Məhkəmə qərarları › İş №e-2-2(113)-8747/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8747/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8747/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, faiz borcu, cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı kredit müqaviləsi üzrəəsas kredit borcu üzrə 2368,87AZN, faiz üzrə 725,57AZN, cərimə üzrə 174,88AZN, cəmi 3269,32AZN məbləğindəpulun və 52,7 AZN ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC iləCavabdeh2sa oğluarasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 24 aymüddətinə, illik 23 %ödəmək şərtilə, 7000 (yeddi min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC iləCavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı saylı Zaminlik Müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin Cavabdeh2sa oğluvə zamini müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehlər xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 2368,87 AZN, faiz üzrə 725,57 AZN, cərimə üzrə 174,88 AZN, cəmi 3269,32 AZN məbləğində banka borcu vardır. II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi:

4. “X2” ASC (borcverən) ilə Cavabdeh2 (borcalan) arasında xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən borcverən Borcalaııa 300000 manat məbləğində, illik maksimum 32 faiz ( maksimum faktiki illik faiz dərəcəsi 32% olmaqla), minimum İ ay. maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində. Azərbaycan manatı ilə bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən bu Müqavilə və bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir və hər bir kreditin məbləği, müddəti, illik faizi, faktiki illik faiz dərəcəsi, aylıq ödənişin müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pıılıın çıxarılmasına görə komisyon haqların məbləği, kreditin qaytarılma şərtləri və digər şərtlər bu Müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri ilə müəyyən olunur. Bu Müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Olavə kredit müqavilələrində bu Əsas Kredit Müqaviləsinin tarixi və nömrəsi qeyd olunur. Olavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz dərəcəsi daha az müəyyən oluna bilər. - 1.3-cü bəndinə əsasən əlavə kredit müqavilələri üzrə komissiya kredit məbləğinin maksimum 3 (üç) faizi həcmində müəyyən olunur. Borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Borcverən borcun (əsas və/və ya faiz borcu) gecikdiriİdiyi hər təqvim günü üçün gecikdirilən borc (əsas və/və ya faiz, borcu) məbləğinin illik 40% faizi həcmində cərimə tətbiq edə bilər. Bu müqavilənin və/və ya əlavə kredit müqavilələrinin şərtləri Borcalan tərəfindən pozulduğu halda Borcalandan tutulan cərimənin maksimal həcmi bu Müqavilə ilə müəyyən olunur.1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: Əmək haqqının ödənilməsi üçün qısa müddətli kredit xətti. Müqavilə bankın imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir.

5. “X2” ASC (borcverən) ilə Cavabdeh2 (borcalan) arasında xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 nömrəli əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən "Borcverən” “Borcaİan”a 24 ay müddətinə, xx.xx.2025-cü il tarixinədək illik 24 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 5000 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Boıcverən'ə qaytarmağı öhdəsinə götürür. Müqavilə bankın imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir.

6. “X2” ASC (borcverən) ilə Cavabdeh1 , Cavabdeh3 (zamin) arasında xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən zamin Kreditor qarşısında Borclunun xx.xx.2022 tarixli 383micMDK/22 saylı Əlavə Kredit Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.3-cü bəndinə əsasən Kreditor Borclu tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm Borclu, həm də Zaminə qarşı Kredit Müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. 3.2-ci bəndinə əsasən Kredit Müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm Borcluya, həm də Zaminə qarşı öz tələblərini irəli sürmək Kreditorun vəzifəsidir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilənə qədər qüvvədədir. Müqavilə kreditorun imzası və möhürü ilə, borcalanın və zaminin isə imzası ilə təsdiq edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla) ödəyəcək əsas məbləğ 7 000 manat, faizin məbləği 1802.1 manat, cəmi ödəniləcək məbləğ 8802.1 manat məbləğində müəyyən edilmişdir.Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

8. “X2” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit müqaviləsi üzrə Cavabdeh2 müxtəlif vaxtlarda ödənişlər etmişdir.

9. xx.xx.2025-ci il tarixli UB-BANK/PİKMD/1315556 saylı maliyyə arayışına əsasən “X2” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 nın 17 oktyabr 2025-ci il tarixə 2368.87 manat əsas borc, 725.57 manat faiz borcu və 174.88 manat cərimə borcu olmaqla cəmi 3269.32 manat kredit borcu təşkil edir.

10. “X2” ASC tərəfindən Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

12. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməli və fazi borcu həmin tarixə uyğun, pretenziya məktubunda göstərilən tarixə hesablanmalıdır.

V. Məhkəmənin mövqeyi:

14. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı «X2» ASC ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 1002micSUM/23 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “X2” ASC cavabdeh X5 oğluna kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 7.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

16. Belə olan halda məhkəmə Cavabdeh2 nın xx.xx.2023-cü il tarixli, kredit müqaviləsi üzrə iddiaçı “X2” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “X2” ASC Cavabdeh2 ndan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2368.87 manat əsas borcun və 725.57 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 174.88 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, Cavabdeh2 oğlunun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

20. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan 118 manat məbləğində müəyyən edilməlidir.

21. Bununla yanaşı iş materiallarından görünür ki, “X2” ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi “X2” ASC (kredit verən) ilə Cavabdeh1 , Cavabdeh3 (zamin) arasında xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 , Cavabdeh3 kreditor qarşısında borclunun xx.xx.2023-cü il tarixli, Əsas Kredit və X3 və onun çərçivəsində bağlanacaq Əlavə Kredit Müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

22. Məhkəmə zaminin Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 1002micSUM/saylı il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, “X2” ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz və cərimə olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 52.70 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.11 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2368.87 (bir min doqquzyüz otuz səkkiz manat otuz yeddi manat) manat məbləğində krеdit bоrcu, 725.57 (yeddi yüz iyirmi beş manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 118 (bir yüz on səkkiz) manat məbləğində cərimə borcu və dövlət rüsumu xərcinin əvəzi olaraq 52.11 manat tutularaq iddiaçı “X2” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar