Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8294/2025 24.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X2" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "X2" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "X2" MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2024-cü il tarixli, 24/362 №-li Müqavilə üzrə 30 sentyabr 2024-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 949.20 AZN məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 AZN məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 979.20 AZN məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin (bundan sonra “Bina”) “B” blokunun 21-ci mərtəbəsində, ümumi sahəsi 68.00 kv.m. təşkil edən ofis sahəsinin və Binanın qapalı/yeraltı avtoduracağında 1 (bir) ödənişli avtoduracaq yerinin (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 04 iyun 2024-cü il tarixli, 24/362 №-li Müqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 2.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 05 iyun 2024-cü il tarixindən etibarən 31 dekabr 2024-cü il tarixinədək olan müddət ərzində İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçünƏDV xaric 19.00 AZN (on doqquz Azərbaycan manatı, 00 qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 1,292.00 AZN (bir min iki yüz doxsan iki Azərbaycan manatı, 00 qəpik), 01 yanvar 2025-ci il tarixindən etibarən İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 20.00 AZN (iyirmi Azərbaycan manatı, 00 qəpik)olmaqla, ümumilikdə ƏDV xaric 1,360.00 AZN (bir min üç yüz altmış Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq icarə haqqı, İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 6.00 AZN (altı Azərbaycan manatı, 00 qəpik)olmaqla, ümumilikdə ƏDV xaric 408.00 AZN (dörd yüz səkkiz Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq Təmizlik və texniki xidmətlərə görə haqq, o cümlədən İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik)olmaqla, ümumilikdə ƏDV xaric 136.00 AZN (bir yüz otuz altı Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq Mühafizə xidmətlərinə görə haqq, İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar)da istifadə edilən elektrik enerjisinə görə ƏDV xaric 34.00 AZN (otuz dörd Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq haqq, İcarə Müqaviləsinin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçünƏDV xaric 100.00 AZN (bir yüzAzərbaycan manatı, 00 qəpik)məbləğində aylıq duracaq haqqı olmaqla, ümumilikdə icarə müddətinin xx.xx.2024xx.xx.2024-cü il tarixləri aralığında olan dövrü üçün ƏDV xaric 1,970.00 AZN (bir min doqquz yüz yetmiş Azərbaycan manatı, 00 qəpik), 01 yanvar 2025-ci il tarixindən etibarən isə ƏDV xaric 2,038.00 AZN (iki min otuz səkkiz Azərbaycan manatı, 00 qəpik)aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da İcarə Müddəti, o cümlədən X4 ərzində istifadə etdiyi telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və Müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və Cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin Müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cariayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində Cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. Qeyd etmək istərdik ki, Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə İcarə Müqaviləsinə 30 sentyabr 2024-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək İddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi Cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, Xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının Cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən dolayı İcarə Müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə Cavabdehə 16 noyabr 2024-cü il tarixli, FMG01.24.900 №-li Xitam və Pretenziya bildirişi ilə müraciət edilmiş və İcarə Müqaviləsinə həmin müqavilənin 7.1-ci, 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 30 sentyabr 2024-cü il tarixində (bundan sonra “Xitam tarixi”) İddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarə Müqaviləsinin 7.1-ci bəndinə əsasən Cavabdeh ödəniş vaxtı çatmış İcarə Haqqını və ya Müqavilədən irəli gələn digər ödənişləri ödəmədikdə və ya Müqaviləyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozduqda, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində bu cür pozuntuları aradan qaldıracaq. İcarə Müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 (iki) mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, İcarəyə Verilən Əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində Xitam tarixinə ümumilikdə ƏDV daxil 949.20 AZN (doqquz yüz qırx doqquz Azərbaycan manatı, iyirmi qəpik) əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 16 noyabr 2024-cü il tarixli, FMG-01.24.900 №-liXitam və pretenziya bildirişində də qeyd edildiyi kimi İcarə Müqaviləsinə xitam verilməsi qanunvericiliyə və İcarə Müqaviləsinin müvafiq şərtlərinə əsasən Cavabdehi Xitam tarixinədək İcarə Müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 14 mart 2025-ci il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-01.25.105 №-li pretenziya bildirişi göndərilmiş və İcarə Müqaviləsi üzrə yığılmış ƏDV daxil 949.20 AZN (doqquz yüz qırx doqquz Azərbaycan manatı, iyirmi qəpik)borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış Xitam tarixindən az qala 1 (bir) ildən çox müddət keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Hüseynzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Əmlak Məsələləri Döclət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən əmlak kompleksi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
8. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış PMD-27/12/17-856 PMD 100/18 nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən Obyekt(lər)i İdarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, salahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.
9. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 24/362 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasında ("Çinar Plaza" İş Mərkəzi, bundan sonra "Bina") Binanın 21-ci mərtəbəsində ("B" bloku), sahəsi 68.00 kv.m. təşkil edən ofis sahəsi; Binanın qapalı/yeraltı avtoduracağında 1 (bir) ödənişli avtoduracaq yeri icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib, icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə icarə haqqı və digər ödənişlər Başlama Tarixindən etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1 İcarə Müddətinin 05.06-xx.xx.2024-cü il tarixləri aralığında olan dövrü ərzində bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 19 AZN olmaqla, ümumilikdə ƏDV xaric 1,292.00 AZN məbləğində aylıq icarə haqqı; 3.1.2 01.01.2025-ci il tarixindən etibarən bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 20.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 1,360.00 AZN məbləğində aylıq icarə haqqı (bu Müqavilənin 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilmiş haqlar, bundan sonra "İcarə Haqqı"); 3.1.3 İCARƏYƏ VERƏN tərəfindən bu Müqavilənin 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 6.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 408.00 AZN məbləğində aylıq haqq (bundan sonra "Təmizlik və texniki xidmətlərə görə haqq"); 3.1.4 İCARƏYƏ VERƏN tərəfindən bu Müqavilənin 15.4-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 2.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 136.00 AZN məbləğində aylıq haqq; 3.1.5 Bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)da istifadə edilən elektrik enerjisinə görə ƏDV xaric 34.00 AZN məbləğində aylıq haqq; 3.1.6 Bu Müqavilənin 1.1.2-ci yarımbəndində göstərilən İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 100 AZN məbləğində aylıq duracaq haqqı.
11. Müqavilənin 3.9-cu bəndinə əsasən Bu Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq: (a) hər cari ayın ilk 10 (on) təqvim günü və ya (b) müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir.
12. Müqavilənin 5.2.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək icarəçinin öhdəliyidir.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 23 sentyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli, 24/362 nömrəli eyri-yaşayış sahəsinin verilməsi haqqında müqaviləyə əsasən qalıq borcu ədv daxil 949,20 manat təşkil edir, cavabdeh tərəfindən ümumilikdə ödənilməli olan 8988,46 manat məbləğində icarə haqqından xx.xx.2024-cü il tarixdə 2014,66 manat, xx.xx.2024-cü il tarixdə 2324,60 manat, xx.xx.2024-cü il tarixdə 2324,60 manat, 05 iyun 2024-cü il tarixdə 1375,40 manat vəsait ödənilmiş, qalıq borcu 949,20 manat təşkil edir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEE 072001 nömrəli 2014,66 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEE 492388 nömrəli 2324,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEF 053099 nömrəli 2324,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEG 004916 nömrəli 2324,60 manat məbləğində elektron qaiməfakuralar göndərilmişdir.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən 2014,66 manat, xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən 2324,60 manat, xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən 2324,60 manat, xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən 2324,60 manat məbləğində icarə haqqı ödənilməlidir.
16. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 3700 manat vəsait ödənilmişdir.
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
22. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 24/362 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etsə də cavabdeh öz öhdəliklərini tam şəkildə icra etməmiş, 2024-cü ilin 05 iyun tarixindən xx.xx.2024-cü il tarixinə ümumilikdə 8988,45 manat icarə haqqı ödənilməli olduğu halda, 8039,26 manat ödənilmiş, qalıq 949,20 manat icarə haqqı borcu ödənilməmişdir.
24. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməklə haqlıdır.
25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 949,20 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 949,20 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 979,20 (doqquz yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X2" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova