Məhkəmə qərarları › İş №e-2-2(113)-834/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-834/2025

23.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-834/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İstahsalat Birliyinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X2, "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu, Bina-0060, mənzil-0062 ünvanında yerləşən istixana üçün quraşdırılmış qaz sayğacına görə, **********00062 saylı abonent koduna hesablanmış 60.000 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin sentyabr ayında İddiaçınə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu, Bina-0060, mənzil-0062 ünvanında yerləşən istixanaya cavabdeh Azəriqaz İB tərəfindən qaz sayğacı quraşdırılmışdır. Lakin az müddət sonra qaz sərfiyyatının fantastik yüksək olduğunu gördükdə və qonşuluqda yerləşən eyni növlü eyni ölüçülü istixanalarda daha az qaz sərf olunduğunun şahidi olduqda, təxminən 2024-cü ilin yanvar-fevral aylarında tərəfimizdən Azəriqaz İB-yə sayğaca baxış keçirmələri üçün müraciətlər olundu. Nəhayət, X1 əməkdaşları 2024-cü ilin avqust ayında xx.xx.2024 tarixli ******* saylı aktla, bizim müraciətimiz əsasında qaz sayğacına baxış keçirmiş, quraşdırılmış qaz sayğacınında elektron və mexaniki göstəricilərin bir-birinə uyğun gəlməməsinin səbəbini araşdırmaq məqsədilə dövlət yoxlamasına göndərmək üçün çıxarmış və lakin müvəqqəti qaz sayğaçı quraşdırılmamış və nəticədə qaz verilişi tam dayandırmışlar. Bu zaman Cavabdeh İB qaz sayğacında güya mövcüd olmuş nasazlıqların baş verməsində sayğacı quraşdıran özlərini deyil, məhz İddiaçı– ni təqsirli bilmiş, ona görə də sayğacın səhv göstəriciləri əsasında hesablanmış məbləğin hamısını, yəni 100.259,94 manat məbləğində bütünlükdə səhvən debitor borc hesablamışdır. Bundan sonra “İddiaçı MMC-yə məxsus yuxarıda qeyd etdiyim istixanaya qaz verilişinin bərpa edilməsindən imtina edilmişdir. Halbuki, bizim hesablamamıza əsasən, saldoda görünən 100.259,94 manat debitor borc məhz sayğacın nasaz işləməsi səbəbindən əmələ gəlmişdir ki, həmin borcun təxminən 60% hissəsi artıq hesablanmışdır. Onu da qeyd edək ki, istixanada olan 10 ədəd qaz qurğusunun yalnız 6-sı işləmiş, 4-ündə olan texniki nasazlıqlar səbəbindən isə həmin qaz qurğularından heç vaxt istifadə olunmamışdır. Bunu sadə yerli baxış keçirtməklə və ya ekspertiza ilə də müəyyən etmək olar. Həmçinin, qaz sayğacıçıxarıldıqdan sonra da işləməyə davam edirdi ki, bu da tərəfimizdən videoqeydə alınmışdır. Bu hal bir daha sayğacın nasaz olmasını, və qaz sərfiyyatını qeyri-düzgün qeydə almasını təsdiq edir. Həmin video görüntü məhkəməyə təqdim olunacaqdır. Hazırda isə, iddiaçı ilə cavabdeh arasında mövcud mübahisə həll edilmədikcə, istixanada olan məhsul havaların şaxtalı və soyuq keçməsi səbəbindən qaz olmadıqca məhvə məhkumdur. Bu isə İddiaçı–ni daha artıq maddi zərərə məruz qoyacaqdır. Quraşdırıldıqdan sonra heç bir neçə ay normal işləməyən sayğacın səhv göstəricilərinə görə heç bir halda iddiaçı cavabdehlik daşımamalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X5”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

7. İddia ərizəsinin məzmunundan və məhkəmə iclaslarında iddiaçı tərəfin bildirdiklərindən görünür ki, iddiaçı tərəf qaz sərfiyyatının yüksək olduğunu görüncə cavabdehə 2024-cü ilin yanvar-fevral aylarında sayğaca baxış keçirilməsi üçün Azəriqaz İBnə müraciət edilmiş, müraciət əsasında cavabdehin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, sayğacın dövlət yoxlamasına göndərilməsi üçün sayğac çıxarılmışdır.

8. İddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu, Bina-0060, mənzil-0062 ünvanında yerləşən istixana üçün quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıq səbəbindən qaz sərfiyyatını düzgün qeydə almadığını yəni, artıq sərfiyyat qeydə aldığını bildirərək, ona hesablanmış 100.259,94 manat borcun, 60.000 manat hissəsinin əsassız olduğunu bildirir və bunu sayğacın nasaz olması ilə əlaqələndirir.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğac Azəriqaz İB-nin nümayəndələri tərəfindən çıxarılaraq, növbəti dövlət yoxlamasına göndərilmiş, süzgəc nümayəndəyə təhvil verilmiş, müvəqqəti olaraq qaz təminatı dövrü dəmir ötürücü ilə bərpa olunmamışdır.

10. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 001379 saylı qüsur aktına əsasən G-400 turbin markalı 80109649 saylı sayğacın batareya enerjisinin az olduğu, İ qrup təmir qeyd olunmuşdur.

11. Daha sonra İddiaçı MMC ilə Azərbaycan Metrologiya İnstitutu X9 tabeliyindəki Kommunal Laboratoriyalar MMC arasında G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacının xx.xx.2024-cü il tarixli 001379 nömrəli qüsur aktı əsasında təmiri ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır.

12. 06.11.2024-cü il tarixli YEHQ 828 saylı akta əsasən G-400 markalı 80109649 saylı qaz sayğacının İ qrup təmir üçün ehtiyyat hissələri müəssisənin nümayəndəsi tərəfindən Kommunal Laboratoriyalar MMC-yə təhvil verilmişdir.

13. Cavabdeh iddiaya etiraz edərək, sayğacın batareyasının az olmasının sərfiyyatın qeydiyyatına təsir etmədiyini bildirərək iddiaya etiraz etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-834/2025 saylı qərardadı ünvan 2 ünvanında yerləşən istixanada İddiaçı MMC-yə məxsus G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın dəyişdirilməsindən başqa hər hansı təmir işləri görülmüşdürmü? - Əgər görülmüşdürsə, görülməmişdən öncə qeyd edilən qüsur sərfiyyatın qeyd edilməsinə hansı dərəcədə təsir etmişdir? - G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın enerjisinin az olması (9 ay) sərfiyyatın qeyd edilməsinə təsir edirmi? Sualalrı ilə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmişdir.

15. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində İddiaçı MMC-yə məxsus G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın dəyişdirilməsindən başqa hər hansı təmir işlərinin görülmədiyi, G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın enerjisinin az olmasının (əgər tam bitməyibsə) qaz sayğacının sərfiyyatı qeyd etməsinə heç bir təsir etmədiyi qeyd olunmuşdur.

16. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin edilmiş, - ünvan 2 ünvanında yerləşən istixanada İddiaçı MMC-yə məxsus G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın dəyişdirilməsindən başqa hər hansı təmir işləri görülmüşdürmü? - Əgər görülmüşdürsə, görülməmişdən öncə qeyd edilən qüsur sərfiyyatın qeyd edilməsinə hansı dərəcədə təsir etmişdir? - G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacında batareyanın enerjisinin az olması (9 ay) sərfiyyatın qeyd edilməsinə təsir edirmi ? - ünvan 2 ünvanında yerləşən istixanada İddiaçı MMC-yə məxsus G400 markalı 80109649 nömrəli turbin tipli qaz sayğacda hal-hazırda (yerində baxış keçirilməklə və müvafiq müayinələr aparmaqla) qüsurlar mövcuddurmu? - Əgər sayğacda qüsurlar mövcuddursa, bu, sərfiyyatın az və ya artıq hesablanmasına təsir edirmi? sualları üzrə ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən qaz sayğacında batareyanın dəyişdirilməsindən başqa hər hansı təmir işlərinin aparılmadığı, mexaniki hissə üzərində icra olunmuş tədbirlərin qaz sərfiyyatının qeyd edilməsinə mane olmadığı, batareyanın istismar müddətinin azalmasının qaz sərfiyyatının düzgün ölçülməsinə mane olmadığı, hal-hazırda keçirilmiş visual baxışa əsasən sayğacda qüsur aşkar edilmədiyi, 14 noyabr 2024-cü il tarixli, P4148 nömrəli Yararlılıq Arayışı əsasında qaz sayğacının mexaniki və Vmt gösəricilərinın qarşılıqlı uyğunlaşdırılaraq eyniləşdirildiyi müəyyən edilmişdir.

18. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmənin sualına cavab olaraq, sayğacın üzərindəki plomba müdaxilə etmədən göstəricilərinin dəyişdirilməsinin mümkün olmamasını, sayğacın üzərindəki plombda heç bir müdaxilənin müşahidə edilmədiyi və sayğacın göstəricilərinə təsir edən hər hansı bir qüsurun olmadığını bildirmişdir.

19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış olan borc məhz qazdan istifadə üzrə hesablanmış olan borc məbləğidir və borcun silinməsi üçün heç bir əsas yoxdur.

20. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış və iddiaçı tərəfindən hazırda mübahisələndirilən borc məbləği qanunvericiliyin tələblərinə əsasən hesablanmışdır.

21. Belə ki, iddiaçı iddia tələbini, yəni, qaz sayğacının düzgün işləməməsi səbəbindən artıq sərfiyyat qeydə aldığını və qaz sərfiyyatına görə əlavə borc yazılmasını sübuta yetirə bilməmişdir.

22. Beləliklə iddianın əsaslı olmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, iddianın təmin edilməsi üçün əsas yoxdur.

23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar