Məhkəmə qərarları › İş №e-2-2(113)-830/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-830/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-830/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 32.144,46 manat həcmində əsas borc, 980,41 manat həcmində faiz borcu, 250 manat həcmində ödənişli hüquqi xidmət xərcləri, 191 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.565,87 manat həcmində pul məbləğinin tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 02 oktyabr 2023-cü il tarixdə 23/18 №li İcarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə, İcarəyəverən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək İcarəçiyə təhvil verilməsini, İcarəçi isə İcarəyə verənin işini ondan təslim İcarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərininödənilməsini öhdəsinə götürür. Müqavilənin 2 oktyabr 2023-cü il tarixli 1 №li Əlavəsinə əsasən, İcarəçi və İcarəyə verən frontal yükləyici avadanlığının aylıq icarə haqqınınümumi dəyərinin (ədv daxil) 5900 manat təşkil etməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 31 oktyabr 2023-cü il tarixli 2saylı Əlavəsinə əsasən isə dövlət qeydiyyat nişanı fərqli olan digər frontal yükləyici avadanlığının aylıq icarə haqqının da (ədv daxil) 5900 manat təşkil etməsi ilə bağlı razılığa gəlinmişdir. Müqavilənin 23 fevral 2024-cü il tarixli 3 saylı Əlavəsinə əsasən su çəni avadanlığının aylıq icarə haqqı (ədv daxil) 3540 manat müəyyən edilsə də, sözügedən avadanlığın 31 may 2024-cü il tarixli 4 saylı Əlavəilə icarə haqqının artırılaraq (ədv daxil) 4130 manat olması ilə bağlı razılıq əldə edilmişdir. Müqavilənin 3.1-ci maddəsinəəsasən isə bu Müqavilə üzrə görüləcək işlərin və xidmətlərin təfərrüatlı həcmi, miqdarı və vahid qiymətləri, onun ödənilməsi forması Müqavilənin ayrılmaz tərkib hissəsi olan Aktla müəyyən edilir. Belə ki, Tərəflər arasında imzalanan müvafiq Aktların hər birinə əsasən Təhvil-təslim Aktınınimzalanmasından 30 gün müddətində İcarəçi ödənişləri həyata keçirməlidir. Lakin iyun və iyul ayı üzrə yuxarıda adıçəkilən avadanlıq və nəqliyyat vasitələri ilə əlaqədar KC/DY-252 və KC/DY-257 saylı Təhvil-Təslim Aktlarına əsasən ümumilikdə 32.144,46 manat icarə haqqının Tərəflərin imza və möhürü ilə təsdiqedilməsinə baxmayaraq Cavabdeh tərəfindən ödənilməmiş qalır. Bu hal bizim qanunla və müqavilə ilə qorunan hüquqlarımızı pozaraq, həm işgüzar, həm də maddi cəhətdən şirkətimizə mənfi təsir edir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək icarəçiyə təhvil verməsini, icarəçi isə icarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icarəyə verənin həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

11. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlansa da, onun əsl mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, qeyd edilmiş müqaviləsi xidmət müqaviləsidir.

12. Belə ki, Cavabdeh MMC özünə məxsus olan nəqliyyat vasitələri (texnika) ilə, Cavabdeh MMC-yə müvafiq xidmətlər göstərmişdir.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

17. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş KC/DY-252 saylı görülmüş işlərin təhvil təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı ərzində 15.856,25 manat dəyərində xidmət göstərilmişdir.

18. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş KC/DY-257 saylı görülmüş işlərin təhvil təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı ərzində 16.288,21 manat dəyərində xidmət göstərilmişdir.

19. Sadə riyazi hesablama ilə görünür ki, cavabdeh tərəf qeyd edilmiş aktları imza etməklə, iddiaçı tərəfindən cəmi 32.144,46 manat dəyərində xidmət göstərildiyini qəbul etmişdir.

20. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və iddiaya etirazını bildirməmiş və pulun ödənilməsi ilə bağlı hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir.

21. Belə olan halda Məhkəmə hesab edir ki, 32.144,46 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə əsas borca illik 5 % hesablanmaqla 980,41 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. İş materiallarından görünür ki, iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə, iddia ərizəsi ilə Məhkəməyə isə təxmini 2 ay, 20 gün sonra müraciət etmişdir.

24. Buna görə də, əsas borca illik 5 % hesablanmaqla 355,87 (267,87+88) manat məbləğində pul (32.144,46x5/100=1.607,22 (bir il üçün), 1.607,22/12=133,93 (1 ay üçün), 133,93x2=267,87 (2 ay üçün), 1.607,22/365=4,403 (1 gün üçün), 4,403x20=88 (20 gün üçün)) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə həmçinin hesab edir ki, hüquqi xidmətin göstərilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pulun tələb edilməsi hissəsində əsassızdır.

26. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Hazırda isə görünür ki, iddiaçı tərəf vəkil və nümayəndə ilə təmsil edilməmiş, bütün sənədlər iddiaçının direktoru tərəfindən imzalanmış və məhkəmə iclasların iddiaçının direktoru iştirak etmişdir.

28. Bundan başqa Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,5 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 32.144 (otuz iki min yüz qırx dörd) manat 46 (qırx altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 355 (üç yüz əlli beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 187 (yüz səksən yeddi) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar