Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-855/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC Bank olmaya Kredit Təşkilatına qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, uydurma əqd, mediasiya və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə1, Cavabdeh3 QSC Bank olmaya Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri X4 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC Bank olmaya Kredit Təşkilatına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası olmaqla) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 28840 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 47900 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 28840 məbləğində kredit və 18360 manat məbləğində güzəşt vəsaiti ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh3 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020 -2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır (alqı-satqı müqaviləsi əizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğdə, eləcə də kredit vəsaiti olaraq ayrılmış 28840 manat məbləğdə ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş, eləcə də kredit verilmişdir. Bu səbəbdən Agentliyə vurulmuş 18360 manat (güzəşt vəsaiti olaraq ayrılmış məbləğ) və 28840 manat (kredit vəsaiti olaraq ayrılmış məbləğ) məbləğdə zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC-dən də tutulmalıdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 4.1-ci bəndinə əsasən sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib və bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddiaçının nümayəndəsinin iddia ərizəsində yol verilmiş texniki səhvə dair ərizəsi onunla əsaslandırılmışdır ki, EMİS-də yaradılmış elektron kabinetə xx.xx.2020-ci il tarixli 08 nömrəli alqı-satqı müqaviləsi ilə bərabər xx.xx.2020-ci il tarixli 07 nömrəli alğı-satqı müqaviləsi də əlavə edilmiş, yerləşdirilmişdir. İddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsindəki (ərizənin 3-cü abzası) birinci cümlə texniki səhv olaraq aşağıdakı kimi göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır (alqı-satqı müqaviləsi ərizəyə əlavə edilir). İddia ərizəsinin üçüncü abzasının birinci cümləsinin müvafiq olaraq aşağıdakı kimi yəni aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07 nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır kimi oxunması xahiş edilmişdir.
4. Daha sonar iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, - güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 3259,02 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 22319,02 (iyirmi iki min üç yüz on doqquz manat 02 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-dən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarasınl
5. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ƏRİZƏ (iddia tələbinin həcminin azaldılmasına/dəqiqləşməyə dair) Məlum olduğu kimi iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh1 və digərlərinə qarşı olan “alğı-satqı müqavilələrinin etibarsızlığının təsbit edilməsi, vurulmuş maddi zərərin tutulması” tələbinə barədə kommersiya mübahisəsinə dair iş icraatınızdadır. İddia ərizəsindən göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 28840 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 47900 (qırx yeddi min doqquz yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşin məhkəmə baxışına təyin edildiyi tarixdən sonrakı dövrdə cavabdeh tərəfindən məhkəməyə EMİS vasitəsilə kredit vəsaiti üzrə ödənişlər aparılmasına dair arayış təqdim edilmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, müvəkkil kredit təşkilatı olan cavabadeh Cavabdeh3 QSC BOKT-nin Cavabdeh1 ayrılmış kredit məbləği üzrə iddiaçı Agentlik qarşısında xx.xx.2024-cü il tarixinə öhdəliyi 3259.02 manat təşkil edir (hazırki mübahisə üzrə kredit vəsaiti olaraq ayrılmış dəymiş zərərin məbləği). Bu səbəbdən iddia tələbinin həcminin azaldılması, dəqiqləşmə barədə ərizə verilməsinə zərurət yaranmışdır.
6. Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarından biri odur ki, cavabdehlər Cavabdeh2 Zəbuyulla oğlu ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2020-ci iİ tarixli 08 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus 6,57 ha bağ sahəsində 30.000 manat dəyərində 1 dəst damlama sulama sistemi alınıb gətirilib quraşdırılması nəzərdə tutulmuşdur.Müqavilədə nəzərdə tutulan damlama suvarma sistemi (MASNA PLASTİK VE METAL İML, NAK. SAN VE TİCARET. A.S.) müqavilə üzrə təhcizatçı tərəfindən ölkəyə gətirilmiş, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi əsasında gömrükdə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə görə icraçı damlama suvarma sistemini sifarişçiyə məxsus bağ sahəsinə gətirmiş, quraşdıraraq istismara vermiş bu barədə xx.xx.2020-ci il tarixli təhvil təslim akti imzalanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə alınacaq “damlama sulama sistemi”nin qiymətləndirilməsi "xxxx" MMC tərəfindən aparılmış, qiymətləndirilən avadanlığın satış üzrə əmlakın real dəyəri müəyyən edilmişdir. Qiymətləndirmənin nəticələrinə dair yekun rəy verilmişdir. Müvafiq rəy işdə olan sənədlərə əlavə olunmuşdur. Damlama-sulama sistemi quraşdırılmış bağ sahələri üçün dövlət büdcəsindən hər il qanunla müəyyən edilmiş məbləğdə hər hektar üçün 700 manat olmaqla subsidiya ayrılmışdır. Ayrılmış subsidiyalar bağ sahəsi monitorinq edildikdən sonra, yəni damlamasulama sistemi quraşdırılan sahələr yoxlanıldıqdan sonra bağ sahiblərinə ödənilmişdir. Güzəştli kreditlərin ödənişini həyata keçirən müvəkkil bank tərəfindən bağ sahələrinin monitorinqi aparılmışdır. Damlama sulama sistemlərinin alqı-satqısının aparılmasını təsdiq edən elektron vergi qaimələri mövcuddur və bu qaimələr iş materiallarına əlavə edilib. İddia ərizəsində göstərilənlərdən fərqli olaraq iddianın predmeti olan bağ sahələri, həmin bağ sahəsində quraşdırılmış damlama sulama sistemləri monitorinqə daim açıqdır və məhkəmə də zərurət olarsa həmin bağ sahəsinə yerli baxış keçirə bilər. İstinad edilən, təkzibedilməz faktlar, mötəbər sübutlar işin mübahisəsiz hallarır və bu əsaslar iddia tələbinin rədd edilməsi üçün əsasdır. İddia tələbinin əsassız olmasını göstərən əsaslardan biri də tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsidir. İddiaçı əqdin etibarsızlığını onunla əsaslandırır ki, mübahisələndirilən bağ sahəsi ya mövcud deyil, ya da mövcuddursa həmin bağ sahəsində damlama sulama sistemi quraşdırılmayıb. Yuxarıda istinad edilən bütün mötəbər sübutlar iddiaçının tələblərinin əsassız, qərəzli və qanunsuz olduğunu göstərir. Belə ki, bütün damlama sulama sistemlərinin ölkəyə gətirilməsi həmin malların gömrükdə rəsmiləşdirilməsi ilə öz təsdiqini tapır. Bundan başqa müqavilə tərəflərinin alqı-satqı predmeti olan malın alıb satmalarını əks etdirən elektron vergi bəyannaməsi mövcuddur və həmin bəyannamə is sənədlərinə əlavə edilib. Belə olduğu halda əadin etibarsızlığından söhbət aedə bilməz. İddia ərizəsindən belə görsənir ki, iddiaçı özünün məsuliyyət dairəsinə aid olan işləri, əsasnaməsi ilə nəzərdə tutulan hərəkətləri, yəni güzəştli kredit ayrılması nəzərdə tutulan bağ sahələrinin əvvəlcədən monitorinqini aparmadığı üçün belə bir absurd tələblə iddia qaldırmışdır. Necə olur ki, iddiaçı güzəştli krediti ayırmazdan əvvəl kredit verilməsi nəzərdə tutulan bağ sahələrinə baxış keçirməyib? Əgər keçirməyibsə bunun səbəbini izah etməlidir, işdə olan sənədlərdən görünür ki, iddianın qaldırılmasına səbəb AR Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabatı"ndan arayış olmuşdur. Arayışda qeyd olunur ki, Audit zamanı 2020-2021-ci illərdə AR Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq təsərrüfatın texnikalarının güzəştli şərtlərləalışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlarla uyğunluğunun faktiki təsdialənməməsi aşkar olunmuşdur. Eyni zamanda hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə fakturaların mövcudluğu müəyyən edilməmişdir. X10ndan görünür ki, Palata iki əsas məsələni, yəni damlama sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğun gəlmədiyi və alınmış avadanlığın elektron qaimələrinin olmadığını qeyd edir. Göründüyü kimi Hesablama Palatası avadanlıqların alındığını, həmin bağ sahələrində quraşdırıldığını və istismar olunduğunu təsdiq edir. Başqa bir məqam da Hesablama Palatasının bağlarda seçmə üsulla monitorinq aparmasıdır. X18 bütün mübahisəli bağ sahələrində yoxlama aparmayıb. Seçmə üsulla 2 şəxsə məxsus bağ sahəsində apardığı yoxlamanı formal olaraq bütün sahibkarlara şamil edib. X10 bir daha təsdiq edir ki, bağ sahələrində damlama sulama sistemləri var və istismar edilir. Belə olduğu halda iddiaçı hansı əsasla əqdin etibarsızlığını mübahisələndirir? Yoxsa iddiaçı X11 öz məsuliyyətsizliyini məhkəmə vasitəsilə sığortalayır? Belə olmasaydı iddiaçı əsassız, absurd bir tələblə çıxış etməzdi. İddiaçının təbirincə desək əgər doğrudan da cavabdehlər uydurma bir əqd imzalamışdırlarsa nədən bu əqdin reallaşmasına İddiaçı göz yummuşdur? İddiaçı nədən güzəştli krediti ayırmadan əwəl bağ sahələrinə baxış keçirməmişdir? Maraqlıdır ki, Hesablama Palatası seçmə üsulla baxış keçirdiyi bağ sahələri ilə yanaşı digər bağ sahələrinə ayrılmış güzəştli kredit alan bütün sahibkarlara qarşı iddia qaldırılmışdır. Bunu anlamaq mümkün deyil. İddiaçı X10ndan sonra da həmin bağ sahələrinə baxış keçirməmişdir. Bu bir daha sübut edir ki, iddiaçı sadəcə məhkəmədə iddia qaldırmaqla X11 öz məsuliyyətini sığortalayır. Nə üçün iddiaçı Hesablama Palatasının aşkar etdiyi nöqsanlara dair iddia tələbi ilə çıxış etmir? Axı avadanlıqların bağ sahələrində quraşdırıldığını Hesablama palatası təsdiq edir. "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli "Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilənin 3.5-ci bəndinə görə müvəkkil kredit təşkilatı (Aqrarkredit QSC) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədləri tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil Kredit təşkilatına rəsmi məlumat verir. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik Müvəkkil Kredit təşkilatı ilə birlikdə kredit almış Borcalanlar üzrə məqsədyönlü monltorinalər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, Müvəkkil Kredit təşkilatı həmin borclardan kredit və faiz borclarını vaxtından əwəl qaytarılmasını tələb edir. Belə borcalonlara gələcəkdə Agentliyin vəsaiti hesabına ktedit verilməsi qadağan edilir. Müqavilənin şərtlərindən də göründüyü kimi borcalandan kredit vəsaitini qaytarmaq vəzifəsi bilavasitə Müvəkkil Kredit təşkilatı qismində "xxxx" QSC-yə aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi başa düşülən deyil. Qeyd olunmalıdır ki, Cavabdeh3 QSC ilə kredit alan sahibkarlar arasında kreditin qaytarılmasında hec bir problem yoxdur və ayrılmış bütün kreditlər ödəmə qrafikinə uyqun olaraq gecikmə olmadan ödənilir. Basaa bir vacib məaam iddiaçının cavabdehləri seçərkən hüquqdan sui-istifadə etməsidir. Belə ki, iddiaçı bütün məhkəmə mübahisələrində onunla hər hansı müqavilə baqlantısı olmayan satıcını cavabdeh kimi göstərməsi anlaşılan deyil. Avadanlıq satan şəxsin iddiaçı ilə hər hansı hüauai bağlantısı yoxdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında əsasnamənin 3.0.1-ci bəndində qeyd edilir: aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məsğul olan fiziki və hüquqi şəxslərə ailə-kəndli təsərrüfatına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə İstifadəyə nəzarət etmək. Əsasnamədən də görünür ki, Agentlik verilmiş kreditlərə nəzarət funksiyası daşıyır. Agentlik isə bu günədək ayırmıs olduğu kreditlərin təyinatı üzrə sərf olunmadığına dair hər hansı pozuntu aşkar etməmişdir. Lakin indiki halda məhkəmədə belə bir iddia tələbi ilə çıxış etməsi başadüşülən deyil. Əgər doğrudan da belə bir hal mövcud idisə nədən bu barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görməmişdir? İddiaçı hazırkı iddiası ilə cavabdehləri cinayət törətməkdə yəni cinayət məcəlləsi ilə nəzərdə tutulan Yalançı sahibkarlıq (CM-nin 193-cü maddəsi) və Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə (CM-nin 195-ci maddəsi) maddələri ilə ittiham edir. Əgər doğrudan da iddiaçının iddia etdikləri doğrudursa nədən bu əsaslarla prokurorluğa müraciət edilmir. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi.
7. Cavabdeh3 QSC BOKT-un nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İnkişaf Agentliyinin Cavabdeh3 QSC-yə qarşı iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçının cavabdeh tərəflərə ünvanladığı 01 avqust 2023- cü il tarixli 3-22-2/2-P-! 6-7a/2023 saylı pretenziya məktubunda damcılı suvarma sistemi üçün alınması üçün ayrılmış 28840 manat məbləğində kreditin, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş 18360 manat güzəşt vəsaitinin qısa zaman ərzində cavabdehlərdən müştərək qaydada tutularaq Aqrar Kredit İnkişaf Agentliyinə ödənilməsini xahiş edir. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01700 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışda da mübahisənin predmeti kimi yuxarıda qeyd olunan tələblər qoyulmuşdur. Lakin iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində isə cavabdehlər Cavabdeh1 və X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 28840 manat məbləğində zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir ki, bu tələblər də nə pretenziya məktubunda, nə də ki mediasiya təklifində öz əksini tapmamışdır. İddiaçının Cavabdeh3 QSC-dən və digər cavabdehlərdən kredit vəsaiti kimi ayrılmış 28.840 manat kredit vəsaitini maddi zərər kimi tələb etməsi Cavabdeh3 QSC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli “Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilə”nin şərtlərinə ziddir. Belə ki, həmin kredit vəsaiti ilə bağlı borc vaxtlı-vaxtında müqaviləyə uyğun olaraq İnkişaf Agentliyinə qaytarılır ki, burada da həmin kreditlə bağlı hər hansı bir maddi zərərdən danışmaq olmaz. Cavabdeh3 QSC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli “Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilənin 3.5-ci bəndinə görə Müvəkkil kredit təşkilatı (Cavabdeh3 QSC) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqdaqət əlavə məlumat və sənədləri tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil Kredit Təşkilatına rəsmi məlumat verir. Həmin Müqavilənin 3.14-cü bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik Müvəkkil Kredit Təşkilatı ilə birlikdə kredit almış Borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitotrinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, Müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borclarını vaxtından əvvəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə Agentliyin vəsaiti hesabına kreditin verilməsi qadağan edilir. Müqavilənin şərtlətrindən də göründüyü kimi borclandan kredit vəsaitini qaytarmaq vəzifəsi biləvasitə Müvəkkil Kredit Təşkilatı qismində Cavabdeh3 QSC-yə aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi başa düşülən deyil. Qeyd olunmalıdır ki, Cavabdeh3 QSC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında 09 dekabr 2020-ci il tarixli 2373 saylı Kredi müqaviləsi bağlanmış və Cavabdeh1 60 ay müddətinə illik 5 faizlə 2 dəst damlama suvarma sisteminin alınması məqsədi ilə 28840 manat kredit verilmişdir. Sənədlərdən göründüyü kimi Cavabdeh1 tərəfindən götürülmüş kredit vəsaiti ödəniş qrafikinə uyğun olaraq ödənilir. Həmin kreditdən 23900 manat əsas borc və 2299 manat faiz borcu geri qaytarılmışdır. Həmin kredit borcu üzrə qalıq xx.xx.2024-cü il tarixə 4939 manat təşkil edir. Kredit borcun qaytarılması ilə bağlı borclu ilə Cavabdeh3 QSC arasında hal-hazırda mübahisə yoxdur. İddiaçı tərəfindən Cavabdeh3 QSC-yə qarşı qoyulmuş iddia tələbinin heç bir hüquqi əsası yoxdur, Cavabdeh3 QSC tərəfindən İnkişaf Agentliyi qarşısında 01 dekabr 2020- ci il tarixli “Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilə üzrə öhdəsinə düşən bütün vəzifələri yerinə yetirilir, kreditlər vaxtlı vaxtında Agentliyin hesabına köçürülür. Aqrar Kredit İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh3 QSC-yə qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 28.840 manat zərərin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manatın və 200 manat mediasiya dair xərcin, cəmi 47900 manat pul vəsaitinin Cavabdeh3 QSC-dən tutularaq iddiaçı İnkişaf Agentliyinə ödənilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair müvafiq qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Azərbaycan Respublikası Hesablama Palatasının iddia ərizəsinə yazılı münasibətindən görünür ki, Azərbaycan Respublikasının Hesablama Palatası "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır (dövlət qurumu olaraq). Dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər kənar dövlət maliyyə nəzarətinin obyektləridir. Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir. Bu nəzarət mexanizminin tətbiqində fiziki şəxslər və qeyri dövlət hüquqi şəxsləri kənar dövlət maliyyə nəzarəti tədbirlərində obyekt (tərəf) qismində çıxış etmirlər. Yuxarıda qeyd edilən Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş Planına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyində (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, bir qayda olaraq bir maliyyə nəzarəti tədbiri minlərlə maliyyə əməliyyatlarını, o cümlədən böyük həcmli dövlət vəsaiti dövriyyəsini özündə əks etdirən sənədləşmənin emalını özündə əhatə edir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin formalaşdırılması üçün əsas hesab edilir. Həmçinin həmin Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. Auditor hesabatından çıxarış: 6.3.3.6.2. Müvafiq torpaq sahələrində intensiv bağların 2017-ci və 2018-ci illərdə salındığı EKTİS-də bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 3 təsərrüfat (o cümlədən fermer X12 üzrə müvafiq torpaq sahəsində intensiv bağın işə salındığı EKTİS-də bəyan olduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020 manata (fermerlər X12 üzrə 2021-ci ildə 8500 manata, 2020-ci ildə Cavabdeh1 üzrə 18360 manata və X17 üzə 8160 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 2021 -ci il 11 oktyabr tarixli AHO/4-3.2-2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimafın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən aidiyyəti sənədlər tələb olunsa da lazımı sənədlər təqdim edilməmiş və bununla bağlı yerinə müşahidələr aparılmış və “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymət!əndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar baxış aktı tərtib edilmişdir (akt əlavə edilir). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının (bundan sonra-Qayda) 6.1.2-ci yarımbəndinə əsasən idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Auditor hesa!)atından çıxarış: Ümumilikdə audit 01 yanvar 2020-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 2022-ci ilin 10 may tarixindən 13 avqust tarixinədək olan müddətdə həyata keçirilmişdir. Auditin gedişatmda Xaçmaz, Qusar, Quba, Bərdə, Lənkəran, Cəlilabad Neftçala, Tovuz, Ağcabədi və Şəki rayonlarındakı təsərrüfatlarda aparılmış müşahidələrlə toplanmış audit sübutları bir sıra hallarda əsasən maliyyələşdirilmiş güzəşt məbləği üzrə damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, suvarma sistemlərinin qabaqcadan quraşdırılması nəzərdə tutulmuş sahələri tam əhatə etməməsi və ya quraşdırılmasına baxmayaraq bağların salınmaması (torpaqların əkilməməsi), suvarma sisteminin potensialının faktiki olaraq 10,0%-indən istifadə olunması, intensiv bağ üzrə subsidiyalaşdırma meyarlarının (tam və ya qismən əvvəlki illərdə salınması, sahəsinin artıq bəyan edilməsi, suvarma sisteminin tam və ya qismən quraşdırılmaması, əmsalların səhv təbiqi və s.) pozularaq əkin subsidiyası adı altında artıq vəsaitlərin ödənilməsinə yol verilməsi, alınmış kənd təsərrüfatı istehsal vasitələrinin (tinglərin, suvarma dəstlərinin, tütün qurutma kameralarının və s.) keyfiyyətsiz olması və ya vaxtında çatdırılmaması, subsidiya məbləğləri ödənilmiş əkin sahələri üzrə müxtəlif, o cümlədən normalara uyğun aqrotexniki qulluğun göstərilmədiyi, qış mövsümündə bitkilərin şaxtalı havadan qorunması üçün infrastrukturun yaradılmadığı səbəblərindən məhsuldarlığın tam və ya əhəmiyyətli səviyyədə təmin edilməməsi, eyni zamanda dövlət ehtiyat fonduna aid edilən dəmyə əraziləri üzrə əkinlərin subsidiyalaşdırılması barədə qərarların qəbul edilməsində risklərin düzgün qiymətləndirilməməsi, əkin sahəsinin bəyan etmə tarixlərinə əməl olunmayan müraciətlərin təsdiqlənməsi, EKTİS-dəki məlumatların natamamlılığı, iki növ subsidiya dəstəyi ilə əhatə olunan bitki növlərinin eyni təsərrüfata münasibətdə əkin və məhsul subsidiyaları üzrə əhəmiyyətli uyğunsuzluqların mövcud olması, eləcə də fermerlərin maarifləndirmə səviyyəsinin aşağı olması kimi hallara rast gəlindiyini təsdiq etmişdir. Auditin gedişatında EKTİS bazası üzərindən tətbiq edilmiş prosedurlarla, eyni zamanda regionlarda həyata keçirilmiş müşahidələrlə toplanmış audit sübutları auditlə əhatə olunan dövrdə bir sıra hallarda dövlət vəsaitin fermerlər üzrə artıq ödənilməsi hallarına yol verilməsini deməyə əsas vermişdir. Aşkar edilmiş pozuntuların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı Agentliyə müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə1 etiraz ərizələrinin məzmununa uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 QSC Bank olmaya Kredit Təşkilatının nümayəndəsi X5 etiraz ərizələrinin məzmununa uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri X7 və Nümayəndə2 məhkəməyə təqdim olunmuş yazılı münasibətin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmalı olduğunu bildirdi.
III.Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. **********7767 və **********7796 nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, “Masna Plastik ve Metal İML Nak San” tərəfindən Cavabdeh2 kənd təsərrüfatı və bağçılıq üçün damlama suvarma sistemi göndərilmişdir.
17. X1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07 və 08 saylı alqısatqı müqavilələrinə əsasən 2 dəsət damlama suvarma sistemi satılmışdır.
18. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktlarına əsasən 2020-ci ilin avqust ayında Fərdi sahibkar Cavabdeh2 tərəfindən Cavabdeh1 məxsus Qusar rayonu Bala Qusar kəndində yerləşən 6.57 ha torpaq sahəsinin 6.57 ha-da 35000 (otuz beş min) manat dəyərində və 5.66 ha torpaq sahəsinin 5.66 ha-da 30000 manat dəyərində cəmi 2 dəst damlama sulama sistemi quraşdırılaraq təhvil verilmiş və Cavabdeh1 təhvil almışdır.
19. EBCH 127719 saylı elektron qaiməyə əsasən X8 tərəfindən 30000 manat mal satışına dair elektron qaimə təqdim edilmişdir.
20. Cavabdeh3 QSC BOKT-un AKİA-ya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda fiziki şəxs Cavabdeh1, Cavabdeh2 Zabıyulla oğlundan müvafiq olaraq qiymətləndirmə dəyəri 32000 manat və 27000 manat olan 2 (İki) dəst Türkiyə istehsalı olan “MASSPİPE” markalı damlama sulama sistemini “AKİA” vəsaiti hesabına güzəştli şərtlərlə əldə etmək üçün Cavabdeh3 QSC-yə müraciət etdiyi, damlama sulama sisteminə dair və güzəştin tətbiq olunması üçün tələb olunan sənəndlər toplusu məktuba əlavə olunduğu və müraciətçi Cavabdeh1 yuxanda adı çəkilən 2 (iki) dəst damlama sulama sistemini əldə etməsi üçün güzəşt olunacaq - 18360 manat vəsaitin və layihəni kreditləşdirmək üçün tələb olunacaq - 28840 manat vəsaitin hesaba köçürülməsi xahiş edilmişdir.
21. 25.11.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh1 17800 manat məbləğində pul vəsaiti 2 ədəd suvarma sisteminin alınması üçün hesbına kçöçürülmüşdür.
22. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh3 QSC BOKT arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2020-ci il tarixli, 03 saylı müqaviləyə əsasən:
23. Müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır.
24. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.
25. Müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır.
26. Müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
27. Müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir.
28. Müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanalr üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir.
29. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
30. Müqavilənin 5.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatının öz öhdəliklərini icra etməməsi nəticəsində agentliyin tələbləri ilə bağlı çəkidiyi bütün xərcləri müvəkkil kredit təşkilatının vəsaiti hesabına ödənilir.
31. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bir-birinə və üçüncü tərəfərə təqdim etdikləri sənədlərin, məlumatların düzgünlüyünə, aparılacaq əməliyyatların qanunverciliyə uyğunluğuna, habelə qaydada və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
32. 02.11.2020-ci il tarixli “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyəlşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh1 agentliyin vəsaiti hesabına ona verilən 2 dəst suvarma sistemini təyinatı üzrə istifadə edəcəyinə və tələbləri pozduqda ona verilmiş güzəşt məbləğinin qaytarılması barədə xəbərdarlıq edilmişdir.
33. “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktına əsasən baxış zamanı alıcı X9 damcılı suvarma sisteminin dəyərinin 40% güzəşt tətbiq olunan hissəsinin maliyyələşdirilməsi üzrə AKİA-ya təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmamışdır. Həmin fermerin alışı üzrə güzəşt məbləği 2020-ci ildə 2 dəst olmaqla müvafiq olaraq 9520 manat və 8840 manat maliyyələşdirildiyi qeyd olunmuşdur.
34. Xaçmaz rayonu, Xudat şəhərində fəaliyyət göstərən Cavabdeh1 Cavabdeh3 Səhmdar Təşkilatına xx.xx.2024-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 3149,72 manat təşkil etmişdir.
35. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
36. Belə ki, iddiaçı məhəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 28840 məbləğində kredit və 18360 manat məbləğində güzəşt vəsaiti ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh3 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020 -2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir.
37. İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07 və 08 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsızlığına (əhəmiyyətsizliyinə, uydurma əqd olmasına) istinad edir və Agentliyə dəymiş 18360 manat ziyanın və 3260 manat kreditin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh tərəflər isə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının, elektron qaimənin, gömrük bəyannamələrinə istinad edərək iddianın tamamilə əsasız olduğunu qeyd edirlər.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
44. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:
45. - əqdin subyekt tərkibinə dair şərtlər;
46. - əqdin məzmununa dair şərtlər;
47. - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;
48. - əqdin formasına dair şərtlər.
49. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
50. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
51. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
52. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
53. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
54. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
55. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
56. Qanuni tərifdən də göründüyü kimi uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1- əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır, 2- Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır.
57. Məhkəmə araşdırılması zamanı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədi. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair aktlar və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcüd suvarma sistemi satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri belə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiada qeyd olunan dəlillərdən biri kimi - “elektron-qaimənin” mövcüd olmaması tamamilə əsassızdır (bir elektron-qaimə məhkəməyə təqdim edilmişdir, digər müqavilə üzrə elektron qaimənin təqdim edilməməsini isə məhkəmə müqavilələrin uydurma əqd olması üçün əsas deyil, vergi qanunvericiliyinin pozulması halı kimi giymətləndirilə bilər). İddiaçının (AR Hesablama Palatasının auditor hesabatına/baxış aktına istinadən Cavabdeh1 istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmaması arqumenti də tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş AR Hesablama Palatasının “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktından müəyyən olunur ki, baxış zamanı sahibkar cavabdehlərin iştirakı təmin olunmamış, akt yalnız Hesablama Palatasının və AKİA-nın əməkdaşı tərəfindən tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, akta qeyd edilən arqumenti də təsdiq edən heç bir sübut təqdim edilmədiyi, yalnız şifahi mülahizə və ehtimallara əsaslandığı üçün tamamilə əsassız hesab edilməlidir. Göründüyü kimi cavabdeh fiziki şəxslər arasında suvarma sisteminin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam riayyət edilməklə aparılmış, əksini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir.
58. Göründüyü kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə müqavilə tərəflərlərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqı-satqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.
59. Bundan başqa, Konstitusiya Məhkəməsi göstərmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
60. Məhkəmə qeyd edir ki, iddiaçı (agentlik) ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış agentliyin vəsaitindən istifadəyə dair müqaviləyə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi borcalanın müraciətinə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır.
61. Göründüyü kimi, iddiaçı keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təşkilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalıdır. Belə olan halda, iddiaçının monitorinq nəticələrinə istinad etməməsi, monitorinq nəticələrinə istinad edərək lizinq obyektinin yerini dəqiq müəyyən edib audit yoxlamasına təqdim etməməsi, Hesablama Palatasının auditə dair hesabatına qanunla müəyyən olunmuş müddətdə qeyd, irad və rəyini bildirməməsinin (bununla bağlı məhkəməyə hər hansı sübut – monitorinqin keçirilməsi, onun nəticələri, qeyd, irad və rəyin məzmunu, təqdim olunan sənədlər, araşdırmanın nəticəsi və s. təqdim olunmamışdır) səbəbləri məhkəməyə aydın deyil. Yəni, əgər güzəştli vəsaitin və kredit məbləğinin ayrılması məhz iddiaçı qurumun hərtərəfli ekspertizaların, zəruri olduğu halda əlavə məlumat və sənədlərin təqdim edilməsinin tələb edilməsi və araşdırılmasından sonra mümkünlüyünü təsdiq etdiyi halda, bütün bu proseslərdən keçdikdən, pul ayrıldıqdan, avadanlıqlar alındıqdan üç il keçdikdən sonra, yalnız Hesablama Palatasının yoxlama nəticəsində torpağa basdırılan suvarma sistemlərinin paslanması səbəbindən 2020-ci ildə alınmış avadanlıqlara bənzəməməsi ehtimalına istinad edərək bu cür iddianın qaldırılması tamamilə əsassızdır. Belə ki, iddiaçı quruma ekspertizaların aparılması üçün təqdim olunan toplu sənədlərdə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və sair sənədlər təqdim edilmişdir. Alqı-satqı müqavilələrində alınacaq suvarma sistemlərinin hansı gömrük bəyannamələrinə (tarixi və nömrəsi göstərməklə) əsasən ölkəyə idxal olunmuş dəqiq suvarma sistemləri belə öz əksini tapmışdır.
62. Beləliklə, məhkəmə cavabdehlərin etirazını əsaslı hesab edərək alqı-satqı və kredit müqavilələrinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianın rədd edilməsi qənayətinə qəlir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
65. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
66. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07 və 08 nömrəli alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 3259,02 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi 22319,02 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-dan müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova