Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-87/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, tərəflər arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 17 dekabr 2019-cu il tarixə yaranmış 9.187,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2.841,16 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.780 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18.808,30 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; tələbin cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50,2 kv.m. yaşayış və 62,8 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9187,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2.841,16 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6780 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18 808,30 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıBOKT ASC ilə Cavabdeh arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 12.000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 0339615, Reyestr № **********90-10301, Qeydiyyat № **********, tarix 24.02.2014) ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 31 may 2017-ci il tariхli, 2017/00438-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 02.06.2017-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 1085513). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyinin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 17 dekabr 2019-cu il tarixinə kreditin əsas borcu üzrə 9187,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2841,16 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6780 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18808,30 ABŞ dolları məbləğində borc yaranmışdır. Bundan sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 27 iyul 2020-ci il tarixə yaranmış 9187,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4191,32 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9456 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22 834,48 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 9187,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4191,32 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9456 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22 834.48 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun tutulması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 2017/00438-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 2017/00438-01 N-li Kredit Müqaviləsinin müddətinin bitdiyi tarixə 9001.16 ABŞ dolları əsas borc, ona hesablanmış 3990.56 ABŞ dolları faiz borcu, 11640 ABŞ dolları dəbbə pulu, Kredit Müqaviləsinin müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 381.20 ABŞ dolları faiz borcu, cəmi 25012.92 ABŞ dolları borcun, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; tələbin cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına cəmi 25 012.92 ABŞ dolları borcun, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşmiş iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, dəqiqləşmiş iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən kredit dövriyyə vəsaitlərinin artırılması (kənd təsərrüfatı-bitkiçilik) məqsədi ilə borc alana 36 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin: 1.5-ci bəndinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 24%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 32.95% təşkil edir. 3.1-ci bəndinə uyğun olaraq borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində , kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 4.1-ci bəndinə əsasən müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmkir küçəsi, 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m ümumi, 50,2 kv.m yaşayış və 62,8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli fərdi yaşayış evi (çıxarış: seriya RX, № 0339615, dövlət reyestrində 85 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********90-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.02.2014) ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici FM consulting tərəfindən 26.05.2017-ci il tarixində likvid dəyəri 72.000 manat məbləğində qiymətləndirilmişdir. 4.2-ci bəndinə uyğun olaraq, əgər borc alan əsas öhdəliyin (əsas borc məbləğinin) icrasından əlavə, faiz borcları və digər xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə dəbbə hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı BOKT ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01İP saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmkir küçəsi, 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi, 50,2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli fərdi yaşayış evi (çıxarış: seriya RX, № 0339615, dövlət reyestrində 85 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********90-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.02.2014) ipoteka ilə yüklü edilmişdir. 2.4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak ipoteka qoyanın sahibliyində və istifadəsində qalır. 3.1-ci bəndinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici FM consulting tərəfindən 26.05.2017-ci il tarixində likvid dəyəri 72.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,015 ha torpaq sahəsində yerləşən 113 kv.m sahəsi olan fərdi yaşayış evi 31.05.2017-ci il tarixdən başlayaraq 36 ay müddətinə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmiş və yüklülük 02.06.2017-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 26.01.2021-ci il tarixli, 1692-012021 saylı borc haqqında arayışdan görünür ki, Cavabdeh 31.05.2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsi üzrə 25.01.2021ci il tarixə İddiaçı BOKT ASC-yə kredit borcu 9.101,16 ABŞ dolları, müqavilə müddəti bitənə kimi hesablanmış faiz borcu 3.990,56 ABŞ dolları, dəbbə pulu borcu 11640 ABŞ dolları, müqavilə müddəti bitdikdən sorna Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu 381,20 ABŞ dolları, cəmi borcu 25.012,92 ABŞ dolları təşkil edir. 17.12.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 31.05.2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsi üzrə 30.06.2017-ci il tarixdə 471 ABŞ dolları, 31.07.2017-ci il tarixdə 301 ABŞ dolları, 20.08.2017-ci il tarixdə 170 ABŞ dolları, 07.09.2017-ci il tarixdə 321 ABŞ dolları, 14.09.2017-ci il tarixdə 150 ABŞ dolları, 03.10.2018-ci il tarixdə 471 ABŞ dolları, 06.11.2017-ci il tarixdə 471 ABŞ dolları, 05.12.2017-ci il tarixdə 293 ABŞ dolları, 08.01.2018-ci il tarixdə 471 ABŞ dolları, 02.02.2018-ci il tarixdə 650 ABŞ dolları, 12.07.2018-ci il tarixdə 500 ABŞ dolları, 26.07.2018-ci il tarixdə 1300 ABŞ dolları, 11.03.2018-ci il tarixdə 400 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı BOKT ASC tərəfindən 12.12.2019-cu il tarixdə Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsindən irəli gələn 9.187,16 ABŞ dolları məbləğində əsas borc, 2.810,56 ABŞ dolları məbləğində faiz borcu, 6.720,0 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 18.717,72 ABŞ dolları məbləğində borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi proseduruna başlanacağı bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 31.05.2020--ci il tarixli, LP-050/20 saylı rəyə əsasən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin dəyəri müqayisəli yanaşma ilə 80.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 09.02.2020--ci il tarixli, LP-015/21 saylı rəyə əsasən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin dəyəri likvid dəyəri müqayisəli yanaşma ilə 72.000 manat təşkil edir. 31.05.2020-ci il tarixli 45 saylı və 15.02.2021-ci il tarixli 679 saylı ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, İddiaçı BOKT ASC tərəfindən "xxxx" MMC-yə 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 31 may 2017-ci il tariхdə 2017/00438-01 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə müqavilənin müddətinin bitdiyi tarixə cavabdehin iddiaçıya İddiaçı BOKT ASC-yə olan əsas borcunun 9001,26 ABŞ dolları, faiz borcunun 3.990,56 ABŞ dolları olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 31.05.2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, İddiaçı BOKT ASC-nin isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Finoko” BOKT cavabdehdən 9001,26 ABŞ dolları məbləğində əsas, 3.990,56 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı BOKT-un 11.640 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 1.000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli hesab edir. İddiaçının müqavilə müddətinin bitdikdən sonrakı müddət üçün bank uçot dərəcəsinə əsasən 381,20 ABŞ dolları məbləğində faizlərin tutulması tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditor müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mülki Məcəllənin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı BOKT kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Finoko» BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01İP saylı ipoteka müqaviləsinə əsasən 31 may 2017-ci il tariхli 2017/00438-01 saylı kredit müqaviləsi ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmkir küçəsi, 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi, 50,2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İşin yuxarıda göstərilən halları ilə isə təsdiq edilir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, borc üzrə tutma Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 npmərli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılmalıdır. Bundan əlavə “İpoteka haqqında” Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin resal bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyləri alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiyməti 80.000 manat, likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilməlidir. İddiaçının ipoteka predmeti olan ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi hazırkı iş üzrə Cavabdeh qanunla qorunan hüquqlarını pozur. Buna görə də həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Habelə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin tərəflər arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 31 may 2017-ci il tariхli, 2017/00438-01 saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müddətinin 31 may 2020-ci il tarixdə bitdiyini, belə olan halda isə həmin tarixdən etibarən tərəflər arasında mübahisəli müqavilə üzrə yeni hüquq və öhdəliklərin yaranmadığını, yəni tərəflər arasında müqavilə münasibətlərinə faktiki olaraq xitam verildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli müqavilənin ləğv edilməsi barədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pul, eyni zamanda qiymətləndirici xidmətlərinə görə "xxxx" MMC-yə iddiaçı tərəfindən ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qiymətləndiriciyə ödənilmiş pulun və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Eləcə də iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 100 manat hissəsi iddiaçı, qalan 100 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9001,16 ABŞ dolları (doqquz min bir dollar on altı sent) məbləğində əsas borc, 3990,46 ABŞ dolları (üç min doqquz yüz doxsan dollar qırx altı sent) məbləğində faiz borcu, 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 381,20 ABŞ dolları (üç yüz səksən bir dollar iyirmi sent) məbləğində faizlərin, cəmi 14.372,82 ABŞ dolları (on dörd min üç yüz yetmiş iki dollar səksən iki sent), ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 npmərli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 100 (yüz) manat hissəsi İddiaçı BOKT ASC, qalan 100 (yüz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkəjn ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-87/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-87/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver