Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-843/2024 22.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Erdinc Sirriyə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Erdinc Sirriyə qarşı “borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1 və Cavabdeh3dan birgə qaydada GFA0551/14 saylı kredit müqaviləsinə əsasən 483,102.53 manat əsas borc, 33,133.88 manat faiz borcu, 237,026.21 manat cərimə borcu olmaqla, cəmi 753,262.62 manat məbləğində borcun, GFA0551/15 saylı kredit müqaviləsinə əsasən 426,830 manat əsas borc, 32,873.17 manat faiz borcu, 214,379.03 manat cərimə borcu olmaqla, cəmi 674,082.20 manat məbləğində borcun onun xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 1104 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Sirri Erdıncdan birgə qaydada: 001FACTAZN13610-GFA0551/14 saylı kredit müqaviləsinə əsasən 216,418.75 manat əsas borc, 345,891.49 manat cərimə borcu olmaqla, cəmi 562,310.24 (beş yüz altmış iki min üç yüz on manat, iyirmi dörd qəpik) manat borcun, 001FACTAZN13942-GFA0551/15 saylı kredit müqaviləsinə əsasən 409,457.17 manat əsas borc, 336,389.49 manat cərimə borcu olmaqla, cəmi 745,846.66 (yeddi yüz qırx beş min səkkiz yüz qırx altı manat, altmış altı qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 1174 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2014-cü il tarixdə PB/GTC418/2014 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 imzalanmışdır. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixdə GFA0551 saylı Alış Sifarişi əsasında Maliyyələşdirmə və Faktorinq üzrə Limit müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 29% olmaqla, 3,500,000 (üç milyon beş yüz min) manat məbləğində limit ayrılmışdır. Sonradan tərəflər arasında xx.xx.2021-ci il tarixdə GFA0551 saylı Alış Sifarişi əsasında Maliyyələşdirmə və Faktorinq üzrə Limit müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixli GFA0551/14 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, müddət bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 1,373,547.75 manat məbləğində kredit verilmişdir, xx.xx.2022-ci il tarixli GFA0551/15 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, müddət bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 1,127,080 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh2 MMCnin Bank qarşısında olan xx.xx.2021-ci il tarixli GFA0551 saylı Alış Sifarişi əsasında Maliyyələşdirmə və Faktorinq üzrə Limit müqaviləsinin təminatı olaraq Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ZF0528 saylı zaminlik müqaviləsi, Cavabdeh3 arasında isə xx.xx.2021-ci il tarixli ZF0529 saylı zaminlik müqavilələri imzalanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş, GFA0551/14 saylı müqavilə üzrə 262 gün, GFA0551/15 saylı müqavilə üzrə isə 248 gün ərzində kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir GFA0551/14 saylı kredit müqaviləsinə əsasən 483,102.53 manat əsas borc, 33,133.88 manat faiz borcu, 237,026.21 manat cərimə borcu olmaqla, cəmi 753,262.62 manat, GFA0551/15 saylı kredit müqaviləsinə əsasən 426,830 manat əsas borc, 32,873.17 manat faiz borcu, 214,379.03 manat cərimə borcu olmaqla, cəmi 674,082.20 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1504 manat dövlət rüsumu ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: kreditin müddəti bitənədək və kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 MMC tərəfindən xx.xx.2014-cü il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2014-ci il tarixli PB/GTC-418/2014 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 iyul 2021-ci il tarixli Alış sifarişi əsasında maliyyələşdirmə və faktorinq üzrə limit müqaviləsinin 2.1-ci bəndinə əsasən bank, müştərinin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələb(lər)inin və invoys(İar)ın maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında Müştəriyə müqavilənin 1.1. və 1.2. bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan alış sifarişi əsasında Maliyyələşdirmə və bərpa olunan, reqress hüququ olan Faktorinq üzrə limit açır. Limit çərçivəsində invoys əsasında maliyyələşdirmə tərəflər arasında Müqavilənin tərkib hissəsi hesab olunan və hər bir əməliyyat üzrə müvafiq qaydada imzalanan Alış Sifarişi əsasında Maliyyələşdirmə əməliyyatı üzrə Maliyyələşdirə üçün Ərizə və ya Faktorinq üzrə razılaşma forması əsasında icra ediləcək. Bank tərəfindən müqavilə üzrə ayrılan limit məbləği 3.500000 manat, limit üzrə illik faiz dərəcəsi 14% olmaqla, istifadə müddəti xx.xx.2022-ci il tarixinədək, limit üzrə nəzərdə tutulmuş müddət xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. Bank ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, GFA0551/14 saylı alış sifarişi əsasında maliyyələşdirmə üçün ərizəyə əsasən 1373547,75 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 14%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 29%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən kredit götürülmüşdür. Bank ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixində imzalanmış GFA- 0551/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ******* manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 14%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 29%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən kredit götürülmüşdür İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli GFA0551 saylı Alış Sifarişi əsasında Maliyyələşdirmə və Faktorinq üzrə Limit müqaviləsi ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2021-ci il tarixli ZF0528 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli GFA0551 saylı Alış Sifarişi əsasında Maliyyələşdirmə və Faktorinq üzrə Limit müqaviləsi ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2021-ci il tarixli ZF0528 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür İddiaçı ASC-nin xx.xx.2023-ci il tarixli, PB-OUT-05646-2023/2 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh2 MMC xx.xx.2020-ci il tarixli, OnGTC-01654LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X5 çərçivəsində xx.xx.2022-ci il tarixli, GA0551/14 saylı və xx.xx.2022-ci il tarixli, GA0551/15 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2023-cü il tarixinə GA0551/14 saylı ərizə üzrə 324 və GA0551/15 saylı ərizə üzrə 310 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBŞ-OUT-00277-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri GFA0551/14 saylı kredit müqaviləsinə əsasən 216,418.75 (iki yüz on altı min dörd yüz on səkkiz manat, yetmiş beş qəpik) manat əsas borc, 345,891.49 (üç yüz qırx beş min səkkiz yüz doxsan bir manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 562,310.24 (beş yüz altmış iki min üç yüz on manat, iyirmi dörd qəpik) manat və gecikdirilmiş günlərin sayı 624 gün qeyd olunmuşdur, GFA0551/15 saylı kredit müqaviləsinə əsasən 409,457.17 (dörd yüz doqquz min dörd yüz əlli yeddi manat, on yeddi qəpik) manat əsas borc, 336,389.49 (üç yüz otuz altı min üç yüz səksən doqquz manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 745,846.66 (yeddi yüz qırx beş min səkkiz yüz qırx altı manat, altmış altı qəpik) manat və gecikdirilmiş günlərin sayı 610 gün qeyd olunmuşdur. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/1547 saylı rəyi ekspert rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixli GFA0551/14 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2022-ci il tarixinə əsas borcu 1183352,54 manat, faiz borcu 33133,87 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 483102,54 manat, faiz borcu 183812,57 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli GFA0551/15 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2022-ci il tarixinə əsas borcu ******* manat, faiz borcu 32.434,86 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 426.830,00 manat, faiz borcu 168.070,57 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 1104 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. 19 sentyabr 2023-cü il tarixli MŞB/9/2023-01783 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq iddiaçı tərəfindən 400 manat ödəniş həyata keçirilmişdir Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 iyul 2021-ci il tarixli Alış sifarişi əsasında maliyyələşdirmə və faktorinq üzrə limit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 3.500000 manat məbləğində kredit limiti ayrılmış, xx.xx.2022-ci il tarixli, GFA0551/14 saylı alış sifarişi əsasında maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 14% olmaqla 1373547,75 manat, xx.xx.2022-ci il tarixində imzalanmış GFA-0551/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 14% olmalqa ******* manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli ZF0528 saylı və xx.xx.2021-ci il tarixli ZF0528 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli GFA0551/14 saylı maliyyələşdirmə ərizəsi üzrə xx.xx.2022-ci il tarixinə müəyyən edilmiş əsas borcun məbləği, yəni 1183352,54 manat, iddia tələbinin əsası kimi istinad olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddia tələbində göstərilmiş əsas məbləğdən, yəni 216418,75 manatdan çox, iddia tələbindən iddiaçı faiz borcunun ödənilməsini tələb etməsə də, ekspert rəyi ilə xx.xx.2022ci il tarixli GFA0551/14 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə faiz borcu 183812,57 manat, xx.xx.2022-ci il tarixli GFA0551/15 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə faiz borcu 168.070,57 manat müəyyən edilmişdir. Hətta sonrakı tarixlərə, müqavilə müddətinin bitdiyi tarixə və maliyyə arayışı verildiyi tarixə də ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia ərizəsində tələb edilən məbləğdən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc maliyyələşdirmə ərizələri üzrə iddia tələbinə uyğun tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2022-ci il tarixli, GFA0551/14 saylı alış sifarişi əsasında maliyyələşdirmə üçün ərizə üzrə 345,891.49 manat və xx.xx.2022-ci il tarixli GFA-0551/15 saylı alış sifarişi əsasında maliyyələşdirmə üçün ərizə üzrə 336,389.49 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2022-ci il tarixli, GFA0551/14 saylı alış sifarişi əsasında maliyyələşdirmə üçün ərizə üzrə 10800 manat məbləğində, xx.xx.2022-ci il tarixli, GFA- 0551/15 saylı maliyyələşdirmə üçün ərizə üzrə 20400 müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1174 manat dövlət rüsumunun 548 manatının və ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Sirri Erdıncdan müştərək qaydada 001FACTAZN13610-GFA0551/14 saylı kredit müqaviləsinə əsasən 216,418.75 manat əsas borc, 10800 manat cərimə borcu olmaqla cəmi 227218 (iki yüz iyirmi yeddi min iki yüz on səkkiz) manat 75 (yetmiş beş) qəpik borc, 001FACTAZN13942-GFA0551/15 saylı kredit müqaviləsinə əsasən 409,457.17 manat əsas borc, 20400 manat cərimə borcu olmaqla cəmi 429857 (dörd yüz iyirmi doqquz min səkkiz yüz əlli yeddi) manat 17 (on yeddi) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun 548 (beş yüz qırx səkkiz) manatının və 400 manat mediasiya xərcinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Sirri Erdıncdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-843/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-843/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver