Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8431/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 43 866.50 AZN (qırx üç min səkkiz yüz altmış altı manat əlli qəpik) məbləğində əsas borc, 3934, 80 AZN (üç min doqquz yüz otuz dörd manat səksən qəpik) həcmində faiz borcları, 472 (dörd yüz yetmiş iki) həcmində ödənişli hüquqi xidmət xərcləri, 221,60 AZN (iki yüz iyirmi bir manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 48,494 AZN (qırx səkkiz min dörd yüz doxsan dörd) həcmində pul məbləğinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC elektron məhkəmə informasiya sisteminə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etdi. Cavabdeh MMC elektron məhkəmə informasiya sisteminə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, 25 noyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.1. İddiaçının hüquq və vəzifələri: 2.1.1. İddiaçı 48 494 (qırx səkkiz min dörd yüz doxsan dörd) manat pul tələbindən 4627.50 (dörd min altı yüz iyirmi yeddi manat 50 qəpik) manat məbləğini cavabdehə güzəşt edir; 2.1.2. bu saziş üzrə qalıq 43.866,50 (qırx üç min səkkiz yüz altmış altı manat əlli qəpik) manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəi sürmür. 2.1.3. barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1. cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan və məhkəməyə təqdim edildikdən 2 (iki) gün müddətində cəmi 43.866,50 (qırx üç min səkkiz yüz altmış altı manat əlli qəpik) manat məbləğini şərtsiz olaraq ödəyəcəkdir. 2.1.2. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan 25 noyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 2.1. İddiaçının hüquq və vəzifələri: 2.1.1. İddiaçı 48.494 (qırx səkkiz min dörd yüz doxsan dörd) manat pul tələbindən 4.627,50 (dörd min altı yüz iyirmi yeddi manat 50 qəpik) manat məbləğini cavabdehə güzəşt edir; 2.1.2. Bu saziş üzrə qalıq 43.866,50 (qırx üç min səkkiz yüz altmış altı manat əlli qəpik) manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəi sürmür. 2.1.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1. Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan və məhkəməyə təqdim edildikdən 2 (iki) gün müddətində cəmi 43.866,50 (qırx üç min səkkiz yüz altmış altı manat əlli qəpik) manat məbləğini şərtsiz olaraq ödəyəcəkdir. 2.1.2. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8431/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8431/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver