Məhkəmə qərarları › İş №e-2-2(113)-869/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-869/2025

12.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-869/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı İxxxx-nun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İxxxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı İxxxx şirkətinin xeyrinə 17582,92 ABŞ dollarının manata nisbətdə ekvivalenti olaraq 29890 manat, pul vəsaitini qanunsuz saxlamağa görə Mərkəzi Bankın müəyyən etdiyi 15%=4483 manat bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 5000 ABŞ dolları = 8 500 manat + 325 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, cəmi 43418 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və Cavabdeh möhürü ilə təsdiqlənmiş 05 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki:

1. Tərəflər razılığa gəldilər ki, Cavabdeh, İddiaçı şirkətinə məxsus 17582,92 ABŞ dollarının manata nisbətdə ekvivalenti olaraq 29890 manat əsas pul vəsaitini, 325 manat + 220 manat məhkəmə xərclərini, cəmi - 30435 manat pulu İddiaçı şirkətinə ödəməlidir.

2. Tərəflər razılığa gəldilər ki, Cavabdeh 30435 manat pulu aylıq ödəniş 2000 manat olmaqla, 01 mart 2025-ci il tarixindən başlayaraq, hər ayın 20-dən gec olmayaraq ödənilmək şərti ilə 1 il 4 ay (16 ay) müddətində ödəyir.

3. Tərəflər razılığa gəldilər ki, əgər 1 il 4 ay (16 ay) ərzində hər bir ay üçün müəyyən edilmiş tarix aralığında (2-ci bəndə uyğun) aylara bölünmüş məbləğ (2000 manat) tam və vaxtında Cavabdeh tərəfindən ödənilməzsə, o zaman cərimələr tətbiq olunacaq.

4. Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin 3-cü bəndində qeyd olunan hallar baş verərsə, Cavabdeh öhdəlik götürür ki, İddiaçı şirkəti tərəfindən hüquqi xidmətlərə görə ödənilmiş 5000 ABŞ dollarının manata nisbətdə ekvivalenti olaraq 8500 manat və pul vəsaitini qanunsuz saxlamağa görə Mərkəzi Bankın müəyyən etdiyi 15%=4483 manat bank uçot dərəcəsi məbləğində cərimə ödəyəcək. Lakin bütün bu cərimələr 1-ci bənddə göstərilən borcun əsas məbləğini ödəməkdən azad etmir.

5. Bu Sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırkı sazişi icra etmiş hesab olunur.

6. Cavabdeh tərəfindən sazişin hər hansı bəndinin icra olunmaması məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Belə olan halda sazişin təsdiq edilməsinə dair məhkəmənin qərardadı dərhal məcburi icraya yönəldilir.

7. Barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qərardadı qüvvəyə mindiyi tarixdən hazırkı sazişin müddəaları qüvvəyə minmiş hesab edilir.

8. Saziş 3 nüsxədə tərtib olunur. Bir nüsxəsi “İxxxx” şirkətində, digəri Cavabdeh saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İxxxx-nun Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Tərəflər razılığa gəldilər ki, Cavabdeh, İddiaçı şirkətinə məxsus 17582,92 ABŞ dollarının manata nisbətdə ekvivalenti olaraq 29890 manat əsas pul vəsaitini, 325 manat + 220 manat məhkəmə xərclərini, cəmi - 30435 manat pulu İddiaçı şirkətinə ödəməlidir.

2. Tərəflər razılığa gəldilər ki, Cavabdeh 30435 manat pulu aylıq ödəniş 2000 manat olmaqla, 01 mart 2025-ci il tarixindən başlayaraq, hər ayın 20-dən gec olmayaraq ödənilmək şərti ilə 1 il 4 ay (16 ay) müddətində ödəyir.

3. Tərəflər razılığa gəldilər ki, əgər 1 il 4 ay (16 ay) ərzində hər bir ay üçün müəyyən edilmiş tarix aralığında (2-ci bəndə uyğun) aylara bölünmüş məbləğ (2000 manat) tam və vaxtında Cavabdeh tərəfindən ödənilməzsə, o zaman cərimələr tətbiq olunacaq.

4. Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin 3-cü bəndində qeyd olunan hallar baş verərsə, Cavabdeh öhdəlik götürür ki, İddiaçı şirkəti tərəfindən hüquqi xidmətlərə görə ödənilmiş 5000 ABŞ dollarının manata nisbətdə ekvivalenti olaraq 8500 manat və pul vəsaitini qanunsuz saxlamağa görə Mərkəzi Bankın müəyyən etdiyi 15%=4483 manat bank uçot dərəcəsi məbləğində cərimə ödəyəcək. Lakin bütün bu cərimələr 1-ci bənddə göstərilən borcun əsas məbləğini ödəməkdən azad etmir.

5. Bu Sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırkı sazişi icra etmiş hesab olunur.

6. Cavabdeh tərəfindən sazişin hər hansı bəndinin icra olunmaması məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Belə olan halda sazişin təsdiq edilməsinə dair məhkəmənin qərardadı dərhal məcburi icraya yönəldilir.

7. Barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qərardadı qüvvəyə mindiyi tarixdən hazırkı sazişin müddəaları qüvvəyə minmiş hesab edilir.

8. Saziş 3 nüsxədə tərtib olunur. Bir nüsxəsi “İxxxx” şirkətində, digəri Cavabdeh saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar