Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-825/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19972,87 manat krеdit bоrcu, 1515,32 manat faiz bоrcu və 1012,13 manat cərimə olmaqla, ümumilikdə cəmi 22500,32 manat (iyirmi iki min beş yüz manat otuz iki qəpik) məbləğində bоrc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 157,5 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və zamin Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002L**********36 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 169 (yüz altmış doqquz) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 10027,13 manat ödəmiş, onun 19972,87 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 144 gün üçün hesablanmış faiz borcu 1515,32 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 144 gün üçün hеsablanmış cərimə 1012,13 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sonuncu dəfə aprel ayının 28-də 300 manat ödəniş olmuş və ödənilən məbləğ əsas borcdan silinmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Əlavə olaraq qeyd etdi ki, qalan borcu ödəyəcək və iddianın təmin olunmasına etiraz etmir.
8. İddiaçı QSC ilə kredit alan – Cavabdeh1 və zamin – Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 002L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən ******* (üç yüz min) manat məbləğində kredit xətti açılmış, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqaviləyə əsasən cavabdehə - kredit alana vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtləri hər dəfə müqavilənin şərtləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır; 11.3 və 11.4-cü bəndlərinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxii olmaqla, kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür; 11.5-ci bəndinə əsasən müqavilə üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə bank, hər gecikdirilən gün üçün müvafiq kredit məbləğinin qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq zaminin bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini zamindən tələb edir. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 002R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh1 28 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır.
10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsiköçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 bank hesabına 30000 manat vəsait köçürülmüşdür. Sənəd tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə olan borcu 19972,87 manat əsas borc, 1515,32 manat faiz borcu, 1012,13 manat cərimə borcu olmaqla, ümumilikdə 22500,32 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-144 gün).
12. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə olan borcu 19923,37 manat əsas borc, 2587,05 manat faiz borcu, 1082,35 manat cərimə borcu olmaqla, ümumilikdə 23592,77 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-297 gün).
13. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 18883,87 manat əsas borc, 3062,27 manat faiz borcu, 1572,59 manat cərimə borcu olmaqla, ümumilikdə 23518,83 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-423 gün).
14. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 18586,87 manat əsas borc, 3105,07 manat faiz borcu, 1651,25 manat cərimə borcu olmaqla, ümumilikdə 23343,19 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-444 gün).
15. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.
16. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/427 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və xx.xx.2023-ci il tarixdə 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) Cavabdeh1 banka olan borcu əsas borc üzrə 19959,19 manat, faiz borcu üzrə 1551,34 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 19959,19 manat, faiz borcu üzrə 2795,46 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-ci il tarixdə 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə 002R**********S saylı əlavə razılaşma müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmadı. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan - Cavabdeh1 və zamin - Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli, 002L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmış, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, 002R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 28 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmamış, kredit borcu və kredit faizləri müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, ödəniş planına uyğun olaraq banka tam qaytarılmamışdır.
21. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19972,87 manat məbləğində krеdit bоrcu, 1515,32 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/427 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia 002R********** saylı krеdit razılaşması üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 18586,87 manat (on səkkiz min beş yüz səksən altı manat səksən yeddi qəpik) kredit borcu, 1515,32 manat (min beş yüz on beş manat otuz iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, kredit borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan kredit borcu 18586,87 manat təşkil edir (cavabdeh tərəfindən məhkəmə icraatının gedişində ödənişlər olunmuş və həmin məbləğlər əsas borcdan silinmişdir). Cavabdeh də həmin məbləğdə kredit borcunun qaldığını təsdiq etmişdir. Ekspert rəyində xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) Cavabdeh1 banka olan faiz borcunun 1551,34 manat olduğu qeyd edilmiş, iddia tələbi faiz borcu hissəsində 1515,32 manat təşkil etmişdir. Ona görə də məhkəmə hazırkı nəticəyə gəlmişdir.
23. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 1012,13 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1012,13 manat (min on iki manat on üç qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
26. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 157,5 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 147,8 manat (yüz qırx yeddi manat səksən qəpik) manat iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
28. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 93,8 manat (doxsan üç manat səksən qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 6,2 manat (altı manat iyirmi qəpik) hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** saylı kredit sazişi-bizneş krediti və girov barədə qarışıq razılaşma üzrə 18586,87 manat (on səkkiz min beş yüz səksən altı manat səksən yeddi qəpik) kredit borcu, 1515,32 manat (min beş yüz on beş manat otuz iki qəpik) faiz borcu və 1012,13 manat (min on iki manat on üç qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,8 manat (yüz qırx yeddi manat səksən qəpik) olmaqla, cəmi 21262,12 manat (iyirmi bir min iki yüz altmış iki manat on iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 93,8 manat (doxsan üç manat səksən qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 6,2 manat (altı manat iyirmi qəpik) hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova