Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-837/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 714,41 manat əsas borc, 55,05 manat faiz borcu və 3,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 773,23 manat borcun və mediasiya xərci olaraq ödənilmiş (dövlət rüsumu) 40 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2500 manat kredit götürmüşdür. 30 dekabr 2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30 may 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 oktyabr 2022-ci il tarixədək Cavabdeh banka 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 714,41 manat əsas borc, 55,05 manat faiz borcu və 3,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 773,23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC Cavabdeh arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-MY-2-0- 580-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-MY-2-0- 580-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən: 1.1.1. Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir; 1.1.2. Müqavilə uzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır; 1.1.3. Müqavilə uzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş) % təşkil edir; 1.1.4. Müqavilə uzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay təşkil edir; 1.1.5. Borcalan kredit uzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 1.1.6. Müqavilə uzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-MY-2-0- 580-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən: 1.1.1. Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir; 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 937,69 manat təşkil edir; 1.1.3. Müqavilə uzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır; 1.1.4. Müqavilə uzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş) % təşkil edir; 1.1.5. Müqavilə uzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay təşkil edir; 1.1.6. Borcalan kredit uzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 1.1.7. Müqavilə uzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-MY-2-0- 580-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən: 1.1.1. Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir; 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 991,38 (doqquz doxsan bir manat otuz səkkiz qəpik) manat təşkil edir; 1.1.3. Müqavilə uzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır; 1.1.4. Müqavilə uzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş) % təşkil edir; 1.1.5. Müqavilə uzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 (bir) ay təşkil edir; 1.1.6. Borcalan kredit uzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 1.1.7. Müqavilə uzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir. - xx.xx.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 22-MY-2-0-580-19 nömrəli kredit müqaviləsinə əsasən 2308 manat məbləğində pul verilmişdir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 714,41 manat əsas borc, 55,05 manat faiz borcu, 3,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 773,23 manat borcu vardır. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatının AZ49AİİB400600D**********104 nömrəli hesabına 40 (qırx) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD/11646 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun 5 (beş) gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 714,41 manat əsas borc, 55,05 manat faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini (borcalan), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində tam təmin edilməli, Cavabdeh 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 714,41 manat (yeddi yüz on dörd manat qırx bir qəpik) əsas borc, 55,05 manat (əlli beş manat beş qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Cavabdeh 3,77 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və Cavabdehdan 3,77 manat (üç manat yetmiş yeddi qəpik) məbləğində cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən 40 (qırx) manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutulması təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, mediasiyaya ödənilmiş 40 (qırx) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 714,41 manat (yeddi yüz on dörd manat qırx bir qəpik) əsas borc, 55,05 manat (əlli beş manat beş qəpik) faiz borcu, 3,77 manat (üç manat yetmiş yeddi qəpik) cərimə, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 813,23 manat (səkkiz yüz on üç manat iyirmi üç qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-837/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-837/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver