Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-84/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ləğv prosesində olan İddiaçı X7 Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 01K/12 №-li kredit müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixə faiz borcu 75658,02 manat, cərimə 36170,85, müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan borc üzrə 15798,18 olmaqla ümumilikdə 127627,05 manat məbləğində və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh MMC-yə 36 ay müddətinə 12 %-lə 428150 manat məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh MMC-ə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında faiz borcu üzrə 75658,02 manat, cərimə borcu üzrə 36170,85 kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15798,18 olmaqla ümumilikdə 127627,05 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X4 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndələr tərəfindən məhkəməyə xx xxxxxx 2012-ci il tarixli, 01K/12 nömrəli təminatsız X8 xx xxxxxx 2012-ci il tarixli, 1 saylı və xx xxxxxx 2014-cü il tarixli, 2 saylı əlavələr təqdim olunmamış və buna görə də ekspert rəylərində borcun məbləği xx xxxxxx 2013-cü il tarixə kimi hesablanmışdır. Halbuki, müqaviləyə əlavələrə əsasən müddət xx xxxxxx 2015-ci il tarixə kimi uzadılmışdır və borc məbləği həmin vaxta qədər hesablanmalıdır. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2012-ci il tarixli 01K/12 saylı təminatsız X8 əsasən İddiaçı ASC Cavabdeh MMC-yə 428150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti verməyi, Cavabdeh ASC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2011-ci il tarixli 1-13916-3 saylı hesabdan çıxarışa əsasən Cavabdeh MMCnin qalıq borcu 2667090,99 manat, xx.xx.2012-ci il tarixli 1-13916-40 saylı hesabdan çıxarışa əsasən 53416,88 manat, xx.xx.2015-ci il tarixli, 1-13916-44 saylı hesabdan çıxarışa əsasən 36170,85 manat, xx.xx.2015-ci il tarixli 1-13916-42 saylı hesabdan çıxarışa əsasən 75658,02 manat qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli, **********164 saylı maliyyə arayışa əsasən Cavabdeh MMC-nin 01K/12 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə əsas borcu 242530,68 manat və müqavilənin bitmə tarixinə faiz borcu 37096,57 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh MMC kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(81)- 745/2019 №-li qərardadına əsasən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17941 №-li rəyində qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin İddiaçı ASC-yə müqavilə müddətinin sonuna – xx xxxxxx 2013-cü il tarixə əsas borc üzrə 158910,68 manat, faiz borcu üzrə 2745,48 manat olmaqla ümumilikdə 161656,68 manat, xx xxxxx 2019-cu il tarixə illik 5% hesablanmaqla faiz borcu üzrə 9292,30 manat məbləğində borcu vardır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-84/2020 nömrəli qərardadına əsasən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/1114 saylı rəyində qeyd olunmuşdur ki, xx xxxxxx 2012-ci il tarixli, 01K/12 nömrəli təminatsız X10nin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh MMC-nin İddiaçı ASC-ə olan borcu xx xxxxxx 2013-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,16 manat, xx xxxxx 2019-cu il tarixə 5% hesablanmaqa faiz borcu üzrə 33.545,37 manat məbləğində borcu vardır. İş materiallarında olan maliyyə arayışından (21-ci vərəqə) görünür ki, həmin arayışda müqavilənin bitmə müddəti xx xxxxxx 2015-ci il göstərilsə də, buna dair iddiaçı tərəfindən əvvəlki məhkəmə iclaslarında hər hansı müqavilə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01K/12 saylı təminatsız bəpa olunan X8 1 saylı əlavədə, xx.xx.2012-ci il tarixli 01K/12 saylı bərpa olunan X10 12 ay müddətinə, xx.xx.2014-cü il tarixli 2 saylı əlavə isə təkrar 12 ay müddətinə uzadılması qeyd olunduğundan Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)- 84/2020 nömrəli qərardadına əsasən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2525 saylı rəyinə əsasən xx xxxxxx 2012-ci il tarixli, 01K/12 saylı təminatsız X10nin şərtləri, xx.xx.2012-ci il tarixli, 01K/12 saylı təminatsız X8 dair 01 saylı, 02 saylı əlavələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu x xxxxxx 2015-ci il tarixə müqavilə müddətinin əsas borc üzrə 242530,68 manat, faiz borcu 45977,24 manat olmaqla ümumilikdə 288507,92 manat, xx xxxxx 2019-cu il tarixə - iddia ərizəsinin verilmə tarixinədək 5% hesablanmaqla – ümumilikdə faiz borcu üzrə 61775,42 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmişdir, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45977,24 manat təşkil edir. Lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmununda faizdən faiz ödənilməsinin yolverilməz olması imperativ olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. ... Öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir. Normaların və qeyd olunan plenum qərarın məzmunundan belə nəticəyə gəlinir ki, öhdəliyin icrasının təmin olunması barədə götürülən öhdəlik xüsusi növ öhdəlik olmaqla, əsas öhdəliyə münasibətdə əlavə xarakter daşıyır. Hazırkı iş üzrə yuxarıda göstərildiyi kimi əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən tələbin (127627,05 manat) təmin olunan hissəsinə (45977,24 manat) müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 11 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi cavabdehdən, 190 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X7 Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 45977,24 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı X9 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 11 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Ləğv prosesində olan İddiaçı X9 ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi Cavabdehndən, 190 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-84/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-84/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver