Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8455/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı1 Cavabdeh İB-yə qarşı borcun silinməsi, qarşələqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı1(bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindənİddiaçı1hesablanmış 225076,69 (iki yüz iyirmi beş min yetmiş altı manat, altmış doqquz qəpik) manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 yerləşən**********00010 saylı abonent kodu olan mənə məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri son mövsüm istisna olmaqla daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ilədək istifadə etdiyim təbii qazın dəyərinin hesablanmasında hər-hansı gözə çarpacaq qüsurlar olmamışdır. Məhkəmənin xüsusi diqqətini bir məqama çəkmək istəyirəm. Belə ki, Cavabdeh İB 2018 və 2020-ci illərdə mənə qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi verərək 2020-ci ilin mart ayına olan 312409,80 manat borcun tutulmasını xahiş etmişdir. İddia təmin edilmiş və qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Qətnamələr tərəfimdən tam olaraq icra edilmişdir. Abonent saldosunun “sərfin məbləği” bölümünə baxdıqda aydın görmək olar ki, 2020-ci ilin noyabr ayından (yəni qətnamə çıxdıqdan sonra) 2025-ci ilin avqust ayınadək mənə ümumilikdə 644686,93 manat məbləğində borc hesablanmış və bunun müqabilində “ödəniş” bölümündən göründüyü kimi mən 841540,20 manat məbləğində ödəniş etmişəm. Bu hal özlüyündə məhkəmə qətnaməsinin icrasının aydın sübutudur. Yəni ola bilməz ki 2020-ci ildən mənim ödənilməmiş borcum olsun və cavabdeh təşkilat mənə verilən qazı dayandırmasın. Necə ki bu hal indi baş vermişdir və xx.xx.2025-ci il tarixdən mənə verilən qaz dayandırılmışdır. Bundan başqa istehlakçılar tərəfindən ödənilən məbləğlər qazpaylayıcı tərəfindən ilk öncə debitor borcun ödənilməsinə yönəlir. Göründüyü kimi hazırda mübahisələndirdiyim borc məbləğinin həmin qətnamələrlə heç bir əlaqəsi yoxdur. Cavabdeh təşkilat tərəfindən 2023-cü il ərzində və 2024-cü ilin aprel ayınadək mənə ümumilikdə 452191,52 manat borc hesablanmışdır. Hesablanmış borcun bir hissəsi tərəfimdən ödənilmiş 225076,69 manat hissəsi ilə isə razılaşmadığımdan ödənilməmişdir. 2024-cü ilin dekabr ayından tərəfimdən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsəmdə mənə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız xx.xx.2025-ci il tarixdə istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda mənə məxsus qaz kəmərinin üzərində ELSTER G1600 markalı, 10520473 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2023-cü il ərzində təbii qazdan istifadəyə görə mənə ümumilikdə 274995,82 manat məbləğində, 2024-cü ilin ilk üç ayında isə 177195,70 manat məbləğində borc hesablanmışdır. Ötən illərin müvafiq dövrü ilə müqayisədə borcun real sərfiyyatı əks etdirmədiyini görmək olar. Misal üçün 2020-ci ilin ilk üç ayında (yanvar, fevral və mart) ümumilikdə 79178 manat, 2021-ci ilin ilk üç ayında 104600 manat məbləğində təbii qazdan istifadə edilmişdirki bu da 2023-cü və 2024-cü illərin müvafiq dövrləri ilə müqayisədə hər üç aya görə 100000 manat civarında fərq edir.
3. Cavabdehin nümayəndəsi məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh İddiaçı1 təbii qazdan istifadə etdiyinə görə yaranmış 225076,69 manat məbləğində əsas borcun, 515,08 manat məbləğində ödənilmiş dövlət rüsmu, cəmi 225591,77 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN **********, MH AZ03NABZ**********0000002944, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ38İBAZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 05 fevral 2021-cu il tarixli, AMX-0791/21 saylı “Qaz paylayıcısı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” yə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə Cavabdehnə 225076,69 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Bildiririk ki, yuxarıda qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndləri İddiaçı1 tərəfindən pozulmuşdur Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı1 oğlu borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir.
5. Daha sonra ilkin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azəriqaz İB tərəfindən İddiaçı1 məxsus **********00010 nömrəli abonent kodu üzrə hesablanmış 219753,92 manat məbləğində borcun İddiaçı1 tələb edilməsinin cavabdehə qadağan edilməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Azəriqaz İB tərəfindən İddiaçı1 məxsus **********00010 nömrəli abonent kodu üzrə hesablanmış 219753,92 manat məbləğində borcun İddiaçı1 tələb edilməsinin cavabdehə qadağan edilməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
7. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, iddianın təmin ediməsini xahiş etmiş, qarşılıqlı
8. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin ediməməsi,qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
11. İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı1 təbii qazla təchiz edir.
12. **********00010 saylı abonent İddiaçı1 (kommersiya) abonent saldosundan görünür ki, abonent "Eleksan" tipli istilik qazanı(3/3) adlı qaz cihazından istifadə edir. 2025-ci ilin fevral ayında abonentə akta əsasən 87193.92 manat və 22326.24 manat məbləğində borc hesablanmışdır.
13. İddiaçı1, "xxxx" MMC ilə Cavabdeh İB arasında xx.xx.2023-cü il tarixli razılaşma protokolu əsasında aşağıdakılar barədə razılığa gəldilər. Həmin Protokolun: - 1.1-ci bəndinə əsasən 13.01,2023-ci il tarixinə istehlakçının hesabında təbii qazdan istifadəyə görə Cavabdehnə 334618,40 manat məbləğində borcunun olmasını qəbul edirlər. - 1.2-ci bəndinə əsasən Müştərək qaydada həmin borcdan ilkin olaraq 100003,40 manat ödəməklə, qalan 234615 manat istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq 2023-cü ilin fevral ayından etibarən hər ayın 25-nə dək 46923 manat olmaqla 5 ay müddətində Cavabdeh hesabına ödəməyi öhdəsinə götürürlər. - 1.3-cü bəndinə əsasən X2 1.2-ci bəndinin tələblərinə uyğun olaraq ödəniş etmədikləri təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edirlər və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəklərini bildirirlər. - 3-cü bəndinə əsasən“İstehlakçı” və “İcarəyə götürən” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. - Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı1 "xxxx" MMC ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma protokolu aşağıdakılar barədə razılığa gəldilər. Həmin Protokolun: - 1.1-ci bəndinə əsasən Təbii qazdan istifadəyə görə Cavabdehnə 259863.00 (iki yüz əlli doqquz min səkkiz yüz altımış üç manat 00 qəpik ) manat məbləğində borcunun olmasını qəbul edir. - 1.2-ci bəndinə əsasən Həmin borcdan ilkin olaraq 130000 manat ödədikdən sonra qalan 129863 manat debitor borcu təbii qazın sərfiyyatından əlavə olaraq 3 ay müddətində hər ayının 18-nə qədər 43287,67 manat ödəməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən “İstehlakçı”ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və X2 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2024-cü il tarixli 119439.78 manat məbləğində hesab-faktura göndərilmişdir.
16. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2024-cü il tarixli 23068.20 manat məbləğində hesab-faktura göndərilmişdir.
17. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2024-cü il tarixli 35385.52 manat məbləğində hesab-faktura göndərilmişdir.
18. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2025-ci il tarixli 371.69 manat məbləğində hesab-faktura göndərilmişdir.
19. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2025-ci il tarixli 94191.32 manat məbləğində hesab-faktura göndərilmişdir.
20. Cavabdeh İB tərəfindən İddiaçı1 xx.xx.2025-ci il tarixli 22489.56 manat məbləğində hesab-faktura göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
24. . “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 6-cı maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
26. Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın (zamana görə qüvvədə olan) 4.2- ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.
29. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir
VI. Məhkəmənin mövqeyi:
30. Məhkəmə hesab edir ki,ilkin iddia ərizəsi iddia rədd edilməli,qarşılıqlı iddia ərizəsi təmin edilməlidir.
31. Məhkəmə əvvəla ilkin iddiaya qiymət verilməsini zəruri hesab edir.
32. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsi (istixana) cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Abonent saldosundan göründüyü kimi, iddiaçıya cəmi 225076,69 manat məbləğində borc hesablanmışdır. İşin mübahisəsiz halıdır ki hazırda qarılıqlı iddiaçı tərəfindən tələb edilən və ilkin iddiaçı tərəfindən silinməsi xahiş edilən borc sərfiyyat borcudur və tərəflər arasında borcun məbləği ilə bağlı heç bir mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, ilkin iddiaçının son dəqiqləşmə barəsində ərizəsində, iddiaçı tərəflər arasında mövcud olan xx.xx.2023-cü il tarixli razılaşma protokoluna əsaslanaraq, həmin razılaşmaya əsasən Cavabdeh İB-nin 219753,92 manat məbləğində borcu ondan yox digər şəxsdən tələb etməli olmasına əsaslanaraq cavabdeh tərəfindən ona yazılmış 219753,92 manat məbləğində borcun silinməsini xahiş edir, qarşılıqlı iddiaçı isə cavabdeh İddiaçı1 hesablanmış 225076,69 manat məbləğində sərfiyyat borcunun tutulmasını xahiş edir.
33. İlkin iddiaçının nümayəndəsi bildirir ki, tələb olunan borcun tam məbləği yalnız sərfiyyat xərclərini əhatə edir. Onlar 6 000 manat məbləğini qarşılıqlı iddianın tərkib hissəsi kimi qəbul edirlər. İddiaçı xüsusi sahə üzrə icarə müqaviləsinə malik olmuşdur. Oska MMC faktiki olaraq istixanadan istifadə etmişdir. 2023-cü il bütövlükdə, 2024-cü il isə aprel ayına qədər hesablanmış borc dövrünü nəzərə alaraq, Oska MMC ilə Azəriqaz arasında razılaşma protokolu imzalanmışdır. 100.003,40 manat borc ödənilmişdir. Qalan məbləğ Oska MMC tərəfindən beş ay müddətinə ödənilməli idi. Bu baxımdan qeyd olunan məbləğ bizdən tələb oluna bilməz. İcarə verənlə icarəçi arasında da bu məsələlər üzrə hər hansı mübahisə olmamışdır. Razılaşma protokolları əlavə edilmişdir. İddiaçı1 bundan xəbəri olmamış və protokol onun adından imzalanmışdır.
34. İlkin iddia üzrə cavabdehin nümayəndəsi bildirir ki, iddiaçı tərəf 6 000 manat məbləğini qəbul etmişdir. Onların subyektiv qeydlərimizdə, hesab-fakturalarda istehlakçı kimi İddiaçı1 adı göstərilmişdir. Lakin iddiaçı tərəfindən göstərilən şəxs ilə Cavabdeh İB-nin heç bir yazılı müqaviləmiz və ya əməkdaşlıq sənədimiz mövcud deyildir. Haırki məbləğ abonent olaraq İddiaçı1 tutulmalıdır.
35. Göründüyü kimi, qazın alqı-satqı qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilədə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir.
36. Bu mənada tərəflər arasındakı müqavilə münasibətləri üzrə vaxtaşırı üzləşmə aktlarının hesablanması da istisna edilmir.
37. Məhkəmə qeyd edir ki, ilkin iddiaçı borc məbləğinin üzləşməsini aparmış, həmin məbləğin ödənişinin bir hissəsini həyata keçirmişdir. Həmçinin ilkin iddiaçı mübahisələndirdiyi borc məbləğinin "xxxx" MMC-nin fəaliyyəti nəticəsində yarandığını və üçtərəfli razılaşma protokollarına əsasən ödənişi sonuncu tərəfindən edilməli olduğunu əsaslandırmağa çalışsa da, Cavabdeh İB-nin abonent müqaviləsi İddiaçı1 ilə olmuş və imzalanmış razılaşma protokolları öhdəliyin ötürülməsi müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, həmin xx.xx.2023-cü il tarixli razılaşma protokolunun 3cü bəndinə əsasən “İstehlakçı” və “İcarəyə götürən” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlaması, yəni hər ikisinə qarşı tələb irəli sürməsi hüququ təsbit edilmişdir.
38. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, ilkin iddia tələbi təmin olunmamalıdır.
39. Qarşılıqlı iddia tələbinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
40. "Azəriqaz" İB ilə istehlakçı İddiaçı1 arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2016-cı il tarixli nömrəli müqavilələrin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Məhkəmə hesab edir ki, qazın alqı-satqı müqaviləsi üzrə iddiaçının təchiz etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 istehlak edilmiş qazın dəyərini təşkil edən qalıq 225076,69 manat borcu iddiaçıya ödəməlidir.
43. Odur ki, yuxarıda qeyd olunan hallara əsasən ilkin iddia ərizəsi iddia rədd edilməli,qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı1 225076,69 ( iki yüz iyirmi beş min yetmiş altı manat altmış doqquz qəpik) manat məbləğində əsas borc və 515.08 (beş yüz on beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh İB-nin xeyrinə ödənillməldir.
44. Məhkəmə xərclərinə gəldikdə ilkin iddia ərizəsi rədd edildiyinə görə dövlət rüsumu iddiaçının özünə aid edilməli,qarşlıqlı iddia ərizəsi təmin edildiyinə görə 515.08 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı1 aid edilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı1 Cavabdeh İB-yə qarşı ilkin iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. İddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı1 225076,69 ( iki yüz iyirmi beş min yetmiş altı manat altmış doqquz qəpik) manat məbləğində əsas borc və 515.08 (beş yüz on beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova