Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-861/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh1nə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və X3 birgə qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat məbləğində borcun; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat məbləğində borcun; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 17674,22 manat cərimə borcu olmaqla, cəmi 86475,25 manat; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 37222,22 manat cərimə borcu olmaqla, cəmi 163993,05 manat; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2150,12 anat faiz borcu, 634,36 manat cərimə borcu olmaqla, cəmi 15057,17 manat təşkil edir. Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 156 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X9nun xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC- 00181216LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X9 çərçivəsində: - xx.xx.2022-ci il tarixli DCL00181216-09 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 71698 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 125,000 (bir yüz iyirmi beş min) manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DC00181216-12 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17,455 (on yeddi min dörd yüz əlli beş) manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə X4 arasında: - DCL00181216-09 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********413 saylı zaminlik müqaviləsi; - DCL00181216-11 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqaviləsi; - DC00181216-12 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********965 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat təşkil edir, gecikmə günlərinin sayı: 202 gün; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat təşkil edir, gecikmə günlərinin sayı: 179 gün; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat təşkil edir, gecikmə günlərinin sayı: 183 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 128 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 MMC tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X9nun xx.xx.2020-ci il tarixli onGTC-00181216LE/2019 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71698 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2023-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2023-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17455 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********965 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********413 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2023-ci il tarixli, PB-OUT-05319-2023/1 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixli, OnGTC-00181216LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X9 çərçivəsində xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı, xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı və xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə ərizələri üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2023-cü il tarixinə DCL00181216-11 saylı ərizə üzrə 187, DCL00181216-09 saylı ərizə üzrə 210 və DCL00181216-12 saylı ərizə üzrə 191 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBŞ-OUT-00093-2024/1 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 17674,22 manat cərimə borcu olmaqla, cəmi 86475,25 manat təşkil edirvə gecikdirilmiş günlərin sayı 359 gün qeyd olunmuşdur, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 37222,22 manat cərimə borcu olmaqla, cəmi 163993,05 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 336 gün qeyd olunmuşdur, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2,150,12 manat faiz borcu, 634,36 manat cərimə borcu olmaqla, cəmi 15057,17 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 340 gün qeyd olunmuşdur. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4146 saylı ekspert rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 71638,17 manat, faiz borcu 877,90 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024cü il tarixə əsas borcu 66707,02 manat, faiz borcu 9009,15 manat; xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 125000 manat, faiz borcu 1829,01 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 125000 manat, faiz borcu 21426,23 manat; xx.xx.2022-ci il tarixli DCL00181216-12 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə arayışında göstərilən tarixə əsas borcu 12300,68 manat, faiz borcu 2096,93 manat, ekspert rəyinin tərtib edildiyi tarixə əsas borcu 12300,68 manat, faiz borcu 3096,01 manat müəyyən edimişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 128 manat məbləğində dövlət rüsumu ödəmişdir. 21 noyabr 2023-cü il tarixli MŞB/9/2023-02229 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq iddiaçı tərəfindən 400 manat ödəniş həyata keçirilmişdir Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmaqla 71698 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 125000 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 17455 manat məbləğində pul vəsaiti kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********965 saylı, xx.xx.2022-ci il tarixli DG**********413 saylı, xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə iddiaçı 68801,03 manat əsas borcun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş ekspertizanın rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə 66707,02 manat əsas borc hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə əsas borc 66707,02 manat məbləğində tutulmalıdır. Həmçinin xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə iddiaçı 125000 manat əsas borc, 1770,83 manat faiz borcunun və 37222,22 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə 125000 manat əsas borc, 21426,23 manat faiz borcu hesablanmışdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği ekspert rəyi ilə eyni, lakin faiz borcun məbləği isə iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcları həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun 125000 manat əsas borc, 1770,83 manat faiz borcu məbləğində tutulmalıdır. Bundan başqa xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə iddiaçı 12272,69 manat əsas borc, 2150,12 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə 12300,68 manat əsas borc, 2096,93 manat faiz borcu hesablanmışdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 12272,69 manat, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 2096,93 manat məbləğində tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17674,22 manat, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37222,22 manat, xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 634,36 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3336 manat məbləğində, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6250 manat və xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 614 manat müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun 109 manatının və ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 123 manat məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada, 27 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66707,02 manat əsas borc, 3336 manat cərimə borcu olmaqla cəmi 70043 (yetmiş min qırx üç) manat 02 (iki) qəpik borc, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 6250 manat cərimə borcu olmaqla cəmi 133020 (yüz otuz üç min iyirmi) manat 83 (səksən üç) qəpik borc, DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2096,93 manat faiz borcu, 614 manat cərimə borcu olmaqla cəmi 14983 (on dörd min doqquz yüz səksən üç) manat 62 (altmış iki) qəpik borc, ümumilikdə cəmi 218047 (iki yüz on səkkiz min qırx yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 109 (bir yüz doqquz) manatının və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 123 (bir yüz iyirmi üç) manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 MMC-dən, 27 (iyirmi yeddi) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-861/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-861/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver