Məhkəmə qərarları › İş №e-2-2(113)-8238/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8238/2025

27.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8238/2025 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təqdim edilməsi, protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin yeni redaksiyada nizamnaməsinin surətinin, Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin səhmdarlarının 2025-ci il sonuncu reyestrinin surətinin, Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin 2021-2022-2023-2024 illər üçün mühasibat balansının, maliyyə nəticələri haqda illik hesabatının 1; 2 və 5 nömrəli əlavələrin surətinin, Auditor Rəyi, Vergi bəyannaməsinin surətinin, İcarə Müqaviləsinin surətinin, Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin 2023-2024-2025 illərdə keçirilmiş səhmdarların ümumi yığıncağının protokolunun surətinin, Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin 2023- 2024-2025 illərdə keçirilmiş səhmdarların ümumi yığıncağının reqlamentinin, qeydiyyatdan keçmiş səhmdarların siyahsının və Ümumi yığıncaqdakı iştirak etmək barədə mənə bizə göndərilmiş bildiriş, poçt xəbarnaməsi və ya qəbzin surətinin, Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin balansından xx.xx.2025-ci il tarixə qədər silinmiş və ya satılmış daşınan və daşınmaz əmlakın siyahısı olmaqla tələb olunan bütün sənədlərin səhmdar İddiaçı bir gün ərzində verilməsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun nəticələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin səhmdarlarının 15 avqust 2025-ci il tarixli növbəti yığıncağının 001/2025 saylı protokolunun və həmin protokolun nəticələrinin etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış bütün qeydlərin ləğv edilməsi, cavabdeh "Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin rəhbərliyinin yarıtmaz idarəçiliyi nəticəsində səhmdar İddiaçı dəymiş 10000 (on min) manat məbləğində maddi ziyanın, 18240 (on səkkiz min iki yüz qırx) manat həcmində əldən çıxmış faydanın və 50000 (əlli min) manat həcmində nüfuzuma mənəvi dəymiş zərərin ödənilməsi barədə, ümumilikdə 78240 (yetmiş səkkiz min iki yüz qırx) manatın cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8285/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun nəticələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair e-2-2(113)-8285/2025 saylı iş, onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)-8238/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməsi və birləşdirilmiş işə e-2-2(113)-8238/2025 saylı nömrə verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib cavabdeh "xxxx" ASC-nin nizamnaməsinin, səhmdarlarının 2025-ci il üzrə sonuncu reyestri, mühasibat balansı, illik hesabatlar, auditor rəyi, vergi bəyannamələri, 2023-2024- 2025-ci illər üzrə ümumi yığıncağının protokollarının surətləri, reqlamentinin, qeydiyyatdan keçmiş səhmdarların siyahısı, bildiriş, poçt xəbərnaməsi, qəbzin surəti, tələb olunan bütün sənədlərin təqdim edilməsi, “Sabunçu İstehsalat Xidməti Bazası" ASC-nin səhmdarlarının 15 avqust 2025-ci il tarixli növbəti yığıncağının 001/2025 saylı protokolunun və həmin protokolun nəticələrinin etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış bütün qeydlərin ləğv edilməsi, emissiya prospektinin təqdim edilməsi, mülkiyyətində olan əmlakların siyahısı və sairə məlumatların təqdim edilməsi, cavabdeh "Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin rəhbərliyinin yarıtmaz idarəçiliyi nəticəsində səhmdar İddiaçı dəymiş 10000 (on min) manat məbləğində maddi ziyanın, 18240 (on səkkiz min iki yüz qırx) manat həcmində əldən çıxmış faydanın və 50000 (əlli min) manat həcmində nüfuzuma mənəvi dəymiş zərərin ödənilməsi barədə, ümumilikdə 78240 (yetmiş səkkiz min iki yüz qırx) manatın cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı vəsatət ilə müraciət edərək, iddiadan imtina etdiyini, odur ki, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə vəsatətə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təqdim edilməsi, protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair iş üzrə İddiaçı iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar