Məhkəmə qərarları › İş №e-2-2(113)-8296/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8296/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8296/2024 05.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh4 və Cavabdeh1 müştərək (birgə) qaydada 705000 (yeddi yüz beş min) manat əsas kredit borcu, 43768,75 (qırx üç min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 748768,75 (yeddi yüz qırx səkkiz min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu və 1038,77 (bir min otuz səkkiz manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə-2942Q, ev 49D, mənzil 47, yeni qaydada: AZ1126, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 məxsus olan əmlaka görə 135000 manat (bir yüz otuz beş min) manat olmaqla, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil “X1 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq, banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-8298/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “X1 Azırbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 MMC, "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Eyni zamanda, iddiaçı “X1 Azırbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işi digər hakimin icraatında baxılmaqdadır (e-2-2(113)-8298/2024 saylı iş). Eyni tərəflər arasında işin aparıldığını və hər iki iş üzrə bir ipoteka predmetinin olduğunu nəzərə alaraq, icraatınızda olan e-2- 2(113)-8296/2024 saylı işin, e-2-2(113)-8298/2024 saylı işlə bir icraatında birləşdirilib, baxılması üçün onların icraatına göndərilməsi məqsədəuyğun hesab edilir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hər iki iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş (İş № e-2-2(113)-8296/2024) məhkəmənin icraatında olan iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işlə (İş № e-2-2(113)- 8298/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Eyni zamanda qeyd olunur ki, hər iki iş məhkəməyə eyni gündə daxil olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş (İş № e-2-2(113)- 8296/2024) məhkəmənin icraatında olan iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-8298/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar