Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-86/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqavilələri üzrə pulun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, kommersiya krediti müqaviləsi və xx.xx.2019cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 50.652,18 manat məbləğində əsas borc, 15.080,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 65.732,25 manat məbləğində pulun, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 6324,03 manat məbləğində əsas borc, 1914,70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8238,73 manat məbləğində pulun, habelə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı, kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 5475,12 manat məbləğində əsas borc, 1673,62 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 7148,74 manat məbləğinin və ipotekanın qeydə alınması üçün ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 110.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü (qeydiyyatda olan Cavabdeh2) yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, «Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı, «Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı, «Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Bu arada Bank ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı xx.xx.2020-ci il tarixli, eləcə də xx.xx.2019-cu il tarixli 271874-1- 36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı xx.xx.2020-ci il tarixli Razılaşmalara əsasən kreditin müddəti 39 ay müəyyən edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/2saylı, xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603/3saylı, “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanılmaqla həmin əmlak Bank qarşısında ipotekailə yüklü edilmişdir. O cümlədən, “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/2 saylı, və xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603/3 saylı, “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli Razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 65.732,25 manat məbləğində borcu, eləcə də xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 8.238,73 manat məbləğində borcu habelə xx.xx.2019-cu il tarixli 271874- 1-36162 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 7.148,74 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini qəbul etmədiklərini, pandemiya ilə əlaqədar cavabdehin ödəniş edə bilmədiyini, daha sonra cavabdeh dəfələrlə yeni kredit xəttinin açılması və ödəniş edilməsi ilə bağlı müraciətlər etdiyini, lakin bank hər hansı şərtləri ilə razılaşmadığını bildirdi. İş üzrə digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-86/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-86/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver