat cərimə borcu olmaqla, cəmi 121104,52 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 410 manat məbləğində xidmət haqqının və bir manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 13792,28 manat faiz borcu, 3651,35 manat cərimə borcu olmaqla, cəmi 122638,51 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, 14 manat dövlət rüsumunun birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli İKZ048 nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 23 dekabr 2020-ci il tarixli 212/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 16% faiz dərəcəsi ilə 24 ay müddətinə 150,000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış İKZ048 saylı kedit müqavilə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, Z4216 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, nəticədə İKZ048 saylı müqavilə üzrə 192 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalanlara xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırda Borcalanın kredit üzrə öhdəlikləri İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 13792,28 manat faiz borcu, 3651,35 manat cərimə borcu olmaqla, cəmi 122638,51 manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İKZ048 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2nə illik 16% faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Z4216 saylı Zaminlik müqaviləsindən görünür ki, Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, İKZ048 saylı kredit müqaviləsi əsasında Cavabdeh2nə veriləcək 150000 manat məbləğdə kreditlə əlaqədar olaraq Cavabdeh2 Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1, Cavabdeh2 ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2 saylı Tələbin güzəşti müqaviləsindən görünür ki, müvəkkil bank 25 dekabr 2020-ci il tarixli İKZ048 nömrəli Kredit müqaviləsinə əsasən borcalan olan Cavabdeh2nə verilmiş kredit üzrə bütün tələb hüquqlarını Fonda güzəşt etməyi, Fond isə 23 dekabr 2020-ci il tarixli 212/2020 nömrəli zəmanət məktubuna əsasən 3 iş günü müddətində zəmanət üzrə ödəniş məbləğini birdəfəlik qaydada Müvəkkil bankın hesabına köçürməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli 2 saylı Təhvil təslim aktından görünür ki, akta əlavə olunmuş siyahıda qeyd olunmuş sənədlər Müvəkkil bank tərəfindən Fonda təhvil verilmiş, Fond isə həmin sənədləri təhvil almışdır. xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00132-2023 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya xx.xx.2020-ci il tarixli İKZ048 saylı kredit müqaviləsi üzrə olan borcu, əsas borca görə 105194,88 manat, faiz borcuna görə 13792,28 manat, dəbbə borcuna görə 3651,35 manat, cəmi 122638,51 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7256 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, İKZ048 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2022-ci il tarixədək (1-ci maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 129.084,88 manat, o cümlədən əsas borc üzrə 117.682,73 manat, faiz borcu üzrə 11.402,15 manat məbləğində və xx.xx.2022-ci il tarixədək (2-ci maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 134.262,92 manat, o cümlədən əsas borc üzrə 117.682,73 manat, faiz borcu üzrə 16580,19 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, İKZ048 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2nə illik 16% faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 manat məbləğində kredit vermişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, Z4216 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, İKZ048 saylı kredit müqaviləsi əsasında Cavabdeh2nə veriləcək 150000 manat məbləğdə kreditlə əlaqədar olaraq Cavabdeh2 Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1, Cavabdeh2 ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bundan sonra Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli 2 saylı Tələbin güzəşti müqaviləsi bağlanmış və müqaviləyə əsasən müvəkkil bank 25 dekabr 2020-ci il tarixli İKZ048 nömrəli Kredit müqaviləsinə əsasən borcalan olan Cavabdeh2nə verilmiş kredit üzrə bütün tələb hüquqlarını Fonda güzəşt etməyi, Fond isə 23 dekabr 2020-ci il tarixli 212/2020 nömrəli zəmanət məktubuna əsasən 3 iş günü müddətində zəmanət üzrə ödəniş məbləğini birdəfəlik qaydada Müvəkkil bankın hesabına köçürməyi öhdələrinə götürmüşlər. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh2 keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Cavabdeh2 iddiaçıya xx.xx.2020-ci il tarixli İKZ048 saylı kredit müqaviləsi üzrə olan borcu, əsas borca görə 105194,88 manat, faiz borcuna görə 13792,28 manat, dəbbə borcuna görə 3651,35 manat, cəmi 122638,51 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7256 saylı ekspert rəyindən göründüyü kimi Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixədək (1-ci maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 129.084,88 manat, o cümlədən əsas borc üzrə 117.682,73 manat, faiz borcu üzrə 11.402,15 manat məbləğində və xx.xx.2022-ci il tarixədək (2-ci maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 134.262,92 manat, o cümlədən əsas borc üzrə 117.682,73 manat, faiz borcu üzrə 16580,19 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi ilə əsas və faiz borclarının məbləğləri iddiada tələb olunan məbləğlərdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh X1 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh2 iddiaçıya olan xx.xx.2020-ci il tarixli İKZ048 nömrəli kredit müqaviləsi üzrə 105194,88 manat məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan, eyni zamanda Cavabdeh1 Zaminlik müqaviləsi ilə Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış krеdit müqaviləsinə əsasən Cavabdeh2 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür ki, iddiaçı tərəfindən hesablanmış faiz məbləğləri iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan iddia həmin hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqaviləyə əsasən Cavabdeh2 dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tələb olunan 3651,35 manat məbləğində dəbbə pulu məbləği yaranmış əsas borc məbləğinə görə tənasüb olduğundan cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2ndən və Cavabdeh1 İKZ048 saylı kredit müqaviləsinə əsasən 105194,88 manat əsas borc, 13792,28 manat faiz borcu, 3651,35 manat cərimə borcu olmaqla, cəmi 122638,51 manat məbləğində borc, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 14 manat dövlət rüsumu müştərək qaydada tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar