Məhkəmə qərarları › İş №e-2-2(113)-8282/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8282/2024

04.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8282/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Cavabdeh tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, nümayəndə və vəkili “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, qiyabi qətnamənin ləğv olunması barədə ərizə səhvən iddia ərizəsi şəklində EMS-də yerləşdirilmiş və icraatınıza verilmişdir. Həmin səhv xx.xx.2024-cü il tarixdə aradan qaldırılmış və şəxsi kabinet vasitəsilə EMS-də yerləşdirilmiş və qeydiyyata alınmışdır. Ona görə də ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş ərizə və ərizəyə əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar