Məhkəmə qərarları › İş №e-2-2(113)-855/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-855/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-855/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 4DM01/23 №-li icarə müqaviləsi üzrə ödənilməmiş 66940.81 (altmış altı min doqquz yüz qırx manat səksən bir qəpik) manat borc məbləğinin və ona hesablanmış 4072.89 (dörd min yetmiş iki manat səksən doqquz qəpik) manat dəbbə pulunun, 304.24 (üç yüz dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun və 400 (dörd yüz) manat hüquqi xidmət haqqı xərcini ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Kommersiya mübahisələrinə dair iş üzrə iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi Rza-zadə Kamran Kərim oğlu və həmin iş üzrə cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən kommersiya mübahisələrinə dair işi və aralarında olan mülki-hüquqi mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı sərtlər daxilində bu Müqaviləni bağlayır:

1. Prembula 1.1. İcarəçi ilə İcarəyə verən arasında 4DM01/23 Ke-li, xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. 1.2. Müqavilənin 1-ci maddəsinə əsasən, İcarəverən bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd edilən nəqliyyat vasitələrini İcarəçiyə verir və İcarəçi həmin nəqliyyat vasitələrinə görə İcarəverənə bu müqavilənin 2.2-ci bəndinin şərtlərinə uyğun olaraq icarə haqqını ödəyir. 1.3. Tələbkar Borclunun borc öhdəlyinin icra olunması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş ümumilikdə 66940.81 (altmış altı min doqquz yüz qırx manat səksən bir qəpik) manat məbləğində (ƏDV ilə) məbləğində borcun (bundan sonra, “Borc Məbləği”) ödənilməsini məhkəmədən xahiş etmişdir. 1.4. Tələbkarın e-2-2(113)-855/2025 saylı, xx.xx.2024 tarixli iddia ərizə üzrə Bakı Kommersiya məhkəməsində məhkəmə işi getməkdədir. 1.5. Borclu Müqavilə üzrə Təlabkara ədv məbləği də daxil olmaqla ümumilikdə 59.261, 25 (əlli doqquz min iki yüz altmış bir manat iyirmi beş qəpik) AZN məbləğində tam həcmdə borcu yarandığını etiraf edir. Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamağa razılığa gəliblər:

1. Tərəflər qarşılıqlı razılıq əsasında 59.261, 25 (əlli doqquz min iki yüz altmış bir manat iyirmi beş qəpik) AZN məbləğində borcun ödənilməsində razılıq əldə etmişlər.

2. Tərəflər yaranmış borc məbləğini saziş imzalandığı gün 25.000 (iyirmi beş min) manat, növbəti aylarda hər ay 10.000 (on min) manat ödəməklə (borc məbləği tam ödənilənədək) barışıq sazişi bağlamağa razılığa gəlmişlər.

3. Sazişin tələbləri pozulduğu təqdirdə Borclu borc məbləğini tam şəkildə 66940.81 manat (altmış altı min doqquz yüz qırx manat səksən bir qəpik) manat məbləğində (ƏDV ilə) ödəməyi öhdəsinə götürür.

4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər.

5. X1 qüvvəyə mindiyi tarixdən qarşılıqlı razılıq əsasında xitam verirlər.

2. Sazişin Predmeti 2.1. Tərəflər "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair sözügedən mübahisəni həll etmək məqsədilə barışıq sazişi bağlayırlar.

3. Saziş üzrə öhdəliklərin icrası 3.1. Tələbkar bu Saziş qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəliklərini vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür.

4. Digər müddəalar 4.1. Bu Saziş hər iki Tərəf tərəfindən imzalandığı tarixdən qüvvəyə minir. 4.2. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.3. Bu Saziş burada istinad edilən bütün sənədlər Tərəflərin tam razılığını özündə əks etdirir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Müqavilə üzrə bir-birilərinə qarşı heç bir iddiaları qalmır. 4.6. Bu Saziş 2 (iki) nüsxədə tərtib edilir və onlardan hər biri müvafiq olaraq tərəflərdə saxlanılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehlə aralarında barışıq sazişi bağlandığını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı ilə barışıq sazişi bağlandığını, barışıq sazişinin bütün bəndləri ilə tanış olduqlarını, barışıq sazişi üzrə saziş imzalandığı gündən 25000 manat məbləğində ödəniş edildiyini bildirmiş, barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbi ilə bağlı iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamağa razılığa gəliblər:

1. Tərəflər qarşılıqlı razılıq əsasında 59.261, 25 (əlli doqquz min iki yüz altmış bir manat iyirmi beş qəpik) AZN məbləğində borcun ödənilməsində razılıq əldə etmişlər.

2. Tərəflər yaranmış borc məbləğini saziş imzalandığı gün 25.000 (iyirmi beş min) manat, növbəti aylarda hər ay 10.000 (on min) manat ödəməklə (borc məbləği tam ödənilənədək) barışıq sazişi bağlamağa razılığa gəlmişlər.

3. Sazişin tələbləri pozulduğu təqdirdə Borclu borc məbləğini tam şəkildə 66940.81 manat (altmış altı min doqquz yüz qırx manat səksən bir qəpik) manat məbləğində (ƏDV ilə) ödəməyi öhdəsinə götürür.

4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər.

5. X1 qüvvəyə mindiyi tarixdən qarşılıqlı razılıq əsasında xitam verirlər. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar