Məhkəmə qərarları › İş №e-2-2(113)-868/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-868/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-868/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı-nin direktoru Ezzati Hosseinin və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 76700 manat məbləğində pulun və ödənilmiş 320 manat məbləğində dövlət rüsumu pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının vətəndaşı Ezzati Hossein 2015-ci ildən müvafiq icazə alaraq Bakı şəhərində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sədri olduğu İddiaçı onun yaşadığı ünvanda fəaliyyət göstərir. O, Cavabdeh stomatoloji klinikasında fəaliyyət göstərən stomatoloq-həkim Maraqlı şəxs ilə özünün və həyat yoldaşının dişlərinin müalicəsi ilə əlaqədar tanış olmuş və aralarında yaxşı münasibətlər yaranmışdır. Ezzati Hossein 2020-ci ilin avqust ayının sonlarında Cavabdeh stomatoloji klinikasında olarkən Maraqlı şəxs ona klinikanın fəaliyyətini genişləndirmək üçün pula ehtiyacı olduğunu bildirib bir il müddətinə 20000 manat borc pul istəmiş, hər ay gəlirdən ona 1500 manat pul verəcəyini, sonda isə 20000 manatı tam qaytaracağını vəd etmişdir. Ezzati Hossein həmin təklifə razılaşdıqdan sonra onlar razılaşmanı etibarlı olması üçün hər tərəfdən bir şahid olmaqla yazılı müqavilə tərtib etməklə rəsmiləşdirməyi qət etmiş və qeyd edilən şərtlərlə 01 sentyabr 2020-ci il tarixli borc müqaviləsi tərtib edərək imzalamış, müqavilə İddiaçı və Cavabdeh möhürü ilə təsdiq edilmişdir. Bir neçə gün sonra Anar X1 aldığı pulun görəcəyi işlərə kifayət etmədiyini deyərək 1 il müddətinə daha 23000 min manat borc pul istəmiş, həmin məbləğə görə 1 il müddətinə ona ayda 1700 manat pul verəcəyini, sonda isə əsas məbləği qaytaracağını bildirmişdir. Onlar eyni qayda ilə hər tərəfdən bir şahid olmaqla 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsi tərtib edərək möhürlərlə təsdiq etmiş, həmin müqavilə də İddiaçı və Cavabdeh möhürü ilə təsdiq edilmişdir. Maraqlı şəxs 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə iki ay ayda 1500 manat olmaqla cəmi 3000 manat, 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə bir ay 1700 manat pul ödəmişdir. Ancaq sonrakı aylar o, ziyana düşdüyünü, çətinlik içində olduğunu, bu səbəbdən hər ay pul verə bilmədiyini deyərək, müqavilənin müddətinin başa çatdığı zaman həm aylar üzrə bütün borclarını, həm də iki müqavilə üzrə əsas borc olan 43000 manat pulu tam ödəyəcəyini vəd etmişdir. Lakin hər iki müqavilənin müddətinin başa çatmasına baxmayaraq, Maraqlı şəxs 01 sentyabr 2021-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat əsas borcu və 10 ay üçün ödəmədiyi 15000 manat pulu, 19 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 23000 manat əsas borcu, 11 ay üçün ödəmədiyi 18700 manat pulu, 2 müqavilə üzrə cəmi 76700 manat pulu ödəməkdən imtina etmişdir. Odur ki, həmin borc məbləğinin məhkəmə qaydasında məcburi qaytarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, müqavilələr üzrə Cavabdeh MMC-nin həmin dövr üzrə direktor vəzifəsində işləyən Maraqlı şəxs öz qulluq mövqeyindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq qəbul etdiyi pul vəsaitlərini şəxsən götürmüşdür və Cavabdeh MMC-nin hesabına mədaxil etməmişdir. Belə ki, pul vəsaitlərinin Cavabdeh MMC-nin hesabına mədaxil edilməsinə dair heç bir sənəd yoxdur. Müqavilədə göründüyü kimi İddiaçı tərəfindən qarşı tərəfə hesab faktura təqdim edilməmişdir. Faktla əlaqədar olaraq, DİN Yasamal rayon Polis İdarəsinin 27-cı Polis Bölməsində araşdırmalar aparılıb, Maraqlı şəxs öz izahatında pul vəsaitlərini şəxsən özü götürdüyünü və Cavabdeh MMC-yə aid olmadığını qeyd etmişdir. Bundan başqa, yuxarıda qeyd olunan müqavilələrdə “Mühasib” qrafasında imza saxtalaşdırılıb və “Elvin Ömərli” adı altında olan imza həmin şəxsə aid deyil. 27-ci Polis Bölməsi tərəfindən materiallar aidiyatı üzrə araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib və hal hazırda araşdırmalar davam edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə dedikdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma başa düşülür. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Bu qərarda başqa şəxsin adından sənədin imzalanmasının hüquq verən rəsmi sənədin saxtalaşdırılması kimi xarakterizə edilməsi qeyd olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin direktoru Ezzati Hossein iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədə qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Ramy Dental MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 sentyabr 2020-ci il tarixli Ramy Dental MMC ilə Arasbaran Tejarat MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verən İddiaçı MMC-nin direktoru Ezzati Hossein 20000 manat məbləğində pul vəsaitini borc alan Ramy Dental MMC-nin direktoru Maraqlı şəxs verir. Borc alan borcu bu müqavilənin şərtləri əsasında və 1 il müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği hər ay 1500 manat xeyr vermək şərtilə və 1 ildən sonra 20000 manat tam qaytarmaq şərtilə verir. Borc alan aylıq 1500 manatı nağd şəkildə həyata keçirəcək. 19 sentyabr 2020-ci il tarixli Ramy Dental MMC ilə Arasbaran Tejarat MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verən İddiaçı MMC-nin direktoru Ezzati Hossein 23000 manat məbləğində pul vəsaitini borc alan Ramy Dental MMC-nin direktoru Maraqlı şəxs verir. Borc alan borcu bu müqavilənin şərtləri əsasında və 1 il müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği hər ay 1700 manat xeyr vermək şərtilə və 1 ildən sonra 23000 manat tam qaytarmaq şərtilə verir. Borc alan aylıq 1700 manatı nağd şəkildə həyata keçirəcək. 20 oktyabr 2022-ci il tarixli MŞB/4-02134 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Arasbaran Tejarat MMC-nin direktoru Ezzati Hossein 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. 10 noyabr 2022-ci il tarixli 1240 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. 23 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı MMC 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. 15 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı MMC 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ilk öncə 01 sentyabr 2020-ci il tarixdə borc müqaviləsi bağlanmış, qeyd olunan borc müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə 20000 manat məbləğində borc pul vermiş, bununla yanaşı Cavabdeh MMC 1 il ərzində qazandığı mənfəətdən hər ay 1500 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz üzərinə öhdəlik olaraq götürsə də, 20000 manat məbləğində borcunu ödəməmiş, həmçinin 1 il ərzində qazandığı mənfəətdən ödəməli olduğu pulun (hər ay 1500 manat) yalnız 3000 manatını ödəmiş, yerdə qalan 10 ay üçün nəzərdə tutulan 15000 manatı isə Cavabdeh MMC İddiaçı MMC-yə ödəməmişdir. Bununla yanaşı məhkəmə 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsi ilə bağlı isə bildirir ki, qeyd olunan borc müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə 23000 manat məbləğində borc pul vermiş, bununla yanaşı Cavabdeh MMC 1 il ərzində qazandığı mənfəətdən hər ay 1700 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz üzərinə öhdəlik olaraq götürsə də, 23000 manat məbləğində borcunu ödəməmiş, həmçinin 1 il ərzində qazandığı mənfəətdən ödəməli olduğu pulun (hər ay 1700 manat) yalnız 1700 manatını ödəmiş, yerdə qalan 11 ay üçün nəzərdə tutulan 18700 manatı isə Cavabdeh MMC İddiaçı MMC-yə ödəməmişdir. Göründüyü kimi, Cavabdeh MMC 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 20000 manat əsas borc və 15000 manat qazanılan mənfəətdən ödəməli olduğu pul, cəmi 35000 manat məbləğində borcunu, 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə isə 23000 manat əsas borc və 18700 manat qazanılan mənfəətdən ödəməli olduğu pul, cəmi 41700 manat məbləğində borcunu ödəməmiş, hər iki müqavilə üzrə isə ümumilikdə 76700 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, iddia 76700 manat əsas borc hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri olan mediasiya xərci və dövlət rüsumum kimi ödənilmiş 320 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 76700 manat, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 76700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar