Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-86/2021 12.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi və digər tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə (11.03.2021-ci il tarixli) ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 19 dekabr 2016-cı il tarixli, 2018/00378-01 saylı Kredit Müqaviləsinə ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 26312,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 19096,13 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 36750 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 82158,59 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasını, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilin yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 26312,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 19096,13 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 36750 ABŞ dolları məbləğində dəbdə pulu, cəmi 82158,59 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsini, həmçinin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 №-li Kredit Müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX№ 0013738, Reyestr № **********55-05101-093002, Qeydiyyat № **********, tarix 11.11.2009) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 19 dekabr 2016-cı il tarixli, 2018/00378-01İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 21.12.2016-cı il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya R№X 0970856). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq BOKT cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən BOKT tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, məhkəməəmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 500 manat məbləğində pulun tərəflərindən (mənzilin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC-yə) ödənildiyindən həmin pulun Cavabdeh onların xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən - İddiaçı BOKT ASC tərəfindən borcalan - Cavabdeh 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlinmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% həcmində dəbbə pulu (cərimə) ödəyir. 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 nömrəli kredit müqaviləsinə qoşma olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə olan 30000 ABŞ dolları əsas borcu 48 ay ərzində (19.01.2017-19.12.2020) 16947 ABŞ dolları faiz borcu ilə birlikdə (ümumilikdə 46947 ABŞ dolları olmaqla) ödəməlidir. 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01İP nömrəli (ipoteka saxlayan) İddiaçı BOKT ASC, (ipoteka qoyan-borc alan) Cavabdeh ilə aralarında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh ilə arasında bağlanmış 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında bazar dəyəri 90000 manat məbləğində qiymətləndirilmiş (müstəqil qiymətləndirici FM Consulting tərəfindən 07.12.2016-cı ildə qiymətləndirilmişdir) Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilin İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən ev 68, 154 nömrəli mənzil 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 İKM əsasında İddiaçı BOKT ASC-nin xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 48 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18156 nömrəli vərəqində qeydiyyata alınmışdır. 05.12.2019-cu il tarixinə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə sonuncu ödəniş 15.03.2019-cu il olmaqla 05.12.2019-cu il tarixinə ümumilikdə 12045 ABŞ dolları (o cümlədən əsas borc üzrə 3687,54 ABŞ dolları, faiz borcu üzrə 7697,46 ABŞ dolları və cərimə borcu üzrə 660 ABŞ dolları) məbləğində ödəniş etmişdir. 18 may 2020-ci il tarixli 9/1272 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, 19 dekabr 2016-cı il tarixli 2016/00378-01 kredit müqaviləsi üzrə Cavabdeh 05.12.2019-cu il tarixə əsas kredit borcu 26336,99 ABŞ dolları, faiz borcu 10685,35 ABŞ dolları olduğu müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən 11% komisyon haqqı nəzərə alınmaqla BOKT tərəfindən faktiki faiz dərəcəsi (FİFD) 31,07% düzgün hesablanmış, müqavilədə komisyon haqqı 1% olduğu təqdirdə faktiki illik faiz dərəcəsi (FİFD) 24,60% müəyyən olunur, hər bir halda faktiki illik faiz dərəcəsi hazırki ekspertiza tədqiqatının nəticəsinə təsir etmir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. 19 fevral 2021-ci il tarixli, PR-KM/04-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilin 15.02.2021-ci il tarixə bazar dəyəri 135000 manat, likvid dəyəri 125000 manat təşkil edir. 19 fevral 2021-ci il tarixli, PR-KM/04-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, əmlak üzrə qiymətləndirmə işinin xidmət haqqısı ümumilikdə 300 manat təşkil edir. İddiaçı BOKT ASC tərəfindən təqdim edilmiş 25.02.2021-ci il tarixli, 1877-022021 nömrəli borc haqqında (maliyyə) arayışından görünür ki, Cavabdeh 19 dekabr 2016-cı il tarixli, 2016/00378-01 nömrəli kredit müqaviləsinə əsasən (kreditin müddəti 48 ay) 25.02.2021-ci il tarixinə İddiaçı BOKT ASC-yə olan borcu 26312,46 ABŞ dolları əsas, 19096,13 ABŞ dolları faiz borcu, 36750 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 82158,59 ABŞ dolları təşkil edir. 04 may 2021-ci il tarixli 9/2581 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, 19 dekabr 2016-cı il tarixli 2016/00378-01 kredit müqaviləsi üzrə Cavabdeh 05.12.2019-cu il tarixə əsas kredit borcu 26336,99 ABŞ dolları, faiz borcu 10685,35 ABŞ dolları, 25.02.2021-ci il tarixə əsas kredit borcu 26336,99 ABŞ dolalrı, faiz borcu 17493,46 ABŞ dolalrı olduğu müəyyən edilmişdir. Həmçinin ekspertiza tədqiqatının təsviri hissəsində Cavabdeh 19.12.2020-ci il tarixə əsas kredit borcu 26336,99 ABŞ dolları, faiz borcu 17252,04 ABŞ dolları olduğu qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. 18 iyun 2021-ci il tarixli, 01/21-344 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilin 18.06.2021-ci il tarixə bazar dəyəri 118000 manat, likvid dəyəri 94000 manat təşkil edir. 1181 nömrəli 22.06.2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh mənzilinin qiymətləndirilməsi ilə bağlı 500 manat məbləğində vəsait "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci və 443.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2, 467 və 567-ci maddələrinə görə borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borc alan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ekspert rəyində 25.02.2021-ci il tarixə əsas borc 26336,99 ABŞ dolları kimi göstərilsə də, iddiaçı həmin məbləğdən az, yəni 26312,46 ABŞ dolları tələb etdiyinə görə iddia iddiaçının tələb etdiyi həcmdə təmin edilməlidir. Bununla yanaşı iddiaçı 25.02.2021-ci il tarixə 19096,13 ABŞ dolları tələb etsə də, ekspert rəyinin təsviri hissəsində müqavilənin bitmə, yəni 19.12.2020-ci il tarixə faiz borcunun qalığı 17493,46 ABŞ dolları həcmində müəyyən edildiyindən, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilməli və cavabdehdən 19.12.2020-ci il tarixə olan 17493,46 ABŞ dolları həcmində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə sözügedən tələblə bağlı qeyd edir ki, 19.12.2020-ci il tarixdən sonra iddiaçı müqavilədə müəyyən edilən faizlə cavabdehə əlavə borc hesablaya bilməz. Belə ki, iddia əsas borc tələbi hissəsində tam təmin edilməli, faiz borcu hissəsində isə qismən yəni, 04 may 2021-ci il tarixli 9/2581 nömrəli məhkəmə ekspertizasının rəyinə uyğun olaraq 19.12.2020-ci il tarixə olan faiz borcu 17252,04 ABŞ dolları məbləği həddində təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2435,50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadından qeyd edilmişdir ki “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Məhkəmə hazırki iş üzrə iki əmtəəşünaslıq ekspertizası keçirsə də, 18 iyun 2021-ci il tarixli, 01/21-344 nömrəli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən müəyyən edilmiş likvid, ipoteka müqaviləsi bağlanan zaman razılaşılan qiymətə (90000 manata) yaxın olan qiymətə (94000 manat) uyğun əmlakın hərraca çıxarılmasını məqsədəmüvafiq hesab edir, belə ki, tərəflər ipoteka müqaviləsini imzalayarkən ipoteka predmetinin 90000 manat məbləğində olması ilə bağlı razılığa gəlsələr də, 19 fevral 2021-ci il tarixli, PR- KM/04-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda daşınmaz əmlakın likvid dəyəri 125000 manat məbləğində müəyyən edilmiş, bu isə razılaşdırılmış qiymətdən təxminən 38% artıq olduğuna görə borcun vaxtında geri qaytarılmamasına və borcverənin birbaşa zərərə məruz qalmasına səbəb olacaqdır. Həmçinin 18 iyun 2021-ci il tarixli, 01/21-344 nömrəli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatda müəyyən edilmiş likvid qiymət ipoteka müqaviləsi bağlanan zaman razılaşılan qiymətə (90000 manata) yaxın qiymətləndirilmişdir. Həmçinin məhkəmə hesab edir ki, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakı tərk etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 19 dekabr 2016-cı il tarixli, 2018/00378-01 saylı Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 26312,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 17252,04 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2435,50 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 46000 ABŞ dolları borc tutulmalı, tutma Cavabdeh mülkiyyətində olan ilkin satış qiyməti 94000 manat manat olan Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən ev 68, mənzil 154-ə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti yaranmış 26312,46 ABŞ dolları məbləğində qalıq borcu və ona hesablanmış 17252,04 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə isə hesablanmış 2435,50 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 46000 ABŞ dolları borc İddiaçı BOKT ASC-yə ödənilməli, həmçinin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakı tərk etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 57,20%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 57,20%-i, yəni 17,16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, 0,40 manat faktiki bank xərci olduğuna görə həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Bununla yanaşı iddia tələbinin 57,20%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 85,80 manatı Cavabdeh, 64,20 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının (19 fevral 2021-ci il tarixli, PR-KM/04-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat) xərci olan 300 manat məbləğində pulun 171,60 manatı Cavabdeh, 128,40 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının (18 iyun 2021-ci il tarixli, 01/21-344 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabat) xərci olan 500 manat məbləğində pulun (İddiaçı BOKT ASC tərəfindən ödənildiyindən) iddia tələbinin təmin olunmuş hissəsinə (57,20%) uyğun olaraq 286 manatı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 19 dekabr 2016-cı il tarixli, 2018/00378-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 26312,46 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 17252,04 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2435,50 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 46000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutulsun Tutma Cavabdeh mülkiyyətində olan ilkin satış qiyməti 94000 manat olan Bakı şəhəri, Nərimanov rayon, Ziya Bünyadov prospekti ünvanında yerləşən 68 saylı evin, 154 nömrəli mənzilə yönəldilməli, həmin mənzilin hərracdan açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 26312,46 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 17252,04 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2435,50 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 46000 ABŞ dolları borc İddiaçı BOKT ASC-yə ödənilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakı tərk etsin. Dövlət rüsumu kimi ödənilmiş 17,16 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 85,80 manatı Cavabdeh, 64,20 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının (19 fevral 2021-ci il tarixli, PR-KM/04-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat) xərci 300 manat məbləğində pulun 171,60 manatı Cavabdeh, 128,40 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının (18 iyun 2021-ci il tarixli, 01/21-344 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabat) xərci olan 500 manat məbləğində pulun 286 manatı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-86/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-86/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver