Məhkəmə qərarları › İş №e-2-2(113)-87/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-87/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-87/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, zaminliyə xitam, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 200 964,76 manat əsas, 10342,03 manat faiz, 72141,41 manat cərimə borcu olmaqla ümumilikdə 283 448,2 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 430 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 190,79 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin əmlakın açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BK 582/H20-10 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 12% olmaqla 7 ay 16 gün müddətinə 212 375 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı, Cavabdeh2 MMC və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 582/H-20-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 582/H-20 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 330 000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 582/H-20 saylı sonrakı ipoteka müqaviləsinə və xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 saylı kredit müqaviləsinə 3 saylı əlavələr imzalanmışdır. Əlavəyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 582/H-20 saylı sonrakı ipoteka müqaviləsinin 3.3-cü bəndində dəyişiklik edilərək kreditin müddəti xx.xx.2024-cü il tarixinədək artırılmışdır. xx.xx.2020-ci il tarixli 582/H-20 saylı sonrakı ipoteka müqaviləsinin 3.2-ci bəndində dəyişiklik edilərək kreditin faiz dərəcəsi 15% müəyyən edilmişdir. 2.2. xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 MMC-nin iddiaçıya 197 927 manat əsas, 10 342,03 manat faiz, 72 141,41 manat cərimə olmaqla cəmi 280 410,44 manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 2.3. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 12% olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Banka dəyən bütün zərərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 472-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 33 və 39.1-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X10, X2, X7, X8, X5 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdilər və 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə və 18 mart 2025-ci il tarixli LP-025/2025 nömrəli qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirdilər.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək, 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu, lakin əmlakın qiymətinin 27 may 2024-cü il tarixli 9/19xx-xx/1911 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməli olmasını bildirdi.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

8. Cavabdeh3 məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 212 375 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 12 faiz dərəcəsi ilə, 7 ay 16 gün müddətinə hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 30 aprel 2021-ci il tarixli 01 saylı əlavə ilə kreditdən istifadə limitinin müddəti xx.xx.2022-ci il tarixədək, 26 aprel 2022-ci il tarixli 02 saylı əlavə ilə xx.xx.2023-cü il tarixədək, 28 aprel 2023-cü il tarixli 03 saylı əlavə ilə xx.xx.2024-cü il tarixədək artırılmış, sonuncu əlavə ilə illik faiz dərəcəsi 15 faiz müəyyən edilmişdir. Həmçinin sonuncu əlavə ilə kredit müqaviləsi üzrə qalıq əsas borcun – 212 375 manat məbləğində pulun yeni ödəniş qrafiki müəyyən edilərək ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli 582/H-20-10 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 212 375 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

13. İddiaçı xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200 964,76 manat əsas, 10342,03 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.

14. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli ekspert rəyində göstərilmiş əsas və faiz borc məbləğinə etiraz etmir.

15. Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

16. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

17. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

21. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, Cavabdeh2 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.

22. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

23. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

26. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin tarixdə xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı xx.xx.2020-ci il tarixli 582/H- 20-10 nömrəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

27. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli ekspert rəyi ilə razılığını ifadə etmişlər.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1015/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1923 nömrəli 21 may 2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyi 14 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1923 nömrəli 21 may 2024-cü il tarixli ekspert rəyi ilə məhkəməyə təqdim edilən Cavabdeh2 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətində olan AZ46TURA**********4400110944 nömrəli bank hesabından çıxarışı təhlil edildikdə aydın olmuşdur ki, ekspert tərəfindən hesablama aparılarkən bütün ödənişlər nəzərə alınmamışdır. Belə ki, ekspert rəyində cəmi 72187,95 manat ödəniş nəzərə alınaraq hesablama aparılmışdır. Lakin cavabdehə məxsus bank hesabından çıxarış məlumatlarından görünür ki, mübahisə predmetini təşkil edən müqavilə üzrə 150 000 manatdan çox ödəniş edilmişdir.

29. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1015/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Həmin Mərkəzinin 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyində istifadə olunan kreditin ümumi məbləği, aparılan ödənişlər və silinmələr düzgün təsbit olunaraq əsaslı tədqiqat aparılmış, məhkəmə rəyi digər sübutlarla birlikdə qiymətləndirərək əsaslı hesab etmişdir. 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə əsas borc 200 964,76 manat, faiz borcu isə 8541 manat təşkil edir.

30. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 6 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli ekspert rəyinə müvafiq olaraq 200 964,76 manat əsas borc və 8541 manat faiz borcu mövcuddur.

31. Məhkəmə zamin Cavabdeh3 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

34. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.

35. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).

36. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

37. Məhkəmə qeyd edir ki, 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli kredit müqaviləsində kreditin müddəti 7 ay 16 gün, kreditin faizi isə illik 12 faiz razılaşdırılmış, xx.xx.2023-cü il tarixli 582/H-20-10 nömrəli zaminlik müqaviləsi ilə əsas öhdəlik üzrə 20 ay müddətinə, illik 12 faiz kreditə təminat verilmişdir. Lakin xx.xx.2020-ci il tarixli 582/H- 20-10 nömrəli kredit müqaviləsinə 28 aprel 2023-cü il tarixli 03 saylı əlavə ilə kreditin müddəti xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi isə 15 faiz müəyyən edilmişdir.

38. Göründüyü kimi, Cavabdeh3 kredit müddətinin uzadılmasına və faizin artmasına yazılı razılıq ifadə etməmiş, iddiaçının nümayəndəsi də belə bir yazılı razılığın olmadığını bildirmişdir.

39. Beləliklə, məhkəmə hesab edir ki, 28 aprel 2023-cü il tarixli 03 saylı əlavə ilə xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti uzadıldığından və faiz dərəcəsi artırılıdığından və həmin əlavə ilə razılaşdırılanlar zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasına daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zamin Cavabdeh3 belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh3 zaminliyinə xitam verildiyindən ona qarşı xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.

40. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200 964,76 manat əsas borc, 8541 manat faiz borcu Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı 72141,41 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

42. xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə görə, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 12% olmaqla cərimə faizi ödəyir.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

46. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, ödənişləri məhkəmə icraatında olarkən də icra etmələri, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 10000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

47. Belə olan halda, cərimə borcu olaraq 10000 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §31-39).

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

48. İddiaçı eyni zamanda tutmanın Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin əmlakın açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

49. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

50. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

51. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

52. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

53. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

54. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

55. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

56. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

57. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh1 (ipoteka qoyan qismində) və Cavabdeh2 MMC (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli 582/H-20 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, sonrakı ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (1.1). İpoteka predmeti: Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (İ literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evi sonrakı ipoteka qoyulur (2.1). Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********40-10301, Qeydiyyat nömrəsi ********** Seriya RX № ******* olan xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Sonrakı ipoteka qoyananın mülkiyyətindədir (2.2). Sonrakı ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir (2.3). Sonrakı ipoteka qoyan (eləcə də üçüncü şəxslər tərəfindən) sonrakı ipoteka saxlayanın razılığı ilə və ya razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı təmir, tikinti – quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur (2.4). "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) 330 000 (üç yüz otuz min) manat müəyən edilir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır (2.5). Öhdəliyin mahiyyəti: 10 sentyabr 2020-ci il tarixli, 582/H-20-10 saylı kredit müqaviləsi (3.1); Öhdəliyin ölçüsü (məbləği): illik 12 faiz olmaqla 212375 (iki yüz on iki min üç yüz yetmiş beş) manat (3.2); Öhdəliyin icra müddəti: Kredit müqaviləsi üzrə vəsaitin Borc alana verildiyi tarixdən 26 aprel 2021-ci il tarixədək (3.3).

58. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli əlavə ilə kreditin müddətinin xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli əlavə ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli əlavə ilə xx.xx.2024-cü il tarixədək artırılması, sonuncu əlavə ilə illik faiz dərəcəsinin 15% müəyyən edilməsi razılaşdırılmışdır.

59. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək olan öhdəlik üzrə Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (İ literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

60. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

61. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

62. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

63. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

64. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

66. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1015/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/19xx-xx/1911 nömrəli ekspertiza rəyi məhkəməyə təqdim olunmuş, iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli 9/19xx-xx/1911 nömrəli ekspertiza rəyində ipoteka predmetinin yerləşdiyi ərazinin xüsusiyyətləri, tikilinin xarakteristikası aydınlaşdırılmamış, müqayisə obyektləri üzrə müqayisə elementləri müəyyən olunmamış, obyekt qiymətləndirilərkən yalnız bir mənbədən əldə olunan məlumatlara istinad edilməklə təsadüfi olaraq (hər hansı göstəriciyə əsaslanmadan, müqayisə elementləri nəzərə alınmadan) bir neçə müqayisə obyekti seçilmiş, ipoteka predmetinin likvid dəyəri müəyyən olunarkən tətbiq edilən azalma əmsalının hansı meyarlar əsasında tətbiq edildiyi, ümumiyyətlə, göstərilməmişdir.

67. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1015/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli ƏEM/O 30- 668/24 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, XXXX-də yerləşən fərdi yaşayış evinin bazar dəyəri 560 000 manat, likvid dəyəri isə 500 000 manat müəyyən edilmişdir.

68. Cavabdehlərin etirazına müvafiq olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1015/2024 nömrəli qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli LP-025/2025 nömrəli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, XXXX-də yerləşən fərdi yaşayış evinin bazar dəyəri 539 000 manat, likvid dəyəri isə 462 000 manat müəyyən edilmişdir.

69. Məhkəmə tərəflərin sonucu qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyləri qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 462000 manat müəyyən edilməlidir.

70. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

71. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh2 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 462000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200964,76 manat əsas borc, 8541 manat faiz borcu, 10000 manat cərimə olmaqla cəmi 219505,76 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200964,76 manat əsas borc, 8541 manat faiz borcu, 10000 manat cərimə olmaqla cəmi 219505,76 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

72. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 ipoteka qoyan olaraq yalnız müvafiq əmlakın dəyəri həddində iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Hazırki iş üzrə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin ümumi qaydada ipoteka qoyandan da tutulması mümkün deyildir.

d) Məhkəmə xərcləri ilə bağlı

73. İddiaçı eləcə də ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 430 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 190,79 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

74. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbz əsasında 140,41 manat, ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbz əsasında 143,85 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

75. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-01192 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiya xərcini ödəmişdir.

76. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

77. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

78. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

79. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

80. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

81. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/1923 nömrəli 21 may 2024-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 06 noyabr 2024-cü il tarixli 9/8265 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2024-cü il tarixli 9/19xx-xx/1911 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

82. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli ƏEM/O 30- 668/24 nömrəli rəyi üzrə aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir.

83. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

84. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

85. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

87. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia qiymətləndirilən iddia (283 448,2) olmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 573 manat təşkil edir. İddiaçı isə 410 manat mediasiya xərci ödədiyindən həmin məbləğdə dövlət rüsumu ödəməkdən azad olmuş, 163 manat dövlət rüsumu ödəməli olduğu halda, 284 manat dövlət rüsumu ödəmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 87/2025 nömrəli qərardadı ilə artıq ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.

88. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 70 manat İddiaçı ASC-dən, 230 manat Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ekspertiza xərci olaraq 90 manat İddiaçı ASC-dən, 310 manat Cavabdeh2 MMC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

V. Nəticə:

89. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200964,76 manat əsas borc, 8541 manat faiz borcu, 10000 manat cərimə olmaqla cəmi 219505,76 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, XXXX-də yerləşən 384.90 kv.m ümumi, 255.7 kv.m yaşayış, 129.2 kv.m yardımçı (l literində 10.8 kv.m tikintialtı sahədən ibarət hasar) sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 462000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2020-ci il tarixli BK 582/H-20-10 nömrəli kredit müqaviləsi üzrə 200964,76 manat əsas borc, 8541 manat faiz borcu, 10000 manat cərimə olmaqla cəmi 219505,76 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2020-ci il tarixli BK 582/H- 20-10 nömrəli kredit müqaviləsi üzrə 200964,76 manat əsas borc, 8541 manat faiz borcu, 10000 manat cərimə olmaqla cəmi 219505,76 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 70 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 230 manat Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Ekspertiza xərci olaraq 90 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 310 manat Cavabdeh2ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, Hesab N AZN:AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab AZ03NABZ013501**********2944, KOD:805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar