Məhkəmə qərarları › İş №e-2-2(113)-8602/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8602/2025

24.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8602/2025 24.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - iddiaçı Flaks İlyanın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “sənədlərin təqdim edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərdən 2022-2025-ci illər hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və kommersiya xarakterli müqavilələrin, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının, əmək haqqı və ona bərabər tutulan ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətinin təqdim edilməsi, Cəmiyyətin 2022-2025-ci illər ərzində fəaliyyətinə dair məlumatların - həmin illər üzrə illik mənfəət vergi hesabatı, o cümlədən aylıq və illik hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin surətinin, Mühasibat və maliyyə sənədləri, müqavilələr, hesab-fakturalar; Vergi bəyannamələri, işçi siyahıları və kommersiya müqavilələri və şirkətin ştat cədvəli ürzə aktiv əmək müqavilələri ; Şirkətin möhürü və hüquqi fəaliyyət üçün zəruri digər sənədlər təqdim edilməsi və 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında başqa iş mövcuddur (İş № 2-2(113)-8597/2025). Buna baxmayaraq, iddiaçı hazırki iş üzrə eyni cavabdehlərə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmişdir (İş № 2-2(113)-8602/2025). Azərbaycan Respublikası MPM-in: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Flaks İlyanın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “sənədlərin təqdim edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İş üzrə ********** saylı qəbz üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu 2- 2(113)-8597/2025 saylı digər işə əlavə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar