Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-849/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin mülkiyyətində olan 23811.5 kv.metr qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və 11.310.462,5 manat məbləğində icarə haqqının cavabdeh "xxxx" ASC-dən, 5.476.645 manatın "Cavabdeh2" QSC X9 Təşkilatından alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdeh "Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinin iddiaçının mülkiyyətində olan 23811.5 kv.metr qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və 5.476.645 manat məbləğində icarə haqqının cavabdeh "xxxx" ASC-dən, alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, “xxxx” ASC ilə X7 və X6 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində və X2 xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 2381 1,5 kv. metr qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, “xxxx” ASC ilə İddiaçı arasında 2013-ci ilin mart ayında olan şifahi razılaşmaya əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan 2381 1,5 kv. metr qeyri-yaşayış sahəsi hər kv.metri 5 (beş) manat olmaqla “xxxx” ASC-yə icarəyə verilmiş, eləcə də tərəflər arasında olan razılaşmaya əsasən icarə haqqından əldə edilən gəlir X3 və X1 “xxxx” ASC-yə olan kredit borclarından silinməli idi. Lakin hazırki vaxtadək “xxxx” ASC İddiaçı mülkiyyətində olan 23811,5 kv. metr qeyri-yaşayış sahəsindən istifadə etməsinə və hazırda da istifadə etmələrinə baxmayaraq, icarə haqqından əldə edilən gəlirin X3 və X1 “xxxx” ASC-yə olan kredit borclarından silinib- silinməməsi barədə heç bir məlumat olmadığından, rəsmi olaraq “xxxx” ASC-yə ərizə ilə müraciət olunaraq, “xxxx” ASC-nin İddiaçı mülkiyyətində olan 23811,5 kv. metr qeyri-yaşayış sahəsindən 22 ay müddətində istifadə etmələri nəticəsində əldə edilən icarə haqqı pullarının X3 və X1 “xxxx” ASC-yə olan kredit borclarından silinib-silinməməsi, silinibsə hansı məbləğdə silinməsi barədə rəsmi məlumat verilməsi xahiş olunsa da, bügünədək İddiaçınə heç bir məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, iddia tələbində qeyd olunan hallar tamamilə əsassızdır. Tərəflər arasında iddia edilən bir razılaşma olmamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehinnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək,hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən 23811.5 kv.m sahəsi olan zirzəmi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan əlavə edilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı ona məxsus əmlakın cavabdeh tərəfindən boşaldılması və ödənilməmiş icarə haqqının ödənilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan əmlaka dair cavabdehlə aralarında şifahi razılaşma olmasını bildirərək həmin razılaşma üzrə cavabdehin ona ******* manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən tələb edilən borc məbləği və həmin borcun yaranması hallarına dair sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələri haqqında məlumatlar hazırki iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin məlumatlar üzrə qeyd olunan nəqliyyat vasitələrinin cavabdehlə əlaqəsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçı tələbini bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin məhkəmə iclasında iddiaçı tərəflər arasında şifahi razılaşmanın olmasını bildirsə də məhkəmə qeyd olunan razılaşmada tərəflərin öhdəliklərinin müəyyən edilməsi üçün iddiaçıdan müvafiq sübutların təqdim edilməsini tələb etdikdə, iddiaçının nümayəndəsi bu öhdəliklərin müəyyən edilməsi ilə bağlı sübutları movcud olmadığını bildirmişdir. Yəni hazırda iddia edilən icarə haqqı borcunun cavabdehə aid olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinin iddiaçının mülkiyyətində olan 23811.5 kv.metr qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ******* manat məbləğində icarə haqqının cavabdeh "xxxx" ASC-dən, alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh1"Açıq Səhmdar Cəmiyyətinin iddiaçının mülkiyyətində olan 23811.5 kv.metr qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ******* manat məbləğində icarə haqqının cavabdeh "xxxx" ASC-dən, alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-849/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-849/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver