Məhkəmə qərarları › İş №e-2-2(113)-8480/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8480/2025

08.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8480/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yı̇ , "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “daşınar əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (daşınar əmlakların təhvil verilməsi, vindikasiya iddiası, iddia müddəti) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, İddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yı̇ , "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “daşınar əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “daşınar əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. xx.xx.2026-cı il tarixdə (sonuncu dəfə) iddiaçılar EMİS vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1 .İddiaçı3 məxsus BADİLLİ CX1000 PRO markalı xx.xx.2025 qeydiyyat tarixli, dərmansəpən zavod nömrəsi 0762, 2. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, diski dırmıq zavod nömrəsi 015409, 3. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, Disk dırmıq zavod nömrəsi 015408, 4. İddiaçı2 məxsus MASCAR FUTURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 10200021, 5. İddiaçı2 məxsus MASCAR FURURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nomrəsi 10200022, 6. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 165628, ban nömrəsi 0010514, 7. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 161266, ban nömrəsi 0010515, 8. İddiaçı3 məxsus ELİBOLLAR 6 ton markalı Peyin səpən, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 01507, 9. İddiaçı2 məxsus ZUCCHELLİ TRİT 400/5 markalı su nasosu, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 507, 10. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,xx.xx.2025 qeydiyyat tarixli, Mühərrik nömrəsi 19029587, 11. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,qeydiyyat tarixli xx.xx.2025, Mühərrik nömrəsi 19029413, 12. İddiaçı3 məxsus USTMAK UM-ALFA 1000X markalı çiləyici, xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 240912, 13. İddiaçı3 məxsus ÖZDUMAN HBM-24 markali toxum səpən, xx.xx.2025 qeydiyyat tarixli,zavod nömrəsi 1903510, 14. İddiaçı2 məxsus JAC PİCK UPHFC1037D3KSF minik, mühərrik nömrəsi L4121030, ban nömrəsi LJ11PABD6LC020189,90KS015 qeydiyyat nişanlı, 15. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221 - qeydiyyat nömrəsi AZ 90-M- 498, buraxılış ili xx.xx.2016, mühərrik nömrəsi 149672,zavod nömrəsi 0007180, mühərrikin markası D260.2. 1147-L/16 nömrəli alqı-satqı, 16. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221, qeydiyyat nömrəsi AZ 90-A- 794, buraxılış ili xx.xx.2018, mühərrik nömrəsi 161365, zavod nömrəsi 0009601, mühərrik markası D-260.2. 1652-L/18 nömrəli alqı-satqı, 17. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 892 - qeydiyyat nömrəsi AZ 90-E-638, buraxılış ili xx.xx.2017, mühərrik nömrəsi 990524, zavod nömrəsi 0008448, mühərrik markası D-245,5. 1733-GL/18 nömrəli alqı-satqı, 18.İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış KOTAN [AK-4-35]ZAVOD nömrəsi 0244, KOTAN P Zavod nömrəsi 19554, KOTAN SP-145 ZAVOD nömrəsi **********,

19. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2018 qeydiyyat tarixli CAN-S.P markalı çöpdoğrayan, xx.xx.2018-ci il tarixli 1496-L/18 nömrəli alqı-satqı, Sassi/zavod 1202, qeydiyyat şəhadətnaməsi TH 036769, 20. İddiaçı2 ilə "RZAN SANAYE İSTEHSALAT SERVİSİ" arasında bağlanılmış müqavilə əsasında alınmış, X2, xx.xx.2019-cu ıl, RN/Ak/01 nömrəli atqı satqı müqaviləsi,seriya nömrəsi – 10904, 21. İddiaçı3 ilə “Goranaqro" MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Perkas markalı hamarlayıcı TK-200, seriya nömrəsi 0191223-01, xx.xx.2024 tarixli AS1126 nömrəli müqavilə, 22. İddiaçı1 ilə "AQRO RR” MMC arasında bağlanılmış müqavilə əsasında alınımş xx.xx.2019 tarixli 020 nömrəli alqı-satqı, 24 li Diskli agır tipli Goble Toscano seriya nömrəsi 332, 7 li Ripper 2 əded seriya nömrəsi 161,167, İddiaçı3 ilə Azərtexnika arasında bağlanılmış müqavilə əsasında alınmış Toscano 3200 markalı bitki qalıqlarını doğrayan xx.xx.2024 il tarixli AR ML1374 Nömrəli alqı satqı, seriya nömrəsi 4455, 24. İddiaçı3 ilə Agromarket Servis MMC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2024 tarixli, AGM/ML1419 nömrəli alqı-satqı, MOSH markalı 2 ədəd Riper, seriya nömrəsi **********/**********, 25. İddiaçı3 ilə Balakən TOXUM MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Pulluk/SPA146 xx.xx.2022 il tarixli BT/ML0172 nömrəli alqı-satqı, Alper markalı 2 eded 6 korpuslu 14 nömrəli kotan, seriya nomrələri **********, ********** əmlakların Cavabdeh alınaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqları **********6 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı ilə qeydiyyata alınan Zərdab rayonu inzibati ərazisində yerləşən 500.0 ha torpaq sahəsi və hüquqları **********7 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı ilə qeydiyyata alınan Zərdab rayonu inzibati ərazisində yerləşən 70.0 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Belə ki, həmin sahəyə uzun müddət sahiblik etmiş, orada abadlıq və təmir işləri aparmışdır. xx.xx.2024-cü il tarixdə isə həmin sahə ilə bağlı Cavabdehla torpaqların icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Mülkiyyət hüququ iddiaçılara məxsus olan və torpaq sahəsində yerləşən kənd təsərrüfatı texnikası və avadanlıqlar (traktorlar, toxumsəpənlər, kotanlar və s.) mülkiyyət hüququna dair dövlət reyestr çıxarışları, texniki pasportlar və alqı-satqı müqavilələri ilə təsdiqlənmişdir. Əmlaklar iddiaçılara məxsus olub, bəziləri birbaşa alqı-satqı müqavilələri, bəziləri isə "xxxx" ASC və digər təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında əldə edilmişdir. Bu baxımdan, iddiaçılar həmin əmlakların birgə və paylı mülkiyyətçiləridir. İddiaçılar cavabdehlə torpaq sahəsi üzrə icarə münasibətləri yaratmış olsalar da, cavabdeh icarə hüququndan sui-istifadə edərək onların mülkiyyətində olan texnika və avadanlıqların ərazidən çıxarılmasına icazə verməmiş, əşyaları qanunsuz olaraq özündə saxlamışdır. Dəfələrlə yazılı və şifahi tələblərinə baxmayaraq, cavabdeh əşyaları qaytarmamışdır. Belə ki, həmin daşınar əmlaklar cavabdehin istifadə etdiyi ərazidə qalmışdır. Cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq göstərilən əmlakların həmin ərazidən çıxarılmasına icazə verməmişdir. Bununla da əmlak üzərində mülkiyyət hüquqları kobud şəkildə pozuntuya məruz qalmaqdadır. Çünki konstitusion hüquq sayılan mülkiyyət ( sahiblik, istifadə, sərəncam) hüquqlarımızın bu formada həyata keçirilməsi mümkün deyildir. Hesab edir ki, əmlakların cavabdehə icarə əsasında verilmiş ərazidən maneəsiz şəkildə çıxarılıb, mülkiyyətinə qaytarılması olduqca zəruridir.

4. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi üçün təqdim olunan arqumentlər və sübutlar qanunvericiliyin tələblərinə cavab vermir. Sübutetmə yükü yerinə yetirilməmişdir. AR MPM-in 77.1-ci maddəsinə əsasən: “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar iddia etdikləri bütün nəqliyyat vasitələrinin və texnikaların məhz cavabdehin istifadəsində olan ərazidə yerləşməsini və cavabdehin qanunsuz sahibliyini heç bir mötəbər sübutla təsdiq etməmişlər. İş materiallarına əlavə edilən fotoşəkillər çəkilmə yeri, çəkilmə vaxtı, fotoşəkildəki əmlakın cavabdehə aid ərazidə olmasını təsdiq edən istinadlar olmaması səbəbilə, iddianın sübutu üçün hüquqi qüvvəyə malik sübut sayıla bilməz. İddiaçıların mülkiyyət hüququ sübuta yetirilmir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququnun mahiyyəti belə izah edilir: “Mülkiyyət hüququ — subyektin ona mənsub əşyaya sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Lakin iş materialları göstərir ki, iddiaçılar iddia ərizəsində sadalanan əmlakın hamısının mülkiyyətçisi deyillər. Belə ki, aşağıda sadalanan nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası "xxxx" ASC-nin mülkiyyətindədir: AZ-90-A-794 qeydiyyat nişanlı, MTZ 1221 markalı traktor, AZ 90-M-498 qeydiyyat nişanlı, MTZ 1221 markalı traktor, AZ-90-E-638 qeydiyyat nişanlı, MTZ 892 markalı traktor, xx.xx.2018 qeydiyyat tarixli, SP markalı kotan, xx.xx.2017 qeydiyyat tarixli, AK markalı kotan, xx.xx.2016 qeydiyyat tarixli, P markalı kotan, xx.xx.2018 qeydiyyat tarixli, CAN markalı çöp doğrayan, xx.xx.2016 qeydiyyat tarixli, MTZ 1221 markalı traktor. Bu səbəbdən iddiaçıların həmin texnikaları qaytarılması tələbi hüquqi əsasa malik deyildir. Mülkiyyətçi yalnız "xxxx" ASC olduğundan, mülkiyyət hüququna əsaslanan vindikasiya tələbinin iddiaçılar tərəfindən irəli sürülməsi mümkün deyil. Vindikasiya tələbinin irəli sürülməsi üçün iddiaçı ilk öncə əmlakın mülkiyyətçisi olduğunu və məhz həmin əmlakın cavabdehdə olması faktını lazımi qaydada sübuta yetirməlidir. Lakin iddiaçılar qeyd edilənlərə dair mötəbər sübutlar təqdim etməmişlər.

6. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilir ki, həmin daşınar əmlaklar cavabdehin istifadə etdiyi ərazidə qalmışdır və hal hazırda onun qanunsuz sahibliyindədir. Belə ki, MM-in 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Sahiblik hüququnun pozulması hallarında müdafiə məqsədilə iddia dərhal və ya ən geci bir il ərzində qaldırılmalıdır. Göstərilən müddət ötürüldükdən sonra əşya üzərində mövcud faktiki vəziyyət sabitləşmiş hesab edilir və artıq pozulmuş hüququn sahiblik institutunun mexanizmləri vasitəsilə bərpası mümkün olmur. İddiaçı isə iddianı bir illik müddəti ötürərək, yəni bir ildən sonra vermişdir. Odur ki, iddiaçıların özlərinin də qeyd etdiyi kimi, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsi İddiaçı2 qanuni istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixli, 3M-1602 nömrəli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında iddiaçı sözügedən torpaq sahəsini üzərində yerləşən əmlakla birlikdə cavabdehin istifadəsinə könüllü olaraq təhvil vermişdir. Qeyd olunmalıdır ki, istər göstərilən alğı-satqı əməliyyatından əvvəl, istərsə də ondan sonra iddiaçıların mübahisəli əmlakı həmin torpaq sahəsindən maneəsiz və sərbəst şəkildə götürmək imkanları mövcud olmuşdur. Buna baxmayaraq, iddiaçılar yalnız xx.xx.2025-ci il tarixində, yəni qanunvericiliklə nəzərdə tutlmuş bir il müddət keçdikdən sonra, əmlakların guya qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bu davranışları ilə iddiaçılar faktiki sahiblik üzrə mövcud vəziyyəti qəbul etmiş, habelə sahiblik hüquqlarının sahiblik institutunun mexanizmləri çərçivəsində müdafiəsindən faktiki olaraq imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-ci maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yi, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

9. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən görünür ki:

12. BADİLLİ CX1000 PRO markalı, zavod nömrəsi 0762 nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır.

13. ORTOLAN OMEGA 300 markalı, zavod nömrəsi 015408 nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

14. ORTOLAN OMEGA 300 markalı, zavod nömrəsi 015409 nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

15. MASCAR FUTURA SF6 markalı Toxum səpən nəqliyyat vasitəsi, zavod nömrəsi 10200021 xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

16. MASCAR FUTURA SF6 markalı Toxum səpən nəqliyyat vasitəsi, zavod nömrəsi 10200022 xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

17. **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 165628, ban nömrəsi ******* xx.xx.2024-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

18. **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 161266, ban nömrəsi ******* xx.xx.2024-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

19. ELİBOLLAR 6 ton markalı Peyin səpən, zavod nömrəsi 01507, xx.xx.2025-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır.

20. ZUCCHELLİ TRİT 400/5 markalı su nasosu, zavod nömrəsi 507 xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

21. JOHN DEERE CS00003-A8 markalı suvarma sistemi zavod nömrəsi 19029587 xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

22. JOHN DEERE CS00003-A8 markalı suvarma sistemi zavod nömrəsi 19029413 xx.xx.2025-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

23. USTMAK UM-ALFA 1000X markalı çiləyici, zavod nömrəsi 240912, xx.xx.2025 qeydiyyat tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır.

24. ÖZDUMAN HBM-24 markalı toxum səpən, zavod nömrəsi 1903510, xx.xx.2025-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır.

25. JAC PİCK UPHFC1037D3KSF minik, mühərrik nömrəsi L4121030, ban nömrəsi LJ11PABD6LC020189, ** KS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmıçdır.

26. Traktor MTZ 1221, qeydiyyat nömrəsi AZ 90-A- 794, mühərrik nömrəsi 161365, zavod nömrəsi 0009601, mühərrik markası D-260.2. xx.xx.2018-ci il tarixdə Aqrolizinq ASC-nin adına qeydiyyata alınmışdır.

27. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 1652-L/18 nömrəli müqavilə əsasında alınmış Traktor Belarus 892 dəyəri ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilir.

28. Aqrolizinq ASC (lizinq verən) və İddiaçı2 (lizinq alan) arasında bağlanan xx.xx.2018-ci il tarixli 1652/L18 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, Traktor Belarus 1221 , zavod nömrəsi 009601, 70 A 794 və 1 ədəd Kotan 5 gövdəli asma SP 145 zavod nömrəsi ********** dəyəri tam ödənildikdən sonra lizinq verənin mülkiyyətinə verilməsi şərti ilə lizinq verənə verilir.

29. Traktor MTZ 1221, qeydiyyat nömrəsi AZ 90-M- 498, mühərrik nömrəsi 149672, zavod nömrəsi 0007180, mühərrikin markası D260.2. xx.xx.2016-cı il tarixdə Aqrolizinq ASC-nin adına qeydiyyata alınmışdır.

30. Aqrolizinq ASC (lizinq verən) və İddiaçı2 (lizinq alan) arasında bağlanan 1147/L16 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, Traktor Belarus 1221 dəyəri tam ödənildikdən sonra lizinq verənin mülkiyyətinə verilməsi şərti ilə lizinq verənə verilir.

31. Traktor MTZ 892 - qeydiyyat nömrəsi AZ 90-E-638, mühərrik nömrəsi 990524, zavod nömrəsi 0008448, mühərrik markası D-245,5 xx.xx.2017-c il tarixdə Aqrolizinq ASC-nin adına qeydiyyata alınmışdır.

32. Aqrolizinq ASC (lizinq verən) və İddiaçı2 (lizinq alan) arasında bağlanan 733-GL/18 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, 0008448, mühərrik markalı Traktor Belarus 892 və KOTAN [AK-4-35]ZAVOD nömrəsi 0244 dəyəri tam ödənildikdən sonra lizinq verənin mülkiyyətinə verilməsi şərti ilə lizinq verənə verilir.

33. KOTAN ZAVOD nömrəsi 0244, KOTAN P Zavod nömrəsi 19554, KOTAN SP-145 ZAVOD nömrəsi ********** Aqrolizinq ASC-nin adına qeydiyyata alınmışdır.

34. CAN-S.P markalı çöpdoğrayan, xx.xx.2018-ci il tarixli Sassi/zavod 1202, qeydiyyat şəhadətnaməsi TH 036769 xx.xx.2018-ci il tarixdə Aqrolizinq ASC-nin adına qeydiyyata alınmışdır.

35. xx.xx.2018-ci il tarixli 1496-L/18 nömrəli təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, CAN-S.P markalı çöpdoğrayan, Sassi/zavod 1202, qeydiyyat şəhadətnaməsi TH 036769, dəyəri tam ödənildikdən sonra lizinq verənin mülkiyyətinə verilməsi şərti ilə lizinq verənə verilir.

36. Satıcı Azərtexnika MMC və alıcı İddiaçı3 arasında bağlanan, hüquqi şəxsin imzası və möhürü, fiziki şəxsin imzası ilə təsdiq olunan xx.xx.2024-cü il tarixli AR/ML1374 nömərli alqı-satqı müqaviləsindən görünür ki, satıcı malları bu alıcıya satmağı, alıcı isə malları qəbul etməyi və qiyməyini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə satış qiymətinin minimum 60% hissəsini ödəməyi, öhdəsinə götürmüşdür. Alqı-satqının obyektini Toscano 3200 markalı bitki qalıqlarını doğrayan seriya nömrəsi 4455 təşkil etmişdir.

37. X6 MMC, alıcı İddiaçı3 və müvəkkil kredit təşkilatı Partners Leasing MMC arasında bağlanan, hüquqi şəxsin imzası və möhürü, fiziki şəxsin imzası ilə təsdiq olunan xx.xx.2024-cü il tarixli AS1126 nömərli alqı-satqı müqaviləsindən görünür ki, satıcı malları bu alıcıya satmağı, alıcı isə malları qəbul etməyi və qiyməyini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə satış qiymətinin minimum 60% hissəsini ödəməyi, öhdəsinə götürmüşdür. Alqı-satqının obyektini Perkas markalı hamarlayıcı TK-200, seriya nömrəsi 0191223-01 təşkil etmişdir.

38. İddiaçı2 (Sifarişçi) və “ RZAN X3” MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, sifarişçiyə məxsus olan Tunyalar Avtomobil tərəzisi 3x16 metrlik avadanlığa texniki servis göstərilməsi şərtləri müəyyən edilmişdir.

39. İddiaçı3 ilə Agromarket Servis MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli AGM/ML1419 nömrəli müqaviləyə əlavə - təhvil təslim protokolu əsasında MOSH markalı 2 ədəd Riper, seriya nömrəsi **********/********** İddiaçı3 tərəfindən təhvil alınmışdır.

40. İddiaçı3, Balakən Toxum MMC və Makro Leasiing MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixliBT/ML 0172 nömrəli alqı-satqı müqaviləsinə əsasən malları bu alıcıya satmağı, alıcı isə malları qəbul etməyi və qiyməyini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə satış qiymətinin minimum 60% hissəsini ödəməyi, öhdəsinə götürmüşdür. Alqı-satqının obyektini Pulluk/SPA146 Alper markalı 2 eded 6 korpuslu 14 nömrəli kotan, seriya nomrələri **********, ********** əmlak təşkil etmişdir.

41. İddiaçı1 ilə "AQRO RR” MMC arasında bağlanılmış xx.xx.2019 tarixli 020 nömrəli alqısatqı müqavilə əsasında 24 li Diskli agır tipli Goble Toscano seriya nömrəsi 332 və 2 ədəd 7 li Ripper seriya nömrəsi 161,167 alıcıya satılmışdır.

42. İddiaçı2 və Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı2 Zərdab rayonu inzibati ərazisində yerləşən 500 ha torpaq sahəsinə icarə hüququnu Cavabdeh 50000 manata satmışdır.

43. İddiaçı2 və Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı2 Zərdab rayonu inzibati ərazisində yerləşən 70 ha torpaq sahəsinə icarə hüququnu Cavabdeh 7000 manata satmışdır.

44. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, Zərdab rayonu inzibati ərazisində yerləşən 70 ha torpaq sahəsi və 500 ha torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh xeyrinə yüklü edilmiş, əsas öhdəliyin mahiyyətini xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi təşkil etmişdir.

45. İş materiallarına əmlaklar və onların eyniləşdirmə nömrələrinə dair fotoşəkillər əlavə edilmişdir.

46. İş materiallarına sadalanan əmlaklar və onların eyniləşdirmə nömrələrinə dair 2 ədəd maddi daşıyıcı (disk) əlavə edilmişdir.

47. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir.

48. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı2 və Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında Zərdab rayonu inzibati ərazisində yerləşən 70 ha və 500 ha torpaq sahələrinə icarə hüququ cavabdehə satılmışdır. İddiaçılar hazırda həmin torpaq sahəsində yerləşən və yuxarıda sadalanan 25 növ daşınar əmlaka dair mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edərək, əmlakların cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbi ilə çıxış edir və məhkəmə müdafiəsini tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçıların həmin əmlaklara dair mülkiyyət hüququnun təsdiq edilməməsinə istinad edərək iddianı əsassız hesab edir, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş edir. Beləliklə, irəli sürülmüş tələb vindikasiya tələbidir.

49. AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

51. Yuxarıda sadalanan maddələrin dispozisiyasından aydın olur ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir; 1) Vindikasiyanın subyekti-tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır, 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdi-müəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur.

52. Göründüyü kimi, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı öz sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsi ilə qorunur.

53. Məhkəmə qeyd edir ki, yalnız qanuna uyğun şəkildə əldə edilmiş əşya hüququnun müdafiəsindən söhbət gedə bilər. Belə ki, iddiaçı tərəfindən tələb edilən bütün əmlaklara dair sübutlar (hər iki tərəfin imzası ilə təsdiq edilən alqı-satqı, lizinq müqavilələri və nəqliyyat vasitələrinin qeydiyyata alınması barədə şəhadətnamələr, fotoşəkillər, cd disklər və s.) iş materiallarına əlavə edilmiş, nəticədə sadalanan 25 növdə əmlakların hər birinin iddiaçıların mülkiyyət və ya qanuni istifadəsində olması faktı iş materialları əsasında öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar daşınar əmlakların onlara məxsus olmasını sübuta yetirdiklərindən vindikasiya iddiasının subyekti qismində çıxış edə bilərlər.

54. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir:

55. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

56. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı işdə subyektiv tələb hüququna malik olmasına yuxarıda hüquqi qiymət verilmişdir və həmin hüququn qarşılığını cavabdehin sadalanan əmlakları geri qaytarmaq öhdəliyi təşkil edir.

57. Cavabdeh ərizəsini MM-in 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə 1 illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə bu mövqe ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

58. Məhkəmə qeyd edir ki, qadağan edilmiş özbaşınalıq şəxsin özünə məxsus hesab etdiyi hüququ qanunda nəzərdə tutulmayan formada icra etməsi nəticəsində sahiblik hüququnun pozulmasından irəli gəlir. Hazırkı işdə isə iddiaçı mübahisə predmeti olan əmlaklara sahiblik və ya digər əşya hüququna malik olmasını deyil, mülkiyyətində və qanuni sahibliyində olan əmlakların cavabdehdən geri tələb edilməsini tələb edir. Belə olan halda hazırkı iddia tələbi qadağan edilmiş özbaşınalıqdan deyil, mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir və mübahisənin hüquqi əsasını MM-in 157.2-ci maddəsi təşkil edir.

59. AR MM-in: 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə ( özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə ) iddia müddəti şamil edilmir.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, ...nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.

60. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, AR MM-in 384.0.4-cü maddəsinə əsasən, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz.

61. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli göstərilən əmlaklar İddiaçı3 məxsus BADİLLİ CX1000 PRO markalı xx.xx.2025 qeydiyyat tarixli, dərmansəpən zavod nömrəsi 0762, 2. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, diski dırmıq zavod nömrəsi 015409, 3. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, Disk dırmıq zavod nömrəsi 015408, 4. İddiaçı2 məxsus MASCAR FUTURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 10200021, 5. İddiaçı2 məxsus MASCAR FURURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nomrəsi 10200022, 6. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 165628, ban nömrəsi 0010514, 7. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 161266, ban nömrəsi 0010515, 8. İddiaçı3 məxsus ELİBOLLAR 6 ton markalı Peyin səpən, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 01507, 9. İddiaçı2 məxsus ZUCCHELLİ TRİT 400/5 markalı su nasosu, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 507, 10. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 19029587, 11. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,qeydiyyat tarixli xx.xx.2025, Mühərrik nömrəsi 19029413, 12. İddiaçı3 məxsus USTMAK UM-ALFA 1000X markalı çiləyici, xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 240912, 13. İddiaçı3 məxsus ÖZDUMAN HBM-24 markali toxum səpən, xx.xx.2025 qeydiyyat tarixli,zavod nömrəsi 1903510, 14. İddiaçı2 məxsus JAC PİCK UPHFC1037D3KSF minik, mühərrik nömrəsi L4121030, ban nömrəsi LJ11PABD6LC020189,90KS015 qeydiyyat nişanlı, 15. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221 - qeydiyyat nömrəsi AZ 90-M- 498, buraxılış ili xx.xx.2016, mühərrik nömrəsi 149672, zavod nömrəsi 0007180, mühərrikin markası D260.2. 1147-L/16 nömrəli alqı-satqı, 16. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221, qeydiyyat nömrəsi AZ 90-A- 794, buraxılış ili xx.xx.2018, mühərrik nömrəsi 161365, zavod nömrəsi 0009601, mühərrik markası D-260.2. 1652-L/18 nömrəli alqı-satqı, 17. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 892 - qeydiyyat nömrəsi AZ 90-E-638, buraxılış ili xx.xx.2017, mühərrik nömrəsi 990524, zavod nömrəsi 0008448, mühərrik markası D-245,5. 1733-GL/18 nömrəli alqı-satqı, 18.İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış KOTAN [AK-4-35]ZAVOD nömrəsi 0244, KOTAN P Zavod nömrəsi 19554, KOTAN SP-145 ZAVOD nömrəsi **********, 19. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2018 qeydiyyat tarixli CAN-S.P markalı çöpdoğrayan, xx.xx.2018-ci il tarixli 1496-L/18 nömrəli alqı-satqı, Sassi/zavod 1202, qeydiyyat şəhadətnaməsi TH 036769, 20. İddiaçı2 ilə "RZAN SANAYE İSTEHSALAT SERVİSİ" arasında bağlanılmış müqavilə əsasında alınmış, X2, xx.xx.2019-cu ıl, RN/Ak/01 nömrəli atqı satqı müqaviləsi, seriya nömrəsi – 10904, 21. İddiaçı3 ilə “Goranaqro" MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Perkas markalı hamarlayıcı TK-200, seriya nömrəsi 0191223-01, xx.xx.2024 tarixli AS1126 nömrəli müqavilə, 22. İddiaçı1 ilə "AQRO RR” MMC arasında bağlanılmış müqavilə əsasında alınımş xx.xx.2019 tarixli 020 nömrəli alqı-satqı, 24 li Diskli agır tipli Goble Toscano seriya nömrəsi 332, 7 li Ripper 2 əded seriya nömrəsi 161,167, 23. İddiaçı3 ilə Azərtexnika arasında bağlanılmış müqavilə əsasında alınmış Toscano 3200 markalı bitki qalıqlarını doğrayan xx.xx.2024 il tarixli AR ML1374 Nömrəli alqı satqı, seriya nömrəsi 4455, 24. İddiaçı3 ilə Agromarket Servis MMC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2024 tarixli, AGM/ML1419 nömrəli alqı-satqı, MOSH markalı 2 ədəd Riper, seriya nömrəsi **********/**********, 25. İddiaçı3 ilə Balakən TOXUM MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Pulluk/SPA146 xx.xx.2022 il tarixli BT/ML0172 nömrəli alqı-satqı, Alper markalı 2 eded 6 korpuslu 14 nömrəli kotan, seriya nomrələri **********, ********** əmlaklar cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən İddiaçı2 xeyrinə tutulmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 124.1, 216, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 .İddiaçı3 məxsus BADİLLİ CX1000 PRO markalı xx.xx.2025 qeydiyyat tarixli, dərmansəpən zavod nömrəsi 0762,

2. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, diski dırmıq zavod nömrəsi 015409,

3. İddiaçı2 məxsus ORTOLAN OMEGA 300 markalı xx.xx.2025 qeydiyyat tarixli, Disk dırmıq zavod nömrəsi 015408,

4. İddiaçı2 məxsus MASCAR FUTURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 10200021,

5. İddiaçı2 məxsus MASCAR FURURA SF6 markalı Toxum səpən xx.xx.2025 qeydiyyat tarixli, Zavod nomrəsi 10200022,

6. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 165628, ban nömrəsi 0010514,

7. İddiaçı2 məxsus **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı Traktor, mühərrik nömrəsi 161266, ban nömrəsi 0010515,

8. İddiaçı3 məxsus ELİBOLLAR 6 ton markalı Peyin səpən, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 01507,

9. İddiaçı2 məxsus ZUCCHELLİ TRİT 400/5 markalı su nasosu, xx.xx.2025 qeydiyyat tarixli, Zavod nömrəsi 507,

10. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 19029587,

11. İddiaçı2 məxsus SUVARMA SİSTEMİ JOHN DEERE CS00003-A8 markalı,qeydiyyat tarixli xx.xx.2025, Mühərrik nömrəsi 19029413,

12. İddiaçı3 məxsus USTMAK UM-ALFA 1000X markalı çiləyici, xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 240912,

13. İddiaçı3 məxsus ÖZDUMAN HBM-24 markali toxum səpən, xx.xx.2025 qeydiyyat tarixli, zavod nömrəsi 1903510,

14. İddiaçı2 məxsus JAC PİCK UPHFC1037D3KSF minik, mühərrik nömrəsi L4121030, ban nömrəsi LJ11PABD6LC020189,90KS015 qeydiyyat nişanlı,

15. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221 - qeydiyyat nömrəsi AZ 90-M-498, buraxılış ili xx.xx.2016, mühərrik nömrəsi 149672, zavod nömrəsi 0007180, mühərrikin markası D260.2. 1147-L/16 nömrəli alqısatqı,

16. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 1221, qeydiyyat nömrəsi AZ 90-A- 794, buraxılış ili xx.xx.2018, mühərrik nömrəsi 161365, zavodnömrəsi 0009601, mühərrik markası D-260.2. 1652-L/18 nömrəli alqı-satqı,

17. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış Traktor MTZ 892 - qeydiyyat nömrəsi AZ 90-E-638, buraxılış ili xx.xx.2017, mühərrik nömrəsi 990524, zavod nömrəsi 0008448, mühərrik markası D-245,5. 1733-GL/18 nömrəli alqı-satqı, 18.İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış KOTAN [AK-4-35]ZAVOD nömrəsi 0244, KOTAN P Zavod nömrəsi 19554, KOTAN SP-145 ZAVOD nömrəsi **********,

19. İddiaçı2 ilə Aqro Lizinq ASC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2018 qeydiyyat tarixli CAN-S.P markalı çöpdoğrayan, xx.xx.2018-ci il tarixli 1496-L/18 nömrəli alqı-satqı, Sassi/zavod 1202, qeydiyyat şəhadətnaməsi TH 036769,

20. İddiaçı2 ilə "RZAN SANAYE İSTEHSALAT SERVİSİ" arasında bağlanılmış müqavilə əsasında alınmış, X2, xx.xx.2019-cu ıl, RN/Ak/01 nömrəli atqı satqı müqaviləsi, seriya nömrəsi – 10904,

21. İddiaçı3 ilə “Goranaqro" MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Perkas markalı hamarlayıcı TK-200, seriya nömrəsi 0191223-01, xx.xx.2024 tarixli AS1126 nömrəli müqavilə,

22. İddiaçı1 ilə "AQRO RR” MMC arasında bağlanılmış müqavilə əsasında alınımş xx.xx.2019 tarixli 020 nömrəli alqı-satqı, 24 li Diskli agır tipli Goble Toscano seriya nömrəsi 332, 7 li Ripper 2 əded seriya nömrəsi 161,167,

23. İddiaçı3 ilə Azərtexnika arasında bağlanılmış müqavilə əsasında alınmış Toscano 3200 markalı bitki qalıqlarını doğrayan xx.xx.2024 il tarixli AR ML1374 Nömrəli alqı satqı, seriya nömrəsi 4455,

24. İddiaçı3 ilə Agromarket Servis MMC arasında bağlanılmış müqavilə əsasında alınmış xx.xx.2024 tarixli, AGM/ML1419 nömrəli alqı-satqı, MOSH markalı 2 ədəd Riper, seriya nömrəsi **********/**********,

25. İddiaçı3 ilə Balakən TOXUM MMC arasında bağlanılmış müqavilə əsasında alınmış Pulluk/SPA146 xx.xx.2022 il tarixli BT/ML0172 nömrəli alqı-satqı, Alper markalı 2 eded 6 korpuslu 14 nömrəli kotan, seriya nomrələri **********, ********** əmlaklar Cavabdeh alınaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar