Məhkəmə qərarları › İş №e-2-2(113)-830/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-830/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-830/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıcavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMCdə aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239.65 AZN, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 9838.15 AZN və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3483.22 AZN aktiv öhdəliklərin silinməsi tələbi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “iddia ərizəsinə dəqiqləşmə” barədə ərizə ilə müraciət edərək “Cavabdeh2“ MMC-də aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239.65 AZN, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 9838.15 AZN və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3483.22 AZN aktiv öhdəliklərin silinməsinin LPO Cavabdeh1 ASC-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO Cavabdeh1 ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə cavabdeh İddiaçı LPO Cavabdeh1 ASC-yə olan cəmi 3239.65 AZN, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə 5342.13 AZN, cərimə borcu üzrə 4.496.02 AZN, cəmi 9838.15AZN, 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə 2802.90 AZN, cərimə borcu üzrə 680.42 AZN, cəmi 3483.22 AZN və dövlət büdcəsinə ödənilmiş 31 AZN dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-11138\2016 saylı qərardadına əsasən iş aidiyyatı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-555\2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Aida Hüseyn) iddiaçı LPO Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsi xx xxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh2 MMC-dən alınmış xx xxxxxx 2019-cu il tarixli SF-31517 saylı çıxarışdan görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-nin qarşısında artıq məhkəmə mübahisəsi olmuş və LPO Cavabdeh1 ASC-nin iddiası təmin olunmamış 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə aktiv öhdəlikləri qalmaqdadır. Qeyd olunan məsələ ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1 və Cavabdeh2 MMC-yə Pretenziya ilə müraciət olunsa da, xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, borcalan olan İddiaçı yuxarıda məbləğdə aktiv öhdəlikləri qalmaqdadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-555\2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında yuxarıda qeyd olunan hər üç kredit müqaviləsi üzrə borc məbləği tam olaraq ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiasını müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə prosesində iddiaçının bank qarşısında icra edilməmiş öhdəliklərinin olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq,tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasəntəmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)-555/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı Ləğv prosesində olan "Cavabdeh1” ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı 76K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə cavabdeh İddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-yə olan cəmi 3239.65 (üç min iki yüz otuz doqquz manat altmış beş qəpik) AZN, 71K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə 5,342.13 (beş min üç yuz qırx iki manat on üç qəpik) AZN, cərimə borcu üzrə 4,496.02 (dörd min dörd yüz doxsan altı manat iki qəpik) AZN, cəmi 9,838.15 (doqquz min səkkiz yüz otuz səkkiz manat on beş qəpik) AZN, 442/12 nömrəli, ci il tarixli kredit müqaviləsinə əsasən isə faiz borcu üzrə 2802.90 (iki min səkkiz yuz iki manat doxsan qəpik) AZN, cərimə borcu üzrə 680.42 (altı yüz səksən manat qırx iki qəpik) AZN, cəmi 3,483.32 (üç min dörd səksən üç manat otuz iki qəpik) AZN və dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) AZN dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)-555/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, “...xx xxxxxx 2014cü il tarixli arayışda qeyd olunur ki, fiziki şəxs İddiaçı xx.xx.2010-cu il tarixli 76K/10 saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə 400000 (dörd yüz min) manat və xx.xx.2010-cu il tarixli 71K/10 saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) 1 650 000 (bir milyon altı yüz əlli min) manat kredit ayırmışdır. Həmin kreditlərin əsas borcu və onlara hesablanmış faizləri tam ödənilmişdir. Müştərinin həmin kredit üzrə bank qarşısında öhdəliyi yoxdur...”. İş materiallarında olan Cavabdeh2 MMC-dən alınmış xx xxxxxx 2019-cu il tarixli SF- 31517 saylı çıxarışdan görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-nin qarşısında artıq məhkəmə mübahisəsi olmuş və LPO Cavabdeh1 ASC-nin iddiası təmin olunmamış 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə aktiv öhdəlikləri qalmaqdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1 və Cavabdeh2 MMC-yə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 MMC-də aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239.65 AZN, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə 5342.13 AZN, cərimə borcu üzrə 4.496.02 AZN, cəmi 9838.15 AZN və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə 2802.90 AZN, cərimə borcu üzrə 680.42 AZN, cəmi 3483.22 AZN aktiv öhdəliklərin 10 gün müddətə silinməsini təmin etməyi xahiş edir, əks təqdirdə qeyd edilən məsələ ilə əlaqədar aidiyyatı üzrə məhkəmə müraciət olunacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına və mübahisənin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 ASC qarşısında qeyd edilən kredit müqavilələri üzrə borc öhdəliyi yaranmış, həmin öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmiş, kredit müqavilələri üzrə borc banka ödənilmişdir. Bu hal həmçinin, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)-555/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin, hazırda Cavabdeh2 MMC-dən alınmış xx xxxxxx 2019-cu il tarixli SF-31517 saylı çıxarışa əsasən, İddiaçı LPO Cavabdeh1 ASC-nin qarşısında 76K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli, 71K\10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli və 442\12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə aktiv öhdəlikləri qalmaqdadır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh2 MMC-də aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239,65 AZN, 71K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 9838,15 AZN və 442/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3483,22 AZN aktiv öhdəliklərin silinməsi LPO Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 MMC-də aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239,65 AZN, 71K/10 nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 9838,15 AZN və 442/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3483,22 AZN aktiv öhdəliklərin silinməsi LPO Cavabdeh1 ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar