Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-873/2025 11.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X2 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərdən müştərək (birgə) qaydada 45000 (qırz beş min) manat əsas kredit borcunun, 2231,25 (iki min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, ümumilikdə: 47231,25 (qırx yeddi min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun, və 231,70 (iki yüz otuz bir manat yetmiş qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə nbanka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m. olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 məxsus olan əmlaka görə isə 135.000 AZN (bir yüz otuz beş min) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 may 2024-cü ildə “X2 Azərbaycan” QSC ilə Cavabdeh3 MMC arasında 348167 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borclalan "xxxx" MMC-yə digər öhdəliklərinin bağlanması ilə bağlı 705.000,00 (yeddi yüz beş min) manat məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borclanın 14 may 2024-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2024-cü il tarixində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh1 arasında İpoteka müqaviləsi (sonrakı İpoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzil «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDX DƏDK və RPHŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2024-cü il tarixli yüklülük barədə Çıxarış təqdim edilmişdir. Bununla yanaşı borclanın 348167 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 14 may 2024-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borclanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də "xxxx" MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X2 Azərbaycan» QSC-ə olan borclarını ödəməmişlər. Borclanın “X2 Azərbaycan” QSC-nə 348167 №-li 14 may 2024-cü il tarixli Kredit müqaviləsi üzrə olan ümumi kredit borcu: kreditlər üzrə əsas məbləğ borcu — 705.000 (yeddi yüz beş min) manat; əsas məbləğə hesablanmış faiz borcu — 43.768,75 (qırx üç min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat; hər gecikdirilmiş günə görə cərimə borcu — 0,00 (sıfır manat sıfır qəpik) manat; gecikmə günü: xx.xx.2024cü il tarixə borclunun gecikməsi 126 gün təşkil edir. Cəmi borc: 748.768,75 (yeddi yüz qırx səkkiz min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat təşkil edir.
3. Eyni zamanda iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən, Cavabdeh4 MMCdən, Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 705000 (yeddi yüz beş min) manat əsas kredit borcu, 43768,75 (qırx üç min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 748768,75 (yeddi yüz qırx səkkiz min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu və 1038,77 (bir min otuz səkkiz manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 məxsus olan əmlaka görə 135000 manat (bir yüz otuz beş min) manat olmaqla, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq, banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 iyun 2024-cü ildə “X2 Azərbaycan” QSC ilə Cavabdeh4 MMC arasında 348362 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh4 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı 45.000.00 (qırx beş min) manat məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalanın 03 iyun 2024-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 03 iyun 2024-cü il tarixində bank ilə borc alan Cavabdeh4 MMC və ipoteka qoyan Cavabdeh1 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZİ 126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m. olan mənzil «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDXDƏDK VƏ RPHŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2024-cü il tarixili yüklülük barədə müvafiq Çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 348362 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 03 iyun 2024-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh4 MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyalann) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X2 Azərbaycan” QSC-ə olan borclarını ödəməmişlər. Borcalanın YapıKredi Bank Azərbaycan» QSC-nə 348362 №-li 03 iyun 2024-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan ümumi kredit borcu: kreditlər üzrə əsas məbləğ borcu - 45.000.00 (qırz beş min) manat; əsas məbləğə hesablanmış faiz borcu - 2.231.25 (iki min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat; hər gecikdirilmiş günə görə cərimə borcu - 0.00 (sıfır manat sıfır qəpik) manat; gecikmə günü: xx.xx.2024-cü il tarixə borclunun gecikməsi 107 (bir yüz yeddi) gün təşkil edir. Cəmi borc: 47.231.25 (qırx yeddi min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, həmçinin borcalanla, ipoteka qoyanla bağlanmış müqavilələrə əsasən borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən borcalan, zamin, həmçinin öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltməklə onun satılmasını, əldə edilmiş pul vəsaiti hesabına kredit üzrə əsas məbləğ borcunun, əsas məbləğə hesablanmış faizlərin və cərimələrin, habelə çəkilmiş bütün xərclərin ödənilməsini tələb edə bilər.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8296/2024 nömrəli qərardadı ilə iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2- 2(113)- 8296/2024 saylı iş hazırkı işlə baxılması üçün bir icraatda birləşdirilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-873/2025 nömrəli qərardadı ilə iddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “ipoteka predmetinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
İİ.Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə hər hansı ödəniş edilməmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin:
11. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
15. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsinə görə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 45000 manat məbləğində kredit verilmişdir.
17. xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində iddiaçı ilə borc alan Cavabdeh4 MMC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m. olan mənzil iddiaçının хеyrinə ipоtеka ilə yüklü еdilmişdir.
18. Müqavilənin 3.1-ci bəndinə görə ipoteka predmetinin 13 mart 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən likvid dəyəri 135000 (bir yüz otuz beş min) manat təşkil edir.
19. xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 və iddiaçı arasında 03 iyun 2024-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.
20. Müqavilələrin 2.1-ci bəndinə görə zamin xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsi üzrə borcalanın borcverən qarşısında olan bütün öhdəlikərinin vaxtında və lazımi qaydada icra edilməsinə, o cümlədən kredit və hesablamış gecikdirilmə faizi məbləğinin qaytarılmasına, həmçinin həmin kreditlə əlaqədar yarana biləcək və çəkilməli olacaq hər cür xərclərin və zərərin ödənilməsinə görə məsuliyyət daşıyır.
21. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdeh Premier Construcion” MMC-nin xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 45000 manat, faiz borcu 2231,25 manat təşkil edir.
22. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsinə görə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 705000 manat məbləğində kredit verilmişdir.
23. xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində iddiaçı ilə borc alan Cavabdeh4 MMC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, yeni qaydada: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431, M12, m2 ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m. olan mənzil iddiaçının хеyrinə ipоtеka ilə yüklü еdilmişdir.
24. Müqavilənin 3.1-ci bəndinə görə ipoteka predmetinin 13 mart 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən likvid dəyəri 135000 (bir yüz otuz beş min) manat təşkil edir.
25. xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 və iddiaçı arasında 03 iyun 2024-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.
26. Müqavilələrin 2.1-ci bəndinə görə zamin xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsi üzrə borcalanın borcverən qarşısında olan bütün öhdəlikərinin vaxtında və lazımi qaydada icra edilməsinə, o cümlədən kredit və hesablamış gecikdirilmə faizi məbləğinin qaytarılmasına, həmçinin həmin kreditlə əlaqədar yarana biləcək və çəkilməli olacaq hər cür xərclərin və zərərin ödənilməsinə görə məsuliyyət daşıyır.
27. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdeh Premier Construcion” MMC-nin xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 705000 manat, faiz borcu 43768,75 manat təşkil edir.
28. "xxxx" MMC-nin LP-049/2025 saylı, 28 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin hazırki bazar qiyməti 230 000 (iki yüz otuz min) manat, likvid qiyməti 207 000 (iki yüz yeddi min) manat təşkil edir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/2873 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, "xxxx" MMC ilə “X2 Azərbaycan” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348362 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan xx.xx.2024-cü il tarixə əsas borcu 45.000,00 manat, faiz borcu 1912,50 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 45.000,00 manat, faiz borcu 2493,75 manat; "xxxx" MMC ilə “X2 Azərbaycan” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348167 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixə əsas borcu 705.000,00 manat, faiz borcu 35.543,75 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 705.000,00 manat, faiz borcu 42.828, 75 manat təşkil edir.
30. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
34. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
38. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
39. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
41. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
42. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
43. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348362 nömrəli kredit müqaviləsinə əsasən, borcalana 45 000 manat məbləğində, illik 15% dərəcəsi ilə 24 ay müddətinə kredit verilmiş, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 348167 nömrəli kredit müqaviləsinə əsasən, borcalana 705000 manat məbləğində, illik 15% dərəcəsi ilə 24 ay müddətinə kredit verilmişdir. Hər iki kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş, iddiaçı və cavabdehlər arasında həmçinin zaminlik müqavilələri bağlanaraq, onlar borcalanın bank qarşısındakı bütün öhdəliklərinə görə tam və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin borcalanlar müqavilə şərtlərinin tələbini pоzaraq krеdit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışlar.
45. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək (birgə) qaydada yaranmış kredit borcu məbləğləri tutulmalı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli kredit müqavilələri üzrə tutulacaq faiz borcları xx.xx.2026-cı il tarixli, 9/2873 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) birgə qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705000 manat əsas borc, 35543,75 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 1912,50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
47. Həmçinin iddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
48. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705000 manat əsas borc, 35543,75 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 1912,50 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır.
49. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-nin LP-049/2025 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
50. Belə ki, həmin rəy məhkəmə icraatı dövründə proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705000 manat əsas borc, 35543,75 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 1912,50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə (yeni qaydada: AZ1126, ünvan 2 - ilkin satış qiyməti 207000 (iki yüz yeddi min) manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1200 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 70,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
54. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 350 manat (50 manat + 300 manat) təşkil edir.
55. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən birgə qaydada 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən və Cavabdeh4 MMCdən müştərək (birgə) qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705000 manat əsas borc, 35543,75 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 1912,50 manat faiz borcu, 1200 manat dövlət rüsumu, ümumilikdə 788656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, mənzil 47 (yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə - ilkin satış qiyməti 207000 (iki yüz yeddi min) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 788656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 70,47 (yetmiş manat qırx yeddi qəpik) manat dövlət rüsumu iddiaçı “X2 Azərbaycan” QSC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən və Cavabdeh4 MMCdən müştərək (birgə) qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 300 (üç yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (Vöen **********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN ********** (bankın VÖENİ) H/h: AZ30AZRT********************, M/h: AZ02NABZ********************, SWİFT AZRT AZ 22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova