Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8587/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən zərərin əvəzi olaraq 75000 manat və dövlət rüsumu kimi ödənilmiş 315 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 10 fevral 2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini iddiaçının cavabdehə qarşı “zərərin əvəzi olaraq 75000 manatın və dövlət rüsumu kimi ödənilmiş 315 manat pulun tutulmasına dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: Nərmin Əhmədova; iş № e-2-2(113)- 8587/2025) baxılmaqdadır.
2. Tərəflərin hüquq və vəzifələri 2.1. Tərəflər razılaşır ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Cəlilabad şəhəri, Koroğlu küçəsində yerləşən 16 saylı evin 3 nömrəli mənzilinin (reyestr nömrəsi: **********85-05101-093004; qeydiyyat nömrəsi: **********) yerləşdiyi binanın sökülməsinə görə Cavabdeh MTK həmin mənzilin dəyəri kimi 40 000 (qırx min) manat kompensasiyanı hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə iddiaçıya ödəyəcəkdir: – 13300 (on üç min üç yüz) manat - 31 mart 2026-cı il tarixədək; – 13300 (on üç min üç yüz) manat - 30 aprel 2026-cı il tarixədək; – 13400 (on üç min dörd yüz) manat - 31 may 2026-cı il tarixədək. 2.2. Bu sazişin 2.1-ci bəndində göstərilən kompensasiya iddiaçıya tam ödənildikdən sonra iddiaçı cavabdehə qarşı Cəlilabad şəhəri, Koroğlu küçəsində yerləşən 16 saylı evin 3 nömrəli mənzili ilə bağlı hər hansı tələbinin olmayacağını təsdiq edir. 2.3. Mənzilin yerləşdiyi binanın sökülməsi ilə əlaqədar olaraq iddiaçı öhdəlik götürür ki, kompensasiya ona tam ödənildikdən sonra mənzilə dair mülkiyyət hüququnun ləğv edilməsinə dair müvafiq dövlət orqanına ərizə təqdim edəcəkdir (zərurət yaranarsa). 2.4. Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən kompensasiya məbləğinin və ya onun müvafiq hissələrinin ödənilməsini gecikdirdikdə ümumi kompensasiya məbləğinin 5 (beş) faizi miqdarında cəriməni iddiaçıya ödəməlidir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəməsi tərəfindən həll olunacaqdır. 3.4. Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.
Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil imzalamış, sonuncular barışıq sazişi imzalamağa səlahiyyətli olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən **********03 nömrəli qəbz əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 210 manat, **********59 nömrəli qəbz əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumları iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2026cı il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini iddiaçının cavabdehə qarşı “zərərin əvəzi olaraq 75000 manatın və dövlət rüsumu kimi ödənilmiş 315 manat pulun tutulmasına dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: Nərmin Əhmədova; iş № e-2-2(113)- 8587/2025) baxılmaqdadır.
2. Tərəflərin hüquq və vəzifələri 2.1. Tərəflər razılaşır ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Cəlilabad şəhəri, Koroğlu küçəsində yerləşən 16 saylı evin 3 nömrəli mənzilinin (reyestr nömrəsi: **********85-05101-093004; qeydiyyat nömrəsi: **********) yerləşdiyi binanın sökülməsinə görə Cavabdeh MTK həmin mənzilin dəyəri kimi 40 000 (qırx min) manat kompensasiyanı hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə iddiaçıya ödəyəcəkdir: – 13300 (on üç min üç yüz) manat - 31 mart 2026-cı il tarixədək; – 13300 (on üç min üç yüz) manat - 30 aprel 2026-cı il tarixədək; – 13400 (on üç min dörd yüz) manat - 31 may 2026-cı il tarixədək. 2.2. Bu sazişin 2.1-ci bəndində göstərilən kompensasiya iddiaçıya tam ödənildikdən sonra iddiaçı cavabdehə qarşı Cəlilabad şəhəri, Koroğlu küçəsində yerləşən 16 saylı evin 3 nömrəli mənzili ilə bağlı hər hansı tələbinin olmayacağını təsdiq edir. 2.3. Mənzilin yerləşdiyi binanın sökülməsi ilə əlaqədar olaraq iddiaçı öhdəlik götürür ki, kompensasiya ona tam ödənildikdən sonra mənzilə dair mülkiyyət hüququnun ləğv edilməsinə dair müvafiq dövlət orqanına ərizə təqdim edəcəkdir (zərurət yaranarsa). 2.4. Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən kompensasiya məbləğinin və ya onun müvafiq hissələrinin ödənilməsini gecikdirdikdə ümumi kompensasiya məbləğinin 5 (beş) faizi miqdarında cəriməni iddiaçıya ödəməlidir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəməsi tərəfindən həll olunacaqdır. 3.4. Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Əhmədova