Məhkəmə qərarları › İş №e-2-2(113)-8379/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8379/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8379/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ipoteka, hərrac xərci, sübutetmə yükü) X8 Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı “X10 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bank qarşısında götürdüyü kredit öhdəliklərini pozduğu üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 2B, 1B, 9B, 19B, B2 nömrəli qeyri-yaşayış sahələrin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərcləri daxil ümumilikdə 32143,83 manat məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 186,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1/2022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 1.048.732,41 (bir milyon sıfır qırx səkkiz min yeddi yüz otuz iki manat qırx bir qəpik) manat məbləğində borcun Cavabdeh2 tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 2B, 1B, 9B, 19B, B 2 nömrəli qeyri-yaşayış sahələrinə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə müvafiq icra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün Yeni X6 vasitəsi ilə hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 1B, 9B, 19B nömrəli qeyri-yaşayış sahələri müvafiq olaraq 07 avqust 2025-ci il tarixli, **********97299200 saylı, 07 avqust 2025-ci il tarixli, **********17401088 saylı, xx.xx.2025-ci il tarixli **********69053440 saylı və xx.xx.2025-ci il tarixli, **********39553024 saylı hərracın nəticələri barədə elektron yekun protokola əsasən "xxxx" QSC tərəfindən əldə edilmiş və əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı mülkiyyət çıxarışları alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 1B, 9B, 19B, nömrəli qeyri-yaşayış sahələrinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərcləri daxil ümumilikdə 32143,86 məbləğində vəsait (banka vurulmuş maddi ziyan) bank tərəfindən həyata keçirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 443, 443.2, 445.1, 448.1, 1096.1, 1097-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən bütün sənədlər, həmçinin məhkəmə prosesləri haqqında məlumatlar Cavabdeh2 məxsus əvvəllər aktiv olan ********** saylı VÖEN-ə göndərilmişdir. Əlavə olunmuş sənəddən də görünür ki, həmin VÖEN passivdi, yəni fəaliyyəti dayandırılıb. Ona görə də, Cavabdeh2 ümumiyyətlə bu iş barədə məlumatı olmamış, həmçinin məhkəmənin proseslərini də bilməmişdir. Məhkəmə tərəfindən özünə məxsus telefon nömrəsinə SMS gəldikdən sonra belə bir işin olması barədə məlumatı olmuşdur. Cavabdeh2 iddiaçının göstərdiyi hallarla razı deyildir. Ona görə də iddia ərizəsi ilə bağlı vəsatətlərini təqdim edə bilməmişdir. Cavabdeh2 X10 Azərbaycan QSC qarşısında öhdəlikləri üzrə 6 ədəd əmlakını girov qoymuşdur. 4 əmlak hərraca çıxarılmış, digər 2 əmlakla bağlı heç bir hüquqi tədbir görülməmişdir. İddia ərizəsinə əlavə edilən sübutlar sırasında yalnız hərracın keçirilməsi ilə bağlı xərclər və qarşı tərəfin ona göndərdiyi qaimələr təqdim edilmişdir. İddiaçının sistemə əlavə etdiyi sənədlərdən hərrac üçün çəkilən xərclərin nədən ibarət olduğu, həmçinin qaimələrdə göstərilən şirkətin hərrac üçün göstərdiyi texniki xidmətlərin nədən ibarət olması barədə açıq məlumat verilməmiş, sənədlər əlavə olunmamışdır. Burada təqdim edilən sənədlər şirkətin göndərdiyi qaimələrdir. Qaimələr üzrə ödənişin edilib-edilmədiyi, müqavilədə hansı işlərin görülməli olduğu qeyd edilmir. Bu səbəbdən iddia tələbi ilə razı deyil və heç bir sübut təqdim edilməməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsni və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Cavabdeh2 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq “X10 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2- dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına “X10 Azərbaycan” QSC-nin borcunun ödənilməsi hissəsində icraya göndərilmişdir. 07 avqust 2025-ci il tarixli, **********17401088 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilmə yeri:“Elektron hərrac” Portalı. Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): Aqil X2 (tələbkarın) adı: “X10 Azərbaycan” QSC Hərrac təşkilatçısı və “X6” barədə məlumatlar: "xxxx" MMC. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: “X10 Azərbaycan” QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 326 500.00 (üç yüz iyirmi altı min beş yüz manat) AZN, təkrar hərracdakı 15 faiz aşağı qiymət: 277525.00 (iki yüz yetmiş yeddi min beş yüz iyirmi beş manat) AZN, təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 208171.50 (iki yüz səkkiz min bir yüz yetmiş bir manat əlli qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir. xx.xx.2025-ci il tarixli, **********39553024 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilmə yeri:“Elektron hərrac” Portalı. Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış sahəsi - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b, 19. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): Aqil X2 (tələbkarın) adı: “X10 Azərbaycan” QSC Hərrac təşkilatçısı və “X6” barədə məlumatlar: “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: “X10 Azərbaycan” QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 514000.00 (beş yüz on dörd min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 436900.00 (dörd yüz otuz altı min doqquz yüz manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 327718.69 (üç yüz iyirmi yeddi min yeddi yüz on səkkiz manat altmış doqquz qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir. 07 avqust 2025-ci il tarixli, **********97299200 nömrəli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): Cavabdeh2 Mirqasım oğlu. İpoteka saxlayanın (tələbkarın) adı: “X10 Azərbaycan” QSC. Hərrac təşkilatçısı və “X6” barədə məlumatlar: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: “X10 Azərbaycan” QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 259000.00 (iki yüz əlli doqquz min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 220150.00 (iki yüz iyirmi min bir yüz əlli manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 165134.51 (bir yüz altmış beş min bir yüz otuz dörd manat əlli bir qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir. 07 avqust 2025-ci il tarixli, **********69053440 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B. Hərraca çıxarılan əmlakın sahibi: Cavabdeh2 Mirqasım oğlu. İpoteka saxlayanın (tələbkarın) adı: “X10 Azərbaycan” QSC. Hərrac təşkilatçısı və “X6” barədə məlumatlar: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: “X10 Azərbaycan” QSC (**********). Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 581000.00 (beş yüz səksən bir min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 493850.00 (dörd yüz doxsan üç min səkkiz yüz əlli manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 370436.88 (üç yüz yetmiş min dörd yüz otuz altı manat səksən səkkiz qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X10 Azərbaycan” QSC-yə **********43997954 nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, 10337191 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 9831.5594 manat olan elektron qaimə-faktura göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X10 Azərbaycan” QSC-yə **********04631554 nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, 10338137 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4954.0412 manat olan elektron qaimə-faktura göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X10 Azərbaycan” QSC-yə **********71085314 nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, 10338268 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 6245.15 manat olan elektron qaimə-faktura göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X10 Azərbaycan” QSC-yə **********21157122 nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, 10337915 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 11113.1102 manat olan elektron qaimə-faktura göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 414.40 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 19 nömrəli qeyri-yaşayış sahəsi "X10 Azərbaycan" QSC-nin xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 228.70 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli qeyri-yaşayış sahəsi "X10 Azərbaycan" QSC-nin xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 461.90 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli qeyri-yaşayış sahəsi "X10 Azərbaycan" QSC-nin xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 257.80 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli qeyri-yaşayış sahəsi "X10 Azərbaycan" QSC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli **********25 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "X10 Azərbaycan" QSC tərəfindən dövlət büdcəsinə 186,43 manat dövlət rüsumu ödənilmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 318.1. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 5. İpoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Maddə 47.2-1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə edildiyi halda əmlakın bazar qiyməti ipoteka ilə təmin edilmiş tələbin həcmindən artıq olduqda artıq olan vəsait bu Qanunun 47.2.1–47.2.4-cü maddələrinə uyğun olaraq bölüşdürülür. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. Maddə 53.1-2. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir. Maddə 61.1. İcra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır: 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi; 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması; 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması. Maddə 62.20. Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1-2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 63. İcra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdirilir. Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilən protokol əsasında verilir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq “X10 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına “X10 Azərbaycan” QSC-nin borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün xx.xx.2025-ci il tarixli icra vərəqəsi ilə icraya göndərilmiş, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 üzrə Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi b, 19, 1B, 4B, 9B nömrəli qeyri-yaşayış sahələrinin elektron hərracı keçirilmiş, əmlaklar hərracda satılmadıqdan sonra tələbkar “X10 Azərbaycan” QSC həmin qeyri-yaşayış sahələrini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmişdir. Hazırda iddiaçı qeyd olunan qeyri-yaşayış sahələrinin bankın mülkiyyətinə keçirilməsi üzrə çəkilmiş 32143,83 manat məbləğində hərrac xərclərinin Cavabdeh2 xeyrinə tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi etiraz edərək bildirmişdir ki, Cavabdeh2 “X10 Azərbaycan” QSC qarşısında öhdəlikləri üzrə 6 ədəd əmlakını girov qoysa da, həmin əmlaklardan 4 əmlak hərraca çıxarılmış, digər 2 əmlakla bağlı heç bir hüquqi tədbir görülməmişdir. Həmçinin iddiaçı hərrac üçün çəkilən xərclərin, həmçinin qaimələrdə göstərilən şirkətin hərrac üçün göstərdiyi texniki xidmətlərin nədən ibarət olması barədə məlumat verməmiş, qaimələr üzrə ödənişin edilib-edilməməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 4 ədəd “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokollardan görünür ki, Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi B19, 1B, 4B, 9B nömrəli qeyri-yaşayış sahələrinin elektron hərracı üzrə hərrac təşkilatçıları "xxxx" MMC, "xxxx" MMC və “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC olmuşdur. Lakin işə əlavə olunmuş elektron qaimələr həmin hərrac təşkilatçıları tərəfindən deyil, "xxxx" MMC tərəfindən “X10 Azərbaycan” QSC-yə göndərilmişdir. İddiaçı "xxxx" MMC ilə aralarında hərracın təşkili ilə bağlı müqavilə olması, həmin elektron qaimələr üzrə tələb olunan xərclərin məhz cavabdehin əmlaklarının satışına görə tələb olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, elektron qaimələrdə qeyd olunan hərrac nömrələri (**********04631554, **********71085314, **********21157122, ******************) elektron hərracın protokollarının nömrələri (**********17401088, **********39553024, **********97299200, ******************) ilə eynilik təşkil etmir. Bundan əlavə, elektron qaimələrdə qeyd olunan texniki xidmətlərin nədən ibarət olması, həmçinin göndərilən elektron qaimələr üzrə texniki xidmətlərin dəyərinin “X10 Azərbaycan” QSC tərəfindən ödənilməsi də sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin ipoteka qoyduğu əmlakların əldə edilməsi üçün 32143,83 manat xərc çəkildiyi, ziyan dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, iddiaçı tərəf bütün iclaslarda ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyindən, iş üçün zəruri olan faktiki halları iddiaçı tərəflə müzakirə etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə “İpoteka haqqında” Qanunun 75-ci maddəsinə əsasən qeyd edir ki, ipoteka predmetinin satışından götürülən məbləğ iddiaçının tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Lakin iddiaçı ipoteka müqavilələrini də təqdim etmədiyi üçün bu halın da aydınlaşdırılması mümkün olmamışdır. Ümumiyyətlə iddiaçı tələbində 6 ədəd ipoteka predmetinin əldə edilməsi üçün xərc çəkildiyini qeyd etsə də, faktiki olaraq 4 ədəd ipoteka predmeti ilə bağlı əsaslandırma aparmış və onlara aid müəyyən sənədlər təqdim etmişdir. Halbuki, iddiaçı ipoteka predmeti olan digər 2 əmlakın (175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsi və 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsi) hər ikisini və ya dəyərinə uyğun olaraq ən azı 1-ni əldə etməklə hərrac və digər xərclərin ödənilməsinə nail ola bilər. Belə ki, Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 186,43 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 186,43 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar