Məhkəmə qərarları › İş №e-2-2(113)-872/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-872/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-872/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh6 (Cavabdeh6 MMC), Cavabdeh9 (Cavabdeh9 MMC), Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2 (Cavabdeh2 MMC), Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2023-cü il tarixinə banka əsas borc üzrə 658813,66 manat, faiz borcu üzrə 72743,96 manat, dəbbə pulu üzrə 10755,84 manat olmaqla, ümumilikdə 742313,46 manat məbləğində pulun, 1034 manat dövlət rüsumunun, 2400 (iki min dörd yüz) manat hüquqi xidmətə görə haqqın və 04 dekabr 2023-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 90,24 manat məbləğində hesablanmaqla müştərək qaydada Cavabdeh6ndən, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9ndən, Cavabdeh1ndən və Cavabdeh2ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh6 MMC-yə 990000 manat pul vəsaiti 36 ay müddətinə illik 15% ödənilməsi şərti ilə verilmişdir. Həmin kredit vəsaitləri bank tərəfindən cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 MMC, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin zaminlikləri əsasında verilmişdir. İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə hər hansı daşınmaz əmlakın ipotekası olmamışdır. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh6 MMC və zaminlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin 04 dekabr 2023-cü il tarixinə banka əsas borc üzrə 658813,66 manat, faiz borcu üzrə 72743,96 manat, dəbbə pulu üzrə 10755,84 manat olmaqla, ümumilikdə iddia tələbi 742313,46 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Bundan əlavə bankla cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 MMC, Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 113-MFZ-338/1, 113-MFZ-338/2, 113-MFZ- 338/3, 113-MFZ-338/4, 113-MFZ-338/5, 113-MFZ-338/6, 113- MFZ-338/7 və 113-MFZ- 338/10 saylı zaminlik müqavilələrinin 1.4-cü bəndinin tələbinə görə zamin qəbul edir və bəyan edir ki, bu müqavilənin imzalandığı tarixə özünün mülkiyyətində olan bütün əmlakı (daşınar və daşınmaz əmlak, banklarda əmanətlər, qiymətli kağızılar və s., lakin bununla məhdudlaşmamaqla), habelə həmin tarixdən sonra əldə etmiş və əldə edəcək bütün əmlakı, bundan əlavə ümumi birgə mülkiyyətdə və paylı mülkiyyətdə olan əmlakı və hüquqi şəxslərin nizamnamə kapitalında olan payları (səhmləri) ilə bank qarşısında cavabdehdir və bütün əmlakı ilə borcalanın bank qarşısındakı öhdəlikləri həcmində məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 MMC, Cavabdeh1 MMC və Cavabdeh2 MMC bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə bildiriş-xəbərdarlıq (pretenziya) göndərilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2, 445.7, 472, 739, 740-cı maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**- MF-*** nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh6 MMC-yə bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 990000 (doqquz yüz doxsan min) manat məbləğində kredit verilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh9 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**- MF-***/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh9 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**- MF-***/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İddiaçı ASC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF- ***/3 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh8 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF- ***/4 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF- ***/5 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF- ***/6 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

14. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**- MF-***/10 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

15. İddiaçı ASC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF- ***/7 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh7 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh6 MMC-nin xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 658813,66 manat, faiz borcu üzrə 72743,96 manat, dəbbə pulu üzrə 10755,84 manat olmaqla, ümumilikdə 742313,46 manat təşkil edir.

17. İddiaçı ASC-nin Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 04 dekabr 2023-cü il tarixinə banka əsas borc üzrə 658813,66 manat, faiz borcu üzrə 72743,96 manat, dəbbə pulu üzrə 10755,84 manat olmaqla, ümumilikdə iddia tələbi 742313,46 manat məbləğində borcun 3 (üç) iş günü müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1492 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 659053,59 manat, faiz borcu üzrə 72770,50 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 659053,59 manat, faiz borcu üzrə 78537,22 manat təşkil edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcalana bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 990000 (doqquz yüz doxsan min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh8, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 MMC, Cavabdeh7 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh8, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 MMC, Cavabdeh7 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

24. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada 658813,66 manat əsas borc, 72743,96 manat faiz borcunun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borc alan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada 658813,66 (altı yüz əlli səkkiz min səkkiz yüz on üç manat altmış altı qəpik) əsas borc, 72743,96 manat (yetmiş iki min yeddi yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

26. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 10755,84 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada 10755,84 manat (on min yeddi yüz əlli beş manat səksən dörd qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.

29. Eləcə də, iddiaçı 1034 manat dövlət rüsumunun, 2400 manat hüquqi xidmətə görə haqqın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 1000 (min) manat hüquqi yardım xərci, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 632,31 manat (altı yüz otuz iki manat otuz bir qəpik) (ödənilməli olan dövlıət rüsumu olmuşdur) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

31. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan RESpublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hESabına (kod: 210005, VÖEN: **********, müxbir hESab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hESab: AZ34CTRE********************) köçürülməlidir.

32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-872/2024 saylı qərardadı ilə iddia tələbi 04 dekabr 2023-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 90,24 manat məbləğində hesablanmaqla müştərək qaydada Cavabdeh6ndən, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9ndən, Cavabdeh1ndən və Cavabdeh2ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində baxılmamış saxlanılmışdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada 658813,66 (altı yüz əlli səkkiz min səkkiz yüz on üç manat altmış altı qəpik) əsas borc, 72743,96 manat (yetmiş iki min yeddi yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu, 10755,84 manat (on min yeddi yüz əlli beş manat səksən dörd qəpik) cərimə, 1000 (min) manat hüquqi yardım xərci, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 632,31 manat (altı yüz otuz iki manat otuz bir qəpik) olmaqla, cəmi 744345,77 manat (yeddi yüz qırx dörd min üç yüz qırx beş manat yetmiş yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan RESpublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hESabına (kod: 210005, VÖEN: **********, müxbir hESab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hESab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar