Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-880/2020 30.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı üzrə 73.750.00 manat əsas borc, 14750,00 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 88.530,00 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı“ ASC ilə “Cavabdeh" MMC arasında bağlanmış 01,05.2018-ci il tarixli, 04-18/19 saylı, xx.xx.2018-ci il tarixli, 04-18/23 saylı və xx.xx.2018-ci il tarixli, 04-18/28 saylı qülləli kran texnikasının icarə müqavilələrinə əsasən “İcarəyə verən“ (“İddiaçı" ASC) qülləli kran texnikalarını “İcarəçi“nin ("Cavabdeh" MMC-nin) istifadəsinə (icarəyə) verməyi, “İcarəçi” isə müqavilələrdə nəzərdə tutulmuş icarə haqlarını “İcarəyə verən”ə tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürmüşdür. Bağlanmış hər bir müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə üzrə ümumi icarə haqqı müqavilənin əlavələrində göstərilən qülləli kran texnikasının icarə haqlarının cəminə əsasən müəyyənləşdirilir. Tərəflərin təsdiqlədikləri xx.xx.2018-ci il tarixli, 04-18/19 saylı müqavilənin İ nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 71 EC-B5” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 5900.00 (beş min doqquz yüz) manat, xx.xx.2018-ci il tarixli, 04-18/23 saylı müqavilənin 1 nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 110 EC-B6” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 7080,00 (yeddi min səksən) manat və xx.xx.2018-ci il tarixli, 04-18/28 saylı müqavilənin 1 nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 154 EG-H10” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 9440.00 (doqquz min dörd yüz qırx) manat müəyyən edilmişdir. Bağlanmış hər bir müqavilənin 3.2.1-ci bəndinə və 1 nömrəli Əlavəsinə əsasən “İcarəçi” razılaşdırılmış aylıq xidmət haqqını hər növbəti cari ayın ilk həftəsi ərzində “İcarəyə verən”in təqdim eldiyi müvafiq hesab-faktura əsasında öncədən 100% həcmində “İcarəyə verən“in hesabına ödəməlidir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilərək “Liebherr 71 EC-B5” markalı, “Liebherr 110 EC-B6” markalı və “Liebherr 154 EG-HİO” markalı qülləli kranlar Cavabdeh MMC-yə icarəyə verilsə də, Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilməmişdir. Bu əsasla Cavabdeh MMC-nin bu günkü tarixə İddiaçı ASC-yə müqavilələr üzrə icarə haqlarına görə ƏDV daxil 73750,00 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Cavabdeh MMC ilə dəfələrlə danışıqlar aparılmış, lakin borcun ödənilməsinə nail olunmamışdır. Cavabdehə 0/-ZP/763 saylı, xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən 73750 manat məbləğində borc yaranmışdır. Həmin borc məbləğini qəbul edirik. Maddi çətinliklərin yaranması səbəbindən borcunu ödəyə bilməmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01,05.2018-ciil tarixli, 04-18/19 saylı, xx.xx.2018-ci il tarixli, 04-18/23 saylı və xx.xx.2018ci il tarixli, 04-18/28 saylı qülləli kran texnikasının icarə müqavilələrinə əsasən “İcarəyə verən“ (“İddiaçı" ASC) qülləli kran texnikalarını İcarəçi "Cavabdeh" MMC-nin) bir illik istifadəsinə (icarəyə) verməyi, “İcarəçi” isə müqavilələrdə nəzərdə tutulmuş icarə haqlarını “İcarəyə verən”ə tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə üzrə ümumi icarə haqqı müqavilənin əlavələrində göstərilən qülləli kran texnikasının icarə haqlarının cəminə əsasən müəyyənləşdirilir. Tərəflərin təsdiqlədikləri xx.xx.2018-ci il tarixli, 04-18/19 saylı müqavilənin İ nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 71 EC-B5” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 5900.00 manat, xx.xx.2018-ci il tarixli, 04-18/23 saylı müqavilənin 1 nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 110 EC-B6” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 7080,00 manat və xx.xx.2018-ci il tarixli, 04-18/28 saylı müqavilənin 1 nömrəli Əlavəsinə əsasən icarəyə verilən “Liebherr 154 EG-H10” markalı qülləli kranın ümumi aylıq icarə haqqı ƏDV daxil 9440.00 manat müəyyən edilmişdir. Həmin müqavilənin 83.2.1 -ci bəndinə və 1 nömrəli Əlavəsinə əsasən “İcarəçi” razılaşdırılmış aylıq xidmət haqqını hər növbəti cari ayın ilk həftəsi ərzində “İcarəyə verən”in təqdim eldiyi müvafiq hesab-faktura əsasında öncədən 100% həcmində “İcarəyə verən“in hesabına ödəməlidir.Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdehnə ünvanlanmış 0/-ZP/763 saylı, xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən icarə müqavilələri üzrə 73750 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, işin yuxarıda göstərilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında qülləli kran texnikasının icarəyə verilməsi barədə 01,05.2018-ciil tarixli, 04-18/19 saylı, xx.xx.2018-ci il tarixli, 04-18/23 saylı və xx.xx.2018-ci il tarixli, 04-18/28 saylıicarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh icarə müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş icarə borcu 73750 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bağlanmış icarə müqavilələri üzrə qeyd olunan məbləğdə borcunun olduğunu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqavilələrə əsasən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 73750 manat icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göstərilən iddia tələbinin cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 4,80 manat (dörd manat səksən qəpik) hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25,20 manat (iyirmi beş manat iyirmi qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 73750 (yetmiş üç min yeddi yüz əlli) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə və dövlət rüsumuna görə 25,20 manat (iyirmi beş manat iyirmi qəpik) olmaqla, cəmi 74275,2 manat (yetmiş dörd min iki yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilərkən ödənilmiş olan 30 (otuz) manat dövlət rüsumunun 4,80 manat (dörd manat səksən qəpik) hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-880/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-880/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver