Məhkəmə qərarları › İş №e-2-2(113)-836/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-836/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-836/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3nə qarşı iddiaçıya məxsus olan “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa edilməsi üçün tələb olunan 3507.20 manat məbləğində pulun və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 70 manat rüsum, ümumilikdə 3577.20 manat məbləğinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3nə qarşı iddiaçıya məxsus olan “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa edilməsi üçün tələb olunan 3507.20 manat məbləğində pulun və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 70 manat rüsum, ümumilikdə 3577.20 manat məbləğinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2022-ci il tarixdə saat 18:15 radələrində Cavabdeh2 MMC-nə mülkiyyət hüququ ilə məxsus olan, Cavabdeh3 MMC-nə lizinqə verilmiş və Cavabdeh1 Nizami oğlunun Cavabdeh3 MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi “X7” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və “Auflieger” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı tentli fuirqon yarımqoşqu ilə Bakı-Quba yolunun 10-cu km-də hərəkətdə olarkən düzgün ara məsafəsi seçməyərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil də daxil olmaqla ümumilikdə 2 nəqliyyat vastəsinə maddi ziyan dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı olaraq Cavabdeh1 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmişdir. “Azərmaş“ MMC-nin sifarişi əsasında “Azərmaş MMC Servis” tərəfindən tərtib olunmuş “Qüsur aktı”na əsasən **-PB-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobilə 3507.20 manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi zaman Cavabdeh1 nizami oğlunun idarə etdiyi nəqliyyat vasitəsi “Avtonəqliyyat vastəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmamışdır. İddiaçı MMC-nə dəymiş zərərin ödənilməsi ilə bağlı mübahisənin həll olunması üçün cavabdehlərlə danışıqlar aparılmış, xəbərdarlıq-pretenziya məktubları göndərilmiş, həmçinin mediasiya prosesinin tətbiqi ilə bağlı tərəflərə müraciət olunmuşdur. Lakin danışıqlar və mediasiya prosesi işin məhkəmədən kənar həll olunması üçün heç bir səmərə verməmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, İddiaçı MMC-nə məxsus olan “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün tələb olunan 3507.20 manat məbləği və Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 70 manat rüsumun əvəzi cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 Nizami oğlundan birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. AC seriyalı 496169 saylı və 493444 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı yəhərli dartıcı və “Auflieger” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı tentli fuirqon yarımqoşqu Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır.

12. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh Babayev X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

13. 01.10.2022-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh3 MMC tərəfindən “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı yəhərli dartıcı və “Auflieger” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı tentli fuirqon yarımqoşqunu idarə etmək üçün Cavabdeh1 etibarnamə verilmişdir.

14. xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 3507,20 manat müəyyən edilmişdir.

15. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:15 radələrində Bakı-Quba yolunun 10-cu kilometrliyində Cavabdeh3 MMCnin əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş işçisi Cavabdeh1 idarə etdiyi Cavabdeh3 MMC-nin lizinqində olan Cavabdeh2 MMC-yə məxsus “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı yəhərli dartıcı və “Auflieger” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı tentli fuirqon yarımqoşqu ilə iddiaçıya məxsus “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş (hadisədə Cavabdeh3 MMC-nin əmək müqaviləsi üzrə işçisi Cavabdeh1 təqsirli bilinmişdir) və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3479 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3010,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir.

17. Belə olan halda bu, iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanı Cavabdeh1 tələb edə bilər.

19. Yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh3 MMC-nin məsuliyyəti ilə bağlı məhkəmə qeyd ki, məhkəmə sorğusuna əsasən X4 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/2-32924/2023 saylı əmək müqaviləsi bildirişi barədə məlumatdan göründüyü kimi Cavabdeh1 Cavabdeh3 MMC tərəfindən xx.xx.2022ci il tarixdə işə qəbul edilmiş xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh3 MMC-nin etibarnaməsi əsasında İdarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə hadisənin baş verdiyi xx.xx.2022-ci il iş günü olmuşdur. Hadisənin baş verdiyi saatın Cavabdeh1 iş saatı və iş günü olmadığına dair sübutlar Cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəqliyyat vasitəsinin tipinin yük nəqliyyat vasitəsi olmasını nəzərə aldıqda, hadisənin Cavabdeh1 əmək funksiyalarının icrası zamanı baş verməsi istisna edilmir ki, bu halda Mülki Məcəllənin 1099.1-ci maddənin tələbinə əsasən Cavabdeh3 MMC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.”

21. Cavabdeh2 MMC-nin yol nəqliyyat hadisəsi nəticəsində məsuliyyəti ilə bağlı məhkəmə hesab edir ki, “X7” markalı, **-JX-*** dövlət nömrə nişanlı yəhərli dartıcı və “Auflieger” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı tentli fuirqon yarımqoşqu Cavabdeh2 MMC tərəfindən qanuni əsasla, yəni lizinq müqaviləsi ilə Cavabdeh3 MMC-yə lizinqə verildiyindən və mülki hüquq pozuntusu onun (işçisi) tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən Cavabdeh2 MMC-dən tutula bilməz.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya dəymiş ziyan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

23. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyana görə cavabdehlərdən 3507.20 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3479 nömrəli ekspert rəyi ilə nəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3010,0 manat məbləğində müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

27. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus “Khazar SD” markalı **-PB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş 3010,0 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

31. İş üzrə dövlət rüsumu məbləğinin 55.07 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 85,82 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 7,81 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş 70 manat mediasiya xərcindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 62,19 manat (70-7,81) məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

32. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olan “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün 3010 manat və mediasiya xərcinə görə 62,19 manat, ümumilikdə 3072,19 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan və Cavabdeh2nə aid hissələrdə rədd edilməlidir.

33. Eyni zamanda, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 42,91 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada, qalan 7,09 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçınə məxsus olan “Khazar SD” markalı 99-PB- 368 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün 3010 manat və mediasiya xərcinə görə 62,19 manat, ümumilikdə 3072,19 manat Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan və Cavabdeh2nə aid hissələrdə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 42,91 manat məbləği Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada, qalan 7,09 manat məbləği İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar