Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-860/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçı X1, Cavabdeh iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi ortaq kirayə gəlirindən iddiaçının payına düşən 20720 manat və iddiaçıya məxsus konteynerlərə olan 9800 manat əsas borc, 799,30 AZN faiz borcu, ümumilikdə 31319,30 AZN pul vəsaitinin, habelə 185 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəflər arasında razılıq əldə olunması səbəbindən iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianın baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-860/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-860/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver