Məhkəmə qərarları › İş №e-2-2(113)-8666/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8666/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8666/2025 30.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, 21 noyabr 2025-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclası tərəflərin iştirakının təmin olunması məqsədilə 10 dekabr 2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixli hazırlıq iclasında tərəflər iştirak etməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixinə təyin olunmuş hazırlıq iclasına da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh gəlməmiş, hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında məsələnin həll edilməsi məqsədilə danışıqların aparılması üçün işin təxirə salınmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixinə təxirə salınmış məhkəmənin hazırlıq iclasına tərəflər gəlməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Mülki Prossesual Məcəllənin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Göründüyü kimi tərəflər laqeydlik nümayiş etdirərək, məhkəmənin iclaslarına gəlməmiş, gəlməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xüsusi ilə qeyd edir ki, qeyd edilmiş prossesual müddətlər artıq tükənmək üzrə olsa da, hələ heç bir tərəfin dinlənilməsi mümkün olmamışdır və tərəflər arasında razılaşmanın əldə edilməsi məqsədi ilə məhkəmə iclaslarının təxirə salınması xahş edilsə də, bu xüsusda hər hansı bir tədbir görülməmiş, iddiaçı tərəf sadəcə olaraq Məhkəməyə ərizə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olmasına dair işə hər hansı bir sənəd əlavə etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. **********23 nömrəli qəbzə əsasən ödənilmiş 140 (bir yüz qırx) manat 92 (doxsan iki) qəpik məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar