Məhkəmə qərarları › İş №e-2-2(113)-84/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-84/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-84/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh4 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Eldar qızına, Cavabdeh2, "xxxx" MMC-yə və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti MMC iddia ərizəsi və iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2dan, X1 və Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 29000 manat, müqavilə müddəti ərzində faiz borcu 386.67 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 3008,75 manat, cərimə borcu üzrə 5722,67 manat olmaqla, cəmi 38118,09 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 1511.56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297.61 manat olmaqla, cəmi 1919,51 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 62000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80307,69 manat, olmaqla, ümumilikdə 120345,29 manat borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 19.34 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının, 400 (dörd yüz) manat mediasiya xərcinin tutulmasını, tutmanın "xxxx" MMC-yə məxsus, xx.xx.2020-ci il tarixli 6215975/GM saylı Girov müqaviləsinə əsasən, qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Bridge Company” MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə "xxxx" MMC arasında bağlanmış 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC–yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 16 faiz olmaqla, 12 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən Borc verən Borc Alana 12 ay müddətində 100000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kredit xətt müqaviləsinin təminatı kimi bankla Cavabdeh2, X2 və Cavabdeh4 arasında bağlanmış 6215975/ZM1, 6215975/ZM2 və 6215975/ZM3 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissəhissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kredit öhdəliyinin təminatı olaraq "xxxx" MMC-nin baş direktoru Cavabdeh2 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 6215975/GM saylı Girov müqaviləsinə əsasən bu Müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların girov saxlayana girov qoyulmuşdur. Girov müqaviləsinin 3.2.1 və 3.2.2-ci maddəsinə əsasən Girov qoyan Kredit xətti müqaviləsi üzrə öhdəliklərini vaxtından və lazımınca icra etmədikdə və ya girov qoyan bu Müqavilədə göstərimiş öhdəliklərini icra etmədikdə, Kredit xətti müqaviləsinə əsasən verilmiş kreditin 5 təqvim günü ərzində vaxtından əvvəl geri qaytarılmasının ondan tələb emək və tələb qeyd olunmuş müddətə icra edilmədikdə girov predmetinə tutma yönəldə bilər. 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli1000000 AZN-lik kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 62000 AZN, 2- ci tranş üzrə 29000 AZN, 3-cü tranş üzrə isə 9000AZN məbləğində vəsaitlər "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bununla yanaşı, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit tranşı üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Cavabdehlər kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasına dəvət edilmiş, lakin "xxxx" MMC, Cavabdeh2, X2 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamış, mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Nəticədə, Bankın, yaranmış borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmış, tutmanın xx.xx.2020-ci il tarixli 6215975/GM saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd olunan avadanlıqlara yönəldilməsi, avadanlıqların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək, izahatında kredit xətti müqaviləsinin bərpa olunan kredit xətti müqaviləsi olduğunu, yəni müqavilə üzrə tərəflərin bir neçə dəfə kredit üzrə borcu ödəyərək yenidən kredit götürə biləcəyini bildirmiş, zamin Cavabdeh4 isə zaminlik müqaviləsinin 2.3.1-ci maddəsinə əsasən borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşıdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi, Vəkil izahatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilə üzrə nəzərdə tutulan kredit limitini aşdığını, belə ki, zamin Cavabdeh4 yalnız 100000 manat məbləğində pul ilə bağlı öhdəlik götürdüyünü, "xxxx" MMC-nin isə bankdan 100000 manatdan artıq kredit götürdüyünü, bu səbəbdən Cavabdeh4 münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə izahatında müqavilənin 2.1.3-cü maddəsinə əsasən kreditin təyinatına uyğun istifadə edilməli olduğunu, ancaq istifadə edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 6215975/KXM nömrəli iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 12 ay müddətində 100000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, "xxxx" MMC isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə 23 iyul 2020-ci il tarixdə 29760 manat məbləğində kredit verilmiş, 07 avqust 2020-ci il tarixdə 760 manat məbləğində əsas borc ödənilmiş, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə isə 24 fevral 2020-ci il tarixdə 62000 manat məbləğində kredit verilmiş, 207PVSL202590001 nömrəli tranş üzrə isə 15 sentyabr 2020-ci il tarixdə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 6215975/GM nömrəli iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış girov müqaviləsindən görünür ki, bu müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə spesifikasıyası bu Müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların girov saxlayana girov qoyulması olmuşdur. Girov müqaviləsinin 3.2.1 və 3.2.2-ci maddəsinə əsasən girov qoyan kredit xətti müqaviləsi üzrə öhdəliklərini vaxtından və lazımınca icra etmədikdə və ya girov qoyan bu müqavilədə göstərimiş öhdəliklərini icra etmədikdə, kredit xətti müqaviləsinə əsasən verilmiş kreditin 5 təqvim günü ərzində vaxtından əvvəl geri qaytarılmasının ondan tələb emək və tələb qeyd olunmuş müddətə icra edilmədikdə girov predmetinə tutma yönəldə bilər. xx.xx.2020-ci il tarixli 6215975/ZM1 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Cavabdeh2 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 6215975/ZM2 nömrəli iddiaçı "xxxx" ASC ilə cavabdeh X2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq X2 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 6215975/ZM3 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 Mişkin oğlu arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Cavabdeh4 Mişkin oğlu 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. 16 mart 2023-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 29000 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra 5%lə faiz borcu 3008,75 manat, cərimə borcu üzrə 5722,67 manat olmaqla, cəmi 38118,09 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 1511,56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 1919,51 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 62000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80307,69 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 9/6503 nömrəli 10 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 28999,98 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, xx.xx.2022-ci il tarixədək hesablanmış müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə 2299,86 manat, 207PVSL202590001 referensli tranşı üzrə xx.xx.2022-ci il tarixə əsas borc 606,02 manat, xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu 21,55 manat, 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 61999,96 manat, xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3730,79 manatdır. Tədqiqatın dəyəri 145 manatdır. 17 yanvar 2022-ci il tarixli 2021-003245 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci ödəmişdir. 06 aprel 2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 19,34 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit, zaminlik və girov müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə əsas borcu ekspert rəyinə uyğun olaraq 28999,98 manat, faiz borcları tam, yəni müqavilə müddəti ərzində hesablanmış faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3008,75 manat hissədə təmin edilməlidir. 207PVSL202590001 referensli tranş üzrə isə əsas borc ekspert rəyinə uyğun olaraq 61999,96 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə tam, yəni 6073,02 manat hissədə təmin edilməlidir. Məhkəmə digər 207PVSL202590001 referensli tranş üzrə isə qeyd edir ki, həmin tranş üzrə əsas borc ekspert rəyinin hesablandığı xx.xx.2022-ci il tarixə qeyd edilən 606,02 manat hissədə, buna uyğun olaraq 5 % isə 62,87 manat hissədə, həmçinin 400 manat mediasiya xərci və 0,40 manat bank xidmət haqqı hissədə təmin edilməlidir. Məhkəmə cərimə tələbləri ilə bağlı isə qeyd edir ki, tənasübsüz surətdə yüksək hesablanmış cərimə azaldılaraq 207PVSL202050001 referensli tranş üzrə 1604,6 manat, 207PVSL202590001 referensli tranş üzrə isə 31,11 manat, digər 207PVSL202590001 referensli tranş üzrə isə 2927,02 manat hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın "xxxx" MMC-yə məxsus, xx.xx.2020-ci il tarixli 6215975/GM saylı girov müqaviləsinə əsasən, qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Bridge Company” MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsi ilə bağlı isə hesab edir ki, həmin tələb qismən təmin edilməli, girov müqaviləsinin 1 saylı əlavəsində avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməsi hissədə iddia rədd edilməlidir, belə ki, girov avadanlıqları daşınar əşya olduğu üçün amortizasiyaya uğraya bilər və qiyməti kəskin dəyişə bilər. Bu səbəbdən həmin avadanlıqlar hərracdan satıldığı anda qiymətləndirilməlidir. Digər hissələrdə isə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 87,83 %-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 19,34 manat məbləğində dövlət rüsumunun 16,98 manatı müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməli, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin isə 127,35 manatı cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada, qalan 17,65 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə Cavabdeh4 nümayəndəsi, Vəkil izahatında qeyd etdikləri ilə bağlı isə bildirir ki, kredit xətti müqaviləsi bərpa olunan kredit xətti müqaviləsi olmuşdur, belə ki, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 24 fevral 2020-ci il tarixdə cavabdehə 62000 manat məbləğində kredit verilmiş, daha sonra xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə "xxxx" MMC-yə 23 iyul 2020-ci il tarixdə 29760 manat məbləğində kredit verilmiş, 07 avqust 2020-ci il tarixə həmin tranş üzrə 760 manat məbləğində əsas borc ödənilmiş, yalnız həmin borc ödənildikdən sonra 15 sentyabr 2020ci il tarixdə 207PVSL202590001 referensli tranş üzrə 9000 manat məbləğində kredit verilmişdir, yəni ümumilikdə 100760 manat məbləğində kredit cavabdehə verilsə də, ilk iki tranş üzrə 91760 manat verildikdən sonra, ikinci tranş üzrə verilən 29760 manat məbləğində əsas borcdan 760 manat əsas borc ödənilmiş və həmin ödəniş həyata keçirildikdən sonra 91000 manat məbləğində tranş vəsaiti bərpa olunduğuna görə üçüncü tranş üzrə 9000 manat məbləğində kredit verilmiş, yəni 100000 manat məbləğində limit ötürülməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 61999,96 manat əsas borc, 6073,02 manat illik 5% borcu 2927,02 manat cərimə, cəmi 71000 manat, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə 28999,98 manat əsas borc, 386,67 manat faiz borcu, 3008,75 manat illik 5% borcu, 1604,60 manat cərimə, cəmi 34000 manat, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə isə 606,02 manat əsas, 62,87 manat illik 5% borcu, 31,11 manat cərimə, cəmi 700 manat, ümumilikdə 105700 manat məbləğində pul həmçinin 400 manat mediasiya xərci, 16,98 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tutma girov müqaviləsinin 1 saylı əlavəsində göstərilən avadanlıqlara yönəldilməli, avadanlıqlar açıq hərracda satılmalı, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməli, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Bridge Company” MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin isə 127,35 manatı cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada, qalan 17,65 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 61999,96 manat əsas borc, 6073,02 manat illik 5% borcu 2927,02 manat cərimə, cəmi 71000 manat, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə 28999,98 manat əsas borc, 386,67 manat faiz borcu, 3008,75 manat illik 5 % borcu, 1604,60 manat cərimə, cəmi 34000 manat, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə isə 606,02 manat əsas, 62,87 manat illik 5% borcu, 31,11 manat cərimə, cəmi 700 manat, ümumilikdə 105700 manat məbləğində pul həmçinin 400 manat mediasiya xərci, 16,98 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov müqaviləsinin 1 saylı əlavəsində göstərilən avadanlıqlara yönəldilsin, həmin avadanlıqlar açıq hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 borcu ödənilsin . Girov predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada tutulsun. İddia digər hissədə rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin isə 127,35 manatı cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada, qalan 17,65 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar