Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-863/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil olmaqla 55457,71 manat məbləğində borc, 16742,32 manat məbləğində dəbbə pulu, 410 manat məbləğində mediasiya xərci və 384 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fevral 2022-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-031-S-İM-22 № li müqaviləyə əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiyyə Nazirliyi N nömrəli Hərbi Hissənin avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh 2022-cı ildə göstərilən bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 97424,33 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə iddiaçının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-863/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Salmanov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, hazırkı borcun məbləği hazırda ƏDV daxil olmaqla 55457,71 manat təşkil edir, bu səbəbdən iddia tələbinin həcminin azaldılması barədə ərizə verilmişdir. Daha sonra cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə (sifarişçi) arasında bağlanmış C-031-S-İM-22 nömrəli fevral 2022-ci il tarixli avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçinin isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən təmir üçün qəbul ediləcək avtomobillər, onların markası, modeli və dövlət nömrə nişanının siyahısı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də göstərilir. Müqavilənin 1.3-cü bəndinə əsasən avtomobillərə xidmət yalnız icraçının Bakı şəhəri, H.Zərdabi prospekti 88, Bakı şəhəri, Babək prospekti 43 A və Gəncə-Şəmkir şossesi 2-ci kilometr ünvanlarında yerləşən texniki xidmət stansiyalarında icra edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən icra edilən xidmətlərin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. Müqavilənin 5.7-ci bəndinə əsasən sifarişçi xidmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesab-fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 30 təqvim günü ərzində nağd və ya köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməlidir. Müqavilənin 5.9-cu bəndinə əsasən sifarişçi xidmət haqqının ödənilməsinin gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30 %-dən artıq ola bilməz. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, N saylı Hərbi Hissə tərəfindən xx.xx.20222-ci il tarixdə 7368,23 manat, xx.xx.2022-ci il tarixdə isə 5825 manat ödəniş edilmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli üzləşmə aktına əsasən tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən görülmüş işlərə təqdim olunmuş invoyslar elektron qaimələr üzrə 20 oktyabr 2022-ci il tarixinə sifarişçinin icraçı invoyslaşdırılmış 139526,36 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdehin N saylı hərbi hissəsi arasında bağlanmış N yanvar 2021-ci il tarixli C-004-S-İM-21 nömrəli və fevral 2022-ci il tarixli C-031-S-İM-22 nömrəli avtonəqliyyat vasitəsinə texniki xidmətə dair müqavilələr əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin N saylı hərbi hissəsinin 97424,33 manat məbləğində borcu yaranmışdır. 22 fevral 2022-ci il tarixinə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən həmin borcun 38186,32 manat məbləğində hissəsi iddiaçıya ödənilmişdir. xx.xx.2023-cü il tarixinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin iddiaçıya olan borcu 59238,71 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə EBBC 311975 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 175520 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 106297 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 878N3 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 334443 nömrəli xx.xx.2021-i il tarixli, EBBD 3683N nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 334443 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 925077 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 925078 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 138299 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 215372 nömrəli xx.xx.2021-i il tarixli, EBBL 444097 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 444100 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 444102 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 664902 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 831737 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 972571 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 219748 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 219749 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 219751 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 608719 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 900943 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 908830 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 908831 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 844586 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 844587 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO N6599 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 462728 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 462785 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 462785 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 744688 nömrəli xx.xx.2021-ci il tarixli, EBCJ 236730 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış C-031-S-İM-22 nömrəli fevral 2022-ci il tarixli avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, ƏDV daxil olmaqla 55457,71 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5.9cu bəndinə əsasən hesablanmış 16742,32 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2700 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ƏDV daxil olmaqla 55457,71 manat əsas borc, 2700 manat cərimə borcu, ümumilikdə 58157,71 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 410 manat mediasiya xərci və əlavə olaraq 383 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumunun ödənilməsindən azad edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci olan 400 manat cavabdehə, ödənilmiş 384 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 55457,71 manat (ƏDV daxil) məbləğində əsas borc, 2700 manat dəbbə pulu və ödənilmiş 400 manat mediasiya xərci, ümumilikdə 58557,71 (əlli səkkiz min beş yüz əlli yeddi manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 384 (üç yüz səksən dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-863/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-863/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver