Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-869/2024 27.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8640 m3 həcmində itirilmiş qaz kimi əsassız hesablanaraq abonent koduna vurulmuş 1080 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan təndir obyekti ona məxsusdur. xx.xx.2023-cü il tarixində cavabdeh təşkilatın nümayəndələri onun iştirakı ilə qaz sayğacına baxış keçirərək sayğacı dəyişmək üçün gələrək sayğacda heç bir müdaxilə olmadığın bildirərək yəni sayğacın üzərində olan plomba və sayğacın digər hissələrinə müdaxilə olmadığı aşkarlanaraq sökülərək aparıldı və əvəzinə yeni sayğac quraşdırıldı və sonradan guya laboratoriya şəraitində “sayğacın çıxış plasmas borusu kənar müdaxilə (təsir) nəticəsində deşilmişdir” rəyi verərək, onu cərimələmişlər. Halbuki, tərəfindən həmin qaz sayğacına heç bir müdaxilə olmamış, plombu qırılmamışdır. Cavabdeh təşkilatın nümayəndələri sayğaca baxış keçirərək dəyişdirərkən o özünə məxsus olan telefonla çəkiliş etmişdir. Yazdıqları akt yerində sayğaca baxış keçirilərkən yazılmamış, sonradan onun iştirakı olmadan əsassız akt tərtib etmişdir. Ümumiyyətlə cavabdeh aktda qeyd etdiyi kimi o istəsə də belə qaz sayğacının daxilinə müdaxilə edə bilməzdi, çünki bu sahədə mütəxəssis deyil. Bununla yanaşı ünvana gələrkən və akt tərtib edərkən orda olsa da onun yanında akt tərtib etmədilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, sayğacda plasmas boruda deşik yaranmış, bu barədə akt 13 iyul 2023-cü il tarixdə tərtib olunmuş və yoxlama vahid məlumat reyestrində qeydiyyata alınaraq 31 iyul 2023-cü il tarixli çıxarış alınmışdır. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus təndirxanaya baxış keçirilmiş, abonent tərəfindən 4320 m3 qaz itirilməsi ilə bağlı dəymiş ziyanın hesablanması aktda qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-5621-02 nömrəli aktdan görünür ki, yoxlama nəticəsində məlium olmuşdur ki, sayğacın klapanı açıqdır, ekranda açıq işarəsi var, kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusu deşilib, xətalar normaya uyğun deyil, sayğac minimal və nominal sərfiyyatlarda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatlarda keçən qazın həcmini qeyd etmir, sayğacın yaddaş arxiv proqramı oxundu, alarm 1 rejimi qeydə alınmayıb. xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarışa əsasən qeyd alınmışdır. Yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2023-xx.xx.2023-dür. İddiaçı adına tərtib edilmiş abonent saldosunun qalıq və aktlar qrafasından görünür ki, 2023-cü ilin iyul ayına abonentə 1080 manat məbləğində cərimə hesablanmışdır. İİİ.Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İV.Məhkəmənin gəldiyi nəticə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1080 manat cərimə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Göründüyü kimi, yoxlama vahid məlumat reyestrində qeydiyyata alınaraq 31 iyul 2023-cü il tarixli çıxarış alınsa da, həmçinin yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilməsi nəzərdə tutulsa da, yoxlama 18 gün öncə xx.xx.2023-cü il tarixdə keçirilmiş və akt əsasında İddiaçı 1080 manat məbləğində cərimə hesablanmış, yəni xx.xx.2023-cü il tarixdə keçirilən yoxlamala vahid məlumat reyestrindən qeydiyyatdan keçməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, yoxlamala vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyinə görə iddia təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********10025) hesablanmış 1080 manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********10025) hesablanmış 1080 manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-869/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-869/2024
27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver