Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-825/2023 12.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından 263.113 (iki yüz altmış üç min yüz on üç) manat 86 (səksən altı) qəpik əsas borcun, 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun və 410 (dörd yüz on) manat mediasiya sessiyasına görə ödənilmiş pulun, cəmi 263.648 (iki yüz altmış üç min altı yüz qırx səkkiz) manat 86 (səksən atı) qəpik məbləğində pulun tutulub Azərbaycan Respublikası İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, «DİA Holding FZCO» şirkətinin Azərbaycan Respublikasındakı filialının Qusar rayonu, Aladaş kəndi ərazisində yerləşən obyektləri 08 sentyabr 2009-cu il il tarixli, 110 nömrəli müqaviləyə əsasən Baş Mühafizə İdarəsinin Qusar Rayon Mühafizə Bölməsi tərəfindən mühafizəyə qəbul edilmişdir. Həmin obyektlər Qusar Rayon Mühafizə Bölməsi ləğv edildikdən sonra, yəni xx.xx.2011-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək X1 Şöbəsi tərəfindən mühafizə edilmişdir. «DİA Holding FZCO» şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə son dəfə xx.xx.2018-ci il tarixdə 110 saylı müqavilə bağlanmışdır ki, həmin müqaviləyə görə tikinti işlərinin yekunlaşmasına və şirkətin müraciətinə əsasən 5 stasionar polis postu ləğv edilərək, Qusar rayonu, Aladaş kəndi ərazisində yerləşən obyektlər 2 stasionar polis postu vasitəsilə aylıq mühafizə xidmət haqqı 7.787 (yeddi min yeddi yüz səksən yeddi) manat 06 (altı) qəpik, 01 sentyabr 2019-cu il tarixdən isə aylıq müqavilə qiyməti 9.234 (doqquz min iki yüz otuz dörd) manat 21 (iyirmi bir) qəpik olmaqla mühafizə edilmişdir. Son müqavilə bağlandıqdan sonra xx.xx.2018-ci il tarixinə «DİA Holding FZCO» şirkətinin Quba RMŞ-yə 164..006 (yüz altmış dörd min altı) manat 21 (iyirmi bir) qəpik borcu olmuşdur ki, həmin borcdan 2018-ci il ərzində 25.000 manat, 2019-cu il ərzində 137.000 manat, ümumilikdə 162.000 manat borc ödənilmişdir. 01 aprel 2021-ci il tarixə «DİA Holding FZCO» şirkətinin Azərbaycan Respublikasındakı filialının Quba RMŞ-yə 263.113,86 manat debitor borcu yaranmışdır ki, həmin borc 2018-ci ilin sentyabr ayından 01 aprel 2021- ci il tarixədək olan mühafizə xidmət haqqı borcudur.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442 və s. maddələrini göstərmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İddiaçı X1 Şöbəsi ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2018-ci il tarixdə, 110 saylı əmlakın mühafizəsi xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəyyən olunmuş tələbatlara uyğun gələn və mülkiyyətçinin əmlakının saxlandığı yerlərin mühafizəsini nəzərdə tutur.
12. xx.xx.2018-ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qiymətlər cədvəli ilə tərəflər mühafizə olunan obyekt, mühafizə xidmətlərinin vaxtı, xidmət müddəti, aylıq xidmət haqqı, postların sayı barədə razılığa gəlmişlər.
13. xx.xx.2018-ci il tarixli qiymətlər cədvəli ilə aylıq xidmət haqqı 7.787,06 manat məbləğində, xx.xx.2019-cu il tarixli qiymətlər cədvəli ilə aylıq xidmət haqqı 9.234,21 manat müəyyən edilmişdir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələrin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına mühafizə xidmətləri göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
15. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın
17. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
18. İddiaçı hazırda cavabdehə müqavilə üzrə xidmətin göstərildiyini və cavabdeh tərəfindən müəyyən ödənişlər edilyini bildirərək, 263.113,86 manat məbləğində əsas borcunun qaldığını bildirmişdir.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
20. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən tərəflər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 mart 2021-ci il tarixinə X1 Şöbəsinə mühafizə xidməti haqqına görə olan borcunun 253.879,65 manat olduğunu öz imzaları ilə təsdiq etmişlər.
21. Bundan başqa Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli məktublarından aydın olur ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı X1 İdarəsinə yaranmış borcu etiraf etmiş, borcun ödənilməsi ilə bağlı vaxt istəmişdir.
22. Belə ki, yuxarıda qeyd olunan üzləşmə aktları və cavabdeh tərəfindən ünvanlanmış məktublar tərəflər arasında xidmət münasibətlərinin yarandığını, iddiaçı tərəfindən mühafizə xidmətlərinin göstərildiyini təsdiq edir.
23. İş materiallarına əlavə edilmiş X1 Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, xx.xx.2021-ci il tarixdən obyektlərin mühafizəsinə görə bağlanmış 110 saylı müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir.
24. Belə olan halda, müqaviləyə xx.xx.2021-ci il tarixdən xitam verilməsini, yəni xx.xx.2021-ci il tarixli üzləşmə aktından sonra iddiaçı tərəfindən əlavə olaraq bir ay da mühafizə xidmətinin göstərildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 263.113,86 (253.879,65+9.234,21) manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki Azərbaycan Respublikası İddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 400 manat məbləğində mediasiya xərci ödənmişdir.
26. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq Azərbaycan Respublikası İddiaçınə verilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul vəsaiti də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 263.113 (iki yüz altmış üç min yüz on üç) manat 86 (səksən altı) qəpik məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq Azərbaycan Respublikası İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq Azərbaycan Respublikası İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq Azərbaycan Respublikası İddiaçınə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov