Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-856/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: illik 5% ilə hesablanan faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CPS Construction MMCdən əsas borcun ödənilməsində 01 oktyabr 2021-ci il tarixində 01 oktyabr 2024-cü il tarixinədək 1095 gün olan gecikmə kompensasiya 8534 manat məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, e-2-2(113)-6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli Qətnamə və 27 oktyabr 2023-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Qərara əsasən "CPS Construction MMC"cəmi əsas borc 56895 manat təşkil edir və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti təşkil edir. "CPS Construction MMC" e-2-2(113)-6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli Qətnamə və e-2-2(113)- 6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli İcra vərəqəsinə baxmayaraq hələ də borcunu ödəmir. e-2-2(113)-6283/2022 saylı iş üzrə müəyyən edilib ki, CPS Construction MMC müqavilə və yerinə yetirilmiş işlərin aktları əsasında 56895 manat məbləğində pul ödəməli olub. Bu sənədlərə əsasən, ümumi məbləğ üzrə öhdəliyin icrası müddəti 15 mart 2019-cu ildə başa çatmışdır. 20 mart 2019-cu il tarixindən 01 oktyabr 2024-cü il tarixinədək əsas borcun ödənilməsində gecikmə müddəti 2020 gündür. İddia müddətinin tətbiqi ilə bağlı AR MM 375 və 376-cı maddələrinin tələblərinə əsasən, 01 oktyabr 2021-ci il tarixində 01 oktyabr 2024-cü il tarixinədək 1095 gün olan cərimənin ödənilməsi üçün bu müraciətə dair müddətin hesablanmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyətinin əsas şərtlərindən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və düzgün yerinə yetirməsidir. Hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən tərəflərin hər biri vicdanla, yəni müəyyən edilmiş vaxtda, müəyyən edilmiş yerdə, öhdəliyin şərtlərinə və MM tələblərinə uyğun olaraq və bu cür şərtlər və tələblər olmadıqda – İş adətlərinə və ya digər adətən tələblərə uyğun hərəkət etmək məcburiyyətindədir. Öhdəlikləri yerinə yetirərkən tərəflər müqavilənin icrası üçün əsas yaratmaq üçün birlikdə hərəkət etməli və müqavilənin məqsədinə çatmasına mane ola biləcək və öhdəliklərin yerinə yetirilməsinə təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda, qanunla nəzərdə tutulmuş minimum faizlərin icrası gecikdikdə ödəmə ehtimalı MM 445.7-ci maddəsindən irəli gəlir. Bu normada, pul öhdəliklərinin ödənilməsinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsində gecikmənin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Beləliklə, bu maddənin tələbinə əsasən, pul məbləği ödənildikdə, borc verən digər əsaslarla daha çox məbləğ tələb edə bilmirsə, borclunun vaxtı keçmiş müddətə illik beş faiz ödəməsi tələb olunur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında təmir xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən cavabdehin 2019-cü ildən etibarən iddiaçıya borcu yaranmışdır. Həmin borc məbləği məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Və baxmayaraq ki, onun cavabdehdən borcun ödənişinin gecikdirilməsinə görə faiz borcunu 2019-cü ildən tələb edə bilər, lakin o, iddia müddətini nəzərə alaraq xx.xx.2021-xx.xx.2024-cü il tarixinə kimi hesablayaraq tələb edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bakı Kommersiya əhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6283/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək 56895 manat məbləğində pul vəsaitinın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilsi qət edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-ci il tarixli icra vərəqəsi tərtib edilmiş və həmin icra vərəqəsində 56.895 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qeyd olunmuşdur.
9. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı həmin tarxidə bildiriş göndərilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehə məxsus olan müxtəlif bank hesablarında olan hesablarına inkasso sərəncamları qoyulmuşdur.
11. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarı ilə icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh MMC-yə məxsus “MAN TGA 33.360 6x4BB WW Yük” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “MAN 33.360 Yük” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, "MAN 33.360 Yük” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, “MAN TGA 33.360 BB 6x4 Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, “MAN Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, “MAN Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı,“MAN 33.360 Yük” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı, “MAN Yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, “MAN TGA 33.360 Yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi L200 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin yerini müəyyən etmək üçün axtarış elan edilmişdir.
12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. -443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. -443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. -445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
22. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
23. İşın hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təmir xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən cavabdehin 2019-cü ildən etibarən iddiaçıya borcu yaranmışdır. Həmin borc məbləği məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı bildirir ki, baxmayaraq ki, onun cavabdehdən borcun ödənişinin gecikdirilməsinə görə faiz borcunu 2019-cü ildən tələb edə bilər, lakin o, iddia müddətini nəzərə alaraq xx.xx.2021-xx.xx.2024-cü il tarixinə kimi hesablayaraq tələb edir.
24. Göründüyü kimi "CPS Construction MMC" iddiaçıdan son xidməti (2019-cu ildə) təhvil aldıqdan sonra heç bir ödənişi etməmiş, həmçini e-2-2(113)-6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli İcra vərəqəsi bugünə kimi icra edilməmişdir. Həmçinin icra vərəqəsinin icrasını həyata keçirən səlahiyyətli icra şöbəsi tərəfindən qətnamənin icrası istiqamətində müxtəlif tədbirlər görülməsinə baxmayaraq, cavabdeh bugünə kimi qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına etinasız yanaşmışdır.
25. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə pulun tutulmasına dair məhkəmə qeyd edir ki, cavabdehdən pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi öz təbiətinə görə pul öhdəliyi olduğundan həmin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi Mülki Məcəllənin 443.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti yaradır. Odur ki, həmin öhdəliyi pozan şəxsə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbiri də tətbiq edilə bilər.
26. Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan da göründüyü kimi borclu barəsində həmin maddədə nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün ilk növbədə borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsi müəyyən edilməli və bu zaman Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməməsinin gecikdirmə hesab edilməməsi nəzərə alınmalıdır.
27. Lakin, icra işinin materiallarından da görünür ki, borclunun mülkiyyətində ən azı çoxsaylı nəqliyyat vasitələrinin olmasına baxmayaraq icra sənədinin icrasını təmin etmək üçün icra şöbəsinə təqdim etməmiş və bu məqsədlə icra məmuru tərəfindən borclu Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitələrinin yerini müəyyən etmək üçün axtarış elan edilmişdir.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının borcun ödənişinin tələb etmək hüququ 2019-cu ildən yarandığı üçün və əvvəlki iddia ilə məhkəməyə müraciət edildiyi zaman faiz borcu tələbi irəli sürülmədiyi üçün, son üç il üçün (xx.xx.2021-xx.xx.2024) borcun ödənişinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanan faiz borcunu tələb etməkdə haqlıdır. Cavabdeh MMC-dən xx.xx.2021ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 8534 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 106 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
30. MPM-in:
31. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün, 106 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutlaraq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 8534 manat məbləğində faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 106 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova